"Paşinyan əvvəlcə gedib öz ailədaxili problemlərini həll etsin" - Şuşanın icra başçısı

17:31 19.09.2018 511
"Paşinyan əvvəlcə gedib öz ailədaxili problemlərini həll etsin" - Şuşanın icra başçısı

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov Ermənistan rəhbəri Nikol Paşinyanın Azərbaycanı müharibə ilə hədələməsinə cavab verib.
B.Səfərov "Ölkə.Az"a açıqlamasında bildirib ki, Nikol Paşinyan məsuliyyətsiz və qeyri-ciddi siyasətçidir:

"Paşinyan əvvəlcə gedib öz ailədaxili problemlərini həll etsin. Çünki Paşinyanın arvadı Azərbaycana müraciət edərək dövlətimizi sülhə çağırır, ancaq özü isə müharibədən dəm vurur. Buradan da bəlli olur ki, Paşinyan "nümunəvi" erməni ailəsinin başçısıdır".

İcma rəhbəri deyib ki, Nikol Paşinyan hakimiyyətə təsadüfən gələn adamdır:

"O, hakimiyyətə küçədən gələn adamdır. Axı Paşinyan nə bilir ki, xalq, millət, dövləti idarəetmək nədir? O, tam təsadüf nəticəsində hakimiyyətə gəlib. Bunun da əsas səbəbi Robert Köçəryan və Serj Sarkisyanın erməni əhalisinə zülm verməsi oldu. Erməni əhalisi məcburiyyətdən Paşinyanı hakimiyyətə gətirdi. İndi də Paşinyan Azərbaycanı öz aləmində müharibə ilə hədələyir. Ancaq bir gün dilinin bəlasına gələcək. Azərbaycan ordusu dünyanın ən güclü və müasir 50 ordusu arasında dayanır. Ona görə də Ermənistan rəhbərliyinin müharibədən danışmağa dili olmamalıdır. Misal var ki, tülkü ayının kölgəsində yatıb öz kölgəsi hesab edir. İndi Ermənistan da belədir. Nə Ermənistan dövlətinin, nə də əhalisinin Azərbaycana qarşı müharibə etməyə gücü və cəsarəti çatmaz".
İcra başçısı qeyd edib ki, Nkol Paşinyan ötən əsrin 90-cı illərində Azərbaycana rəhbərlik etmiş AXC-Müsavat üzvlərinin bənzəridir:

"Nikol Paşinyan 1990-1992-ci illərdə Azərbaycanı idarə etmiş rəhbər şəxslərin tərs üzüdür. O vaxtı da AXC-Müsavat üzvlərinin məsuliyyətsiz, səriştəsiz və qeyri-ciddi hərəkətləri üzündən torpaqlarlarımızın 20 faizi erməni işğalı altına düşdü. Gərək ki, bu gün AXC-Müsavat funksionerlərinin dili olmasın danışmağa. Çünki onların ucbatından torpaqlarımız işğal olunub. Bu gün Paşinyan kimi yaramazların bu gün Azərbaycanı hədələməsi AXC-Müsavat hakimiyyətinin vaxtilə yol verdiyi böyük səhvlərə görədir. Bu gün Paşinyan hakimiyyəti də səriştəsizliyinə görə AXC-Müsavat hakimiyyətindən fərqlənmir. Ancaq bu gün güclü Azərbaycan ordusu və onun cənab İlham Əliyev kimi Ali Baş Komandanı var. Allahın köməyi ilə Ali Baş Komandan tezliklə torpaqlarımızı işğaldan azad edəcək. Azərbaycan xalqı bu cür qələbələrdən bir qismini 2016-cı ilin aprel döyüşləri zamanı görüb. Həmin vaxtı Ermənistan rəhbərliyi qorxusundan ağız açmadığı ölkə qalmamışdı. Yalvararaq sülh imzaladılar. Axı nə üçün Paşinyan 2 il əvvəlki hallarını xatırlamır? Mən Paşinyanı xəbərdar edirəm ki, ağılını başına yığsın. Cənab İlham Əliyevin də söylədiyi kimi, Ermənistan hakimiyyəti ağılını başına yığmasa, onlar üçün pis olacaq. Çünki Azərbaycan xalqı və ordusu Ali Baş Komandanla bir yerdədir. Bu gün Azərbaycan xalqı ordusu naminə canından keçməyə, Milli Ordu isə torpaqlarımızı erməni işğalından azad etməyə tam hazırdır. Ona görə də Paşinyana məsləhət görürüəm ki, ağılını başına yığıb bir tikə çörəyini düşünsün. Ən əsası da işğalçılıq siyasətindən əl çəksin. İşğal olunan torpaqların öz yiyəsi var. Möhtərəm Prezidentimiz İlham Əliyevin başçılığı altında biz hamımız o torpaqlara ən yaxın zamanlarda qayıdacağıq. Nə yolla olursa olsun, bu baş tutacaq. Sadəcə olaraq hələlik danışıqlar yolunu seçmişik, istəmirik ki, qan tökülsün".

B.Səfərov Azərbaycan daxilində müharibə çağırışları edən bir sıra müxalifət qüvvələrini də təxribatlara getməməyə çağırıb:

"Bəzən eşidirəm ki, bir sıra müxalifət partiyaları Azərbaycan rəhbərliyini nə üçün dərhal müharibəyə başlamamaqda qınayır. Ancaq bu cür çağırışlar yersizdir. Həmin adamların əksəriyyəti AXC-Müsavat partiyası üzvləridir. Bu adamların cənab Prezidentə məsləhət verməyə nə mənəvi haqqı, nə də ağılı çata bilməz. Çünki həmin qüvvələrin hakimiyyətini də gördük. Azərbaycan xalqı AXC-Müsavat hakimiyyətinin nəyə qadir olduğunu yaxşı bilir. Möhtərəm Prezidentimiz nəyi nə zaman edəcəyini hamımızdan yaxşı bilir. Cənab Prezident İlham Əliyev sülhpərvər və hümanist siyasətçidir. Eyni zamanda möhtərəm Prezidentimizin uzaqgörən siyasəti və ağılı var. Ona görə də kiminə cənab Prezidentə nəyisə məsləhət verməsi gülməlidir. Həmin AXC-Müsavat hakimiyyəti və digər siyasi partiya nümayəndələrinin apardığı siyasət nəticəsində torpaqlarımız işğal altına düşüb. Bu gün onların məsləhətinə ehtiyac yoxdur. Əgər AXC-Müsavat belə bacarıqlıs siyasət aparırdısa, torpaqlarımız nə üçün işğal altına düşürdü? Onların lazımsız siyasətləri özlərinə qalsın. Hələ utanmadan bu gün çıxıb camaat içərisində də danışa bilirlər. Artıq heç kəs onlara güvənmir. Məsləhətə qalsa, cənab Prezident İlham Əliyev çox ölkənin rəhbərlərinə ağıllı məsləhətlər verir".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?