Adam öldürməyə görə axtarışda olan Rusiya vətəndaşı saxlanılıb.
Daxili İşlər Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, əməliyyat Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilib.
Birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Rusiya Federasiyasının vətəndaşı Timur Səfərov saxlanılaraq istintaqa təhvil verilib.
Zamantv.az