Suriyanın Əl Həsaka vilayətindəki Əl Malikiyyə rayonunda yerləşən Derik şəhərinin meriyası yerli ermənilərin özəl məktəbini qapadıb.
Zamantv.az Al Arabiya-ya istinadən bildirir ki, suriyalı kürdlərin tam nəzarətində olan şəhərin meriyasının bu qərarının səbəbi erməni məktəbində tədris proqramına riayət olunmamasıdır.
Belə ki, həmin məktəbdə ərəb və kürd dilləri, ümumiyyətlə, tədris olunmayıb, dərs otaqlarının divarlarında mifik "Böyük Ermənistan" xəritələri asılıb və şagirdlərə şovinizm ruhlu daşnak təbliğatına əsaslanan "dərslər" keçilib.