Bakıda nəhəng piyada keçidinin inşasına başlandı

16:15 2.10.2018 512
Bakıda nəhəng piyada keçidinin inşasına başlandı
Bakıda nəhəng piyada keçidi inşa edilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə açıqlamasında bildirib ki, 130 metrlik yerüstü piyada keçidi orta dayaqlar olmadan inşa edilir. Piyada keçidi xüsusi asqılar üzərində dayanacaq və bakıda ilk dəfə asma piyada keçidi olacaq: "Piyada keçidi paytaxtın Moskva prospekti ilə 20 yanvar küçəsinin kəsişməsində, "Şamaxı yolu" adlanan ərazidə inşa olunacaq. Keçid 3 giriş-çıxışdan ibarət olacaq. Çıxışın biri Asif Məhərrəmov küçəsinə, biri 20 yanvar küçəsinə, digəri isə Moskva prospektinə çıxacaq".

A. Nəcəfli bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq, paytaxt Bakıda avtonəqliyyat vasitələrinin fasiləsiz hərəkətini, vətəndaşların küçə və prospektlərdən rahat və təhlükəsiz keçidini təmin etmək istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir: "Bu tədbirlər çərçivəsində Moskva prospektinin 20 yanvar küçəsi ilə kəsişməsində, “Şamaxı yolu” adlanan ərazidə yeni asma piyada keçidinin inşasına start verilib. Yerüstü piyada keçidinin ümumi uzunluğu 134 metr təşkil edəcək. Keçid Moskva prospektini keçməklə avtomobil tuneli üzərində inşa edildiyi üçün orta dayaqsız olacaq. Keçidin tunelin üzərindən keçən və 80 metr uzunluğa malik olan hissəsi hazırda prospektin 20 yanvar küçəsi ilə kəsişmədə inşası aparılan və 30 metr hündürlüyə malik olacaq pilona (dirək) bərkidilmiş xüsusi asqıların (tros) köməkliyi ilə saxlanılacaq. Bundan əlavə, sözügedən kəsişmədə yolun hər bir istiqaməti üzrə giriş-çıxış hissə inşa olunacaq. Keçidin əsas konstruksiyasına birləşəcək həmin hissənin uzunluğu isə 54 metr olacaq. Həmin hissə də pilona bərkidilmiş asqıların köməkliyi ilə saxlanılacaq. Asma keçidin yol səthindən hündürlüyü ortalama 6 metr, qalereyasının eni isə 3.5 metr təşkil edəcək". A. Nəcəfli deyib ki, Tikinti işləri mövcud tikinti norma və qaydalarına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. İşlərin 2019-cu ildə yekunlaşdırılması nəzərdə tutulub.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:35

“Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

14:06

Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

13:20

BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

12:48

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

12:05

Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

11:27

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub