Dünyada, xüsusilə Yaxın Şərqdə situasiya Rusiyanın fəaliyyətləri sayəsində yaxşılığa doğru dəyişib.
Axar.az xəbər verir ki, bunu Küveytdən olan publisist Sabah əl-Məhəmmədə verdiyi müsahibədə Suriya Prezidenti Bəşər Əsəd deyib.
“Rusiya Çin və Hindistanla, eləcə də digər dost ölkələrlə əməkdaşlıq edərək, dünyanı yaxşı tərəfə dəyişir. Suriya hazırda rekonstruksiya prosesinə başlayıb və bütün qaçqınlar zamanla evlərinə dönürlər. Çox tezliklə bizə qarşı başladılan terror müharibəsi bitəcək və siyasi oyun qaydaları dəyişəcək. Suriya özünün ərəb dünyasındakı aparıcı rolunu geri qaytaracaq”, – deyə o bildirib.
Zamantv.az