Rus təyyarəsini rus hərbçi vurub – Şok iddia

14:30 19.09.2018 485
Rus təyyarəsini rus hərbçi vurub – Şok iddia

Rusiyanın İl-20 tipli hərbi təyyarəsi rəsmi informasiyaya görə, Suriyanın Hava Müdafiə Qüvvələri tərəfindən səhvən vurulub, amma təyyarənin Rusiya hərbçiləri tərəfindən vurulması istisna edilmir.

Publika.az xəbər verir ki, bu sözləri Ukraynanın “Apostrof” nəşrinə açıqlamasında “Razumkov Mərkəzi”nin xarici siyasət və beynəlxalq təhlükəsizlik proqramları üzrə direktoru, müdafiə nazirinin keçmiş köməkçisi Aleksey Melnik bildirib.

“Aydındır ki, bu, təsadüfdür. Amma bu, dəfələrlə xəbərdarlıq edilən faciəli təsadüfdür. Bu ərazidə böyük miqdarda oyunçu cəmlənib və koordinasiya xətlərinin mövcudluğuna baxmayaraq, belə hadisənin baş vermə ehtimalı fövqəladə dərəcədə yüksək idi. Və indi bu reallaşdı. Adətən “özününkü-yad” tanıma sistemləri olur və raket təyyarəni vurmamalı idi. Mümkündür ki, texniki problemlər olub. Bundan başqa, məlum olduğu kimi, təyyarəni vuran raket və sistem də həmçinin Rusiya istehsalı idi. İstisna etmək olmaz ki, düyməni suriyalılar deyil, Rusiya təlimatçıları basıb. Dəfələrlə qeyd edilib ki, onlar yalnız suriyalıları öyrətmirlər, həm də bilavasitə bu silahı tətbiq edirlər. Yəni mənim fikrimcə, o haqda informasiya sıza bilər ki, Rusiya təyyarəsi Rusiya silahı ilə Rusiya hərbi qulluqçularının əlləri ilə vurulub”, - Melnik deyib.

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında əldə olunan İdlib razılaşmasına toxunan ekspertin sözlərinə görə, razılaşmanın uzun müddət davam edəcəyini demək çətindir.

“Ən azından indi orada təmas zonası yaradılır. Orada Rusiya hərbi polisi və Türkiyə Silahlı Qüvvələrini birgə nəzarət edəcəklər. Amma məlum deyil ki, bu razılaşmalar neçə vaxt qüvvədə qalacaq. Hər tərəf öz güclərinin yenidən qruplaşdırılması və mövqelərin gücləndirilməsi üçün bu barışıqdan istifadə etməyə çalışacaq. Və kimdəsə hansısa bir anda əsəblər dözməyə bilər”.

Qeyd edək ki, sentyabrın 17-dən 18-nə kecən gecə Aralıq dənizi üzərində Rusiyanın İl-20 tipli hərbi təyyarəsi Suriyanın Hava Müdafiə Qüvvələri tərəfindən səhvən vurulub. Hadisə Latakiya əyalətindəki hərbi obyektlərə İsrail aviasiyasının hücümunu dəf edərkən baş verib.

Təyyarənin vurulması nəticəsində Rusiyanın 15 hərbçisi ölüb.

İdlib razılaşmasına görə isə, bölgədə silahsız xətlər qurulur. Bu xətlərdən biri İdlibin Lazkiyə sərhədi boyunca cənuba qədər uzanır. Digəri isə Hələb sərhədindən aşağı enərək, Lazkiyə sərhədi ilə kəsişir. Xətlər Lazkiyə və Hələbdən müxaliflərlə mülki şəxslərin yaşadığı İdlibin içinə qədər daxil olur. Yəni 20 kilometr genişliyindəki xəttin 10 kilometri Lazkiyə, yaxud Hələbin, 10 kilometri isə İdlibin içinə daxil olacaq. Əsəd gücləri və müxaliflər bu dəhlizlərə daxil ola bilməyəcək. Dəhlizlər türk və rus əsgərləri tərəfindən qorunacaq. Razılaşma 15 oktyabrdan etibarən qüvvəyə minir.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...

08:48

Sakinlər ETSN-nin bu idarəsini İTTİHAM EDİR - MÜRACİƏT

20:23

Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi

19:53

İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”

19:01

Rusiya şirkəti Ramiz Mehdiyevin ailəsinə məxsus Bank "BTB"yə QARŞI - DETALLAR

18:49

16 saylı Ucar Ərazi İdarəsinin işçiləri Göyçay sakinini ölkə başçısından kömək istəməyə vadar etdi

17:00

Ucuz reklama əl atan özünə müğənni deyən Aynur Nəbiyeva kimdir?

16:41

BAKIDA NÖVBƏTİ DƏLƏDUZLUQ CİNAYƏTİ - "JEK"-in baş mühəndisnin oğlu 5 nəfəri aldatdı

16:15

" `Umico` market kimdir sizin rəhbər?.. Nə etmək istəyir?!!" - ETİRAZ

15:38

"AAAF İnşaat"dakı milyonluq yeyinti faktları haqda açıqlama verdi, işdən çıxarıldı - ŞİRKƏTİN KEÇMİŞ KOMENDANTINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT

14:54

“Oba” marketlərdə endirim saxtakarlığı - NARAZILIQ VAR...

14:28

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM

14:09

Bayram Səfərov keçirdiyi tenderdə oğlunu qalib elan edib

13:46

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

13:04

Baş həkimin qanunsuz obyektini KİMLƏR HİMAYƏ EDİR? - İDDİA

12:36

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...