Culia Gralou: “Arzu edərdim ki, ABŞ-ın Sietl Xərçəng Mərkəzində də belə şərait olsun”

15:23 17.09.2018 478
Culia Gralou: “Arzu edərdim ki, ABŞ-ın Sietl Xərçəng Mərkəzində də belə şərait olsun”

Sentyabrın 15-16-da Bakıda Azərbaycan Milli Onkologiya Mərkəzi (MOM) və Amerika Klinik Onkologiya Cəmiyyəti (American Society of Clinical Oncology, ASCO) tərəfindən təşkil edilmiş “Xərçəngin multidissiplinar beynəlxalq müalicəsi” mövzusunda ikigünlük beynəlxalq konfrans keçirilmişdir.
Konfrans ərəfəsində amerikalı qonaqlar Milli Onkologiya Mərkəzini gəzmiş, burada xəstələr üçün yaradılan şərait, müasir müalicə və diaqnostika metodları, modern innovasiyaların tətbiqi və Azərbaycanlı həmkarlarının iş təcrübəsi və əldə edilən uğurlarla yaxından tanış olmuşlar. ABŞ-dan gəlmiş alim və mütəxəssislər MOM-da əldə edilən nəticələrdən, yüksək texnologiyaların və nadir tibbi avadanlıqlardan məharətlə istifadədən, burada hökm sürən ciddi intizam və dünya standartları səviyyəsində reallaşdırılan prosedurlardan çox böyük heyranlıq və xoş təəccüb hissləri keçirdiklərini, Bakıda bu cür yüksək tibbi və texniki göstəricilərə malik Mərkəzlə tanış olacaqlarını heç xəyallarına belə gətirmədiklərini çox səmimi şəkildə etiraf etmişlər.


Xoş təəssüratlarını Azərbaycanın milli dövlət kanalına-AzTV-yə müsahibəsində açıqlayan ABŞ-ın Sietl Xərçəng Mərkəzinin direktoru, professor Culia Gralou demişdir:. “Milli Onkologiya Mərkəzində kliniki fəaliyyət, diaqnostika və

müalicələr zamanı tətbiq edilən elmi yenilikləri yüksək qiymətləndirirəm. Çox möhtəşəm Mərkəzdir. Arzu edərdim ki, ki, ABŞ-ın Sietl Xərçəng Mərkəzində də belə şərait olsun”.

Dünya şöhrətli professor sözünə davam edərək bildirmişdir: “Konfransın yüksək səviyyədə təşkilinə görə Milli Onkologiya Mərkəzinə minnətdarlığımı bildirirəm. Tədbir mütəxəssislər arasında əməkdaşlığın genişləndirilməsi, fikir və təcrübə mübadiləsinin aparılması, xəstələrə göstərilən onkoloji yardımın səviyyəsinin daha da təkmilləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Biz Bakıda çox şeylər öyrəndik, buradan həddən artıq xoş təəssüratlarla gedirik. Qəti şəkildə əminik ki, Milli Onkologiya Mərkəzi bu uğurları ilə çox tezliklə nəinki MDB məkanının, hətta dünyanın ən məşhur və nüfuzlu səhiyyə oçaqlarından birinə çevriləcəkdir.”

Amerika Klinik Onkologiya Cəmiyyəti nümayəndəsi Vanessa Sarçet də Azərbaycan televiziyasına müsahibəsində professor C.Qralounun fikirlərinə öz ürək sözlərini əlavə etmişdir : “Biz MOM-un uşaq onkologiyası, şüa terapiyası, reanimasiya və intensiv terapiya bölmələrinə baş çəkdik, xəstələrin müalicəsi üçün tətbiq edilən müasir avadanlıqla tanış olduq, müalicə proseslərini müşahidə etdik. Milli Onkologiya Mərkəzində yaradılmış şərait bizə həqiqətən güclü təsir bağışladı.



Mərkəz ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostika kompleksi ilə təchiz olunub. Burada gördüklərimiz belə güman etməyə əsas verir ki, Azərbaycan hökuməti ölkədə səhiyyə sahəsinə sanballı sərmayə qoyur, zəngin maddi-texniki bazaya və güclü kadr potensialına malik olan Milli Onkologiya Mərkəzi isə dünyanın aparıcı onkologiya mərkəzləri ilə müqayisə edilə bilər”.

Vanessa Sarçet daha sonra demişdir: “Bizə verilən məlumata görə, Milli Onkologiya Mərkəzi son illərdə dünyanın aparıcı onkologiya mərkəzləri ilə, habelə onkoloji xəstələrin müalicəsi üçün zəruri olan ən yeni texnologiyalar istehsal edən şirkətlərlə sıx əməkdaşlıq edir. Məsələn, 2015-ci ilin noyabrında Azərbaycan MOM ilə M.D.Anderson adına Onkoloji Mərkəz (M.D. Anderson Cancer Center, ABŞ) arasında uzunmüddətli əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən MOM-un mütəxəssisləri Amerika Onkoloji Mərkəzindən olan həmkarları ilə birgə elmi araşdırmalar və klinik tədqiqatlar aparırlar. ASCO nümayəndələri MOM-da aparılan tədqiqatlarla tanış olaraq yəqin ediblər ki, burada çox mürəkkəb cərrahiyyə əməliyyatları, habelə ciddi elmi axtarışlar aparılır.

Bütün bu tanışlıq və xoş təəssüratlardan sonra biz – ASCO nümayəndələri Milli Onkologiya Mərkəzi ilə əməkdaşlıq haqqında müqavilə imzalamaq niyyətində olduğumuzu bildirmişik və bununla qürur duyuruq”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu