İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində təhlükəsizlik qüvvələri ilə silahlı qruplaşma üzvləri arasında atışma baş verib.
Axar.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu Qüds qüvvələrinin qərargahından informasiya yayılıb.
Məlumata görə, səhər saatlarında Pakistan sərhədinə yaxın Seravan mahalındakı sərhəd məntəqəsinə hücuma hazırlaşan terrorçu dəstə ilə təhlükəsizlik orqanları arasında silahlı qarşıdurma yaşanıb. Atışma nəticəsində 4 silahlı dəstə üzvü öldürülüb, daha 2-si yaralanıb. Sağ qalan terrorçular Pakistan ərazisinə qaçıb.
Zamantv.az