Kəndlərdə müəllim qıtlığı - TƏKCƏ İKİ RAYONUN ONLARLA KƏNDİNDƏ…

15:30 18.09.2018 617
Kəndlərdə müəllim qıtlığı - TƏKCƏ İKİ RAYONUN ONLARLA KƏNDİNDƏ…

Ucqar kənd və qəsəbələrə gedən müəllimlərə mükafat, yaxud həvəsləndirici imtiyazların verilməsi işləmək üçün kəndi seçənlərin sayını artırıb, amma hələ də əksər bölgədə müəllim çatışmazlığı var. İki gün əvvəl başlayan yeni dərs ili bu ciddi təhsil problemini də aktuallaşdırıb. Virtualaz.org saytı xəbər verir ki, Təhsil Nazirliyi builki tədris mövsümündə ümumilikdə 6 mindən artıq vakant yer müsabiqəyə çıxarıb, müəllimə ehtiyacı olan məktəblərin 5500-dən çoxu bölgələrdədir.

Namizədlərin qeydiyyatı bu gün-sentyabrın 18-də başa çatır. Vakant yerlərin siyahısından bəlli olur ki, ucqar kəndlərdə xüsusilə xarici dil, biologiya, kimya, riyaziyyat, fizika, coğrafiya müəllimlərinə ehtiyac var. Məsələn, Ağsunun Sanqalan, Qaradağ, Abasxanlı, Daşdəmirbəyli, Hacıuşağı, Musabəyli, Qiyaslı, Ağabəyli, Bico, Padar-Qişlaq kənd məktəblərində, yaxud Lerikin Rvarud, Günəşli, Orand, Mastaıl, Xanagah, Soru, Cəngəmiran, Vistən, Anburdərə, Bobla, Kaqoy və digər 10-dan çox kəndində biologiya müəllimi yoxdur. Ağdamın I Alıbəyli, Qasımbəylı, Baharlı qəsəbələrində coğrafiyya müəllimi, Zaqatala, Zərdab, Yardımlı, Oğuz, Qax, İsmayıllı, Lənkəran, Qazaxın kənd məktəblərində isə riyaziyyat müəllimi çatışmır.

Bəllidir ki, müəllimlərin sayı təlabatdan 2 dəfə çoxdur, üstəlik çoxluq iş tapa bilməməsindən şikayətçidir. Bəs müəllimlər ucqar kənd və qəsəbələrə niyə getmək istəmirlər?

Kənd müəllimi: “Kəndlərdə dərs saatı azdır”

Astaranın Qapıçıməhəllə kənd məktəbinin tarix müəllimi, “Gənc müəllim” layihəsinin rəhbəri Həbib Əlizadə deyir ki, müəllimlərin nüfuzunun artması, eləcə də sosial layihələr səbəbindən son illər kəndlərdə işləməyə gedənlərin sayı artıb. Amma hələ də kəndlərə Azərbaycan dili, ədəbiyyat, yaxud tarixdən fərqli olaraq riyaziyyat, kimya, fizika və digər texniki fənləri üzrə müəllim çatışmır. Bunun isə bir neçə səbəbləri var.

“Kənd məktəblərində dərs saatı 8 saatdır, üstəlik, ucqar kəndlərdə işləməyə gedənlər əsasən gənclərdir, onların isə iş stajı azdır. Müəllimin maaşı isə saat və staja uyğun hesablanır”,-Əlizadə əlavə edir.

Həmsöhbətimizin bildirdiyinə görə, diaqnostik qiymətləndirmədən keçmiş müəllim 10 saatlıq dərsə görə uzağı 196 maaş alır. Bundan əlavə, Nazirlər Kabinetinin qərarına əsasən, rayon mərkəzindən 20 kilometrə qədər məsafədə yerləşən kənddə işləyənlərə əlavə həvəsləndirici mükafat olaraq 60 manat, 20 kilometrdən uzaqda yerləşən məktəblərdə işləyənlərə vergi və digər ödəmələr çıxdıqdan sonra 141 manat ödənilir. Beləliklə, 10 saatlıq dərsə görə kəndə gedən müəllim 260-340 manata yaxın maaş alır. Bu isə çox vaxt müəllimə sərf etmir.

“Amma dərs saatı artırıldıqda maaş da yüksələr. Məsələn, 3 ilə qədər iş təcrübəsi olan gənc müəllim 18 saatdan yuxarı dərs saatı və həvəsləndirici mükafatla birgə 470 manatatdan çox maaş ala bilər.Yəni dərs saatının azlığı müəllimlərin kəndə getməsinə təsir edir”, -tarix müəllimi qeyd edir.

Əlizadənin fikrincə, fərdi maaş sistemi tərtib olunmalıdır, müəllimin bilik və bacarığına, həm də şagirdinin nəticələrinə görə maaş müəyyənləşdirilməlidir. Hazırda ölkədə 151 min müəllim var, hər il müəllim olmaq istəyənlərin sayı əvvəlki ilə nisbətən 2 dəfə artır. Ona görə də müəllimlər kateqoriyalara bölünməli, öz üzərində çalışan müəllimlər qiymətləndirilməlidir. Yoxsa dərs saatlarını artırmaq kimi təkliflərlə müəllimləri kənd məktəblərinə cəlb etmək mümkün olmayacaq. Nəzərə almaq lazımdır ki, bəzi kəndlərdə siniflərin, yaxud uşaqların sayı azdır, istənilsə belə dərs saatını artırmaq mümkün olmayacaq.

“Namizədləriniz varsa deyin, gəlsinlər”

Ağstafa rayon təhsil şöbəsindən deyirlər ki, ötən illərə nisbətən builki tədris mövsümünə müraciətlər çoxdur, məsələn, sentyabrın 17-də 3 namizəd göndərilib. Amma hələlik boş yerlərin tam dolub-dolmayacağı bəlli deyil, çünki namizədlərin qeydiyyatı sentyabrın 18-də başa çatacaq.Bundan sonra müəllimə ehtiyac olan məktəblərin siyahısı yenidən müəyyənləşdiriləcək.

Astara təhsil şöbəsi isə namizədlərə müraciət edərək kəndlərdə müəllim işləməyə dəvət edirlər. “Namizədiniz varsa, buyurub gəlsinlər”, - təhsil şöbəsindən söyləyiblər və əlavə ediblər ki, işləməyə gələn müəllimlərə maksimum qayğı göstərilir.

Quba təhsil şöbəsindən isə bildiriblər ki, həftə sonunadək hansı fənn üzrə kadr çatışmadığı bəlli olacaq, bu barədə nazirliyə məlumat veriləcək.

Ekspert: “Bir müəllim 2-3 fənn tədris edir”

Təhsil eksperti Kamran Əsədov isə hesab edir ki, orta məktəblərə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilsə də, hələ də ucqar kənd məktəblərində müəllim çatışmazlığı problemi qalır. Araşdırmalara görə, bəzi məktəblərdə ixtisaslı müəllim öz fənni ilə yanaşı, daha bir neçə digər fənni də tədris edir. Nəticədə isə təhsilin keyfiyyəti aşağı düşür, şagirdlər və valideynlərin narazılığı yaranır: “İstər Bakıda, istərsə də bölgələrdə rus bölməsi üzrə ciddi şəkildə kadr çatışmazlığı mövcuddur. Hətta Lerik, Yardımlı, Quba, Qusar, Xaçmaz və Şamaxının kənd məktəblərində xarici dil fənni üzrə müəllim çatışmazlığı illərdir davam edir”.

Əsədovun sözlərinə görə, həvəsləndirici tədbirlərin həyata keçirilməsi nəticəsində son illər kənd məktəblərini seçən gənc mütəxəssislərin sayı ilə yanaşı müəllim çatışmazlığının minimuma endirilməsinə ümidlər də artıb.

Təhsil Nazirliyindən isə bildiriblər ki, kəndlərdə işləmək istəyən müəllimlərin sayı ildən-ilə artır. Müəllimlərin işə qəbulu üzrə builki müsabiqənin və müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun iki turunun nəticələrinə əsasən kəndlərdə yerləşən ümumi təhsil müəssisələrinə 3500-dən artıq müəllim işə qəbul olunub. Bu ilin sentyabrından Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzi tərəfindən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada proqram təminatı tətbiq olunmaqla həyata keçirilir.

“Bu proses il ərzində yeni vakant yerlər yarandıqca il boyu müəllimlərin işə qəbulu aparılacaq. İndiyədək müddətli müqavilə ilə işə qəbul üzrə iki tur həyata keçirilib. Üçüncu tur üzrə elektron sənəd qəbulu 22-23 sentyabr tarixlərində keçiriləcək”-nazirliyin problemlə bağlı şərhində bildirilir.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY