Sabah Ərdoğanla yenidən görüşəcəyik. Bir sıra mövzuları müzakirə edəcəyik.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçirilən mətbuat konfransında Almaniya kansleri Angela Merkel deyib.
“Almaniya sabit bir Türkiyə olmasını istəyir. Görüş zamanı köç məsələsini dəyərləndirdik. Türkiyə bu sahədə olduqca yüksək bir performans nümayiş etdirir. Suriyadan gələn 3 milyon miqranta ev sahibliyi edir. İdlib barədə də müzakirələrimiz oldu. Orada həssas bir vəziyyət var. Rusiya, Türkiyə və Fransa prezidentləri ilə birlikdə oktyabr ayının ortalarında dördtərəfli zirvə planlaşdırırıq. Terrorla mübarizə sahəsində əməkdaşlığımızı artırmaq istəyirik. Daxili İşlər nazirlərinin əməkdaşlığını təkrar canlandırmaq istəyirik. Türkiyə ilə qarşılıqlı yaxşı münasibətləri biz də arzulayırıq. Yalnız alman vətəndaşı olan insanların həbsdə olması deyil, müəyyən mövzularda fərqli baxış tərzlərimiz ola bilər. Bu məsələləri qarşılıqlı şəkildə müzakirə etmək lazımdır. Mən qətiyyətlə görüşmək və müzakirə etmək tərəfdarıyam. Sabahkı görüşü də sevinərək gözlədiyimi bildirmək istəyirəm”, - Merkel bildirib.
Zamantv.az