ABŞ-ın rusiyalılar və Rusiya şirkətlərinə qarşı yeni sanksiyaları Rusiya-ABŞ münasibətlərində gərginliyi artırır.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib. Onun sözlərinə görə, ABŞ sanksiyaları qlobal stabilliyi pozur.
O, ABŞ-ı “odla oynamamağa” səsləyib.
Ryabkov yeni sanksiyaların ABŞ-ın 2014-cü ildən bu yana tətbiq etdiyi 60-cı sanksiya paket olduğunu bildirib.
Zamantv.az