Əbülfəz Məlikovun YAĞLI GEDİŞLƏRİ... - Və yaxud Səfər Mehdiyevə söykənən ÖZBAŞINALIQ

11:45 14.09.2018 535
Əbülfəz Məlikovun YAĞLI GEDİŞLƏRİ... - Və yaxud Səfər Mehdiyevə söykənən ÖZBAŞINALIQ

Son illər bununla bağlı mediada və sosial şəbəkələrdə məlumatlar səngimək bilmir. Konkret olaraq vətəndaşların satışda olan yağların keyfıyyəti ilə bağlı fikirləri birmənalı deyil. Məlumatlardan da göründüyü kimi əsasən işbazlar tərəfindən xaricdən idxal edilən ucuz yağların tərkibində əlavə qatqılar var ki, bunlar orqanizmə ciddi ziyan verərək birbaşa insan sağlamlığını təhlükə altına alır.

DİA.AZ bildirir ki, Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyanın İdarə Heyətinin sədri Samir Eyyubov bəzi yerlərdə satışda tərkibində müxtəlif qarışıqları olan palma yağlarının satıldığını deyib. O, qeyd edib ki, belə yağlar insan sağlamlığı üçün zərərli hesab edilir. Lakin həmin məhsulun üzərində bu barədə yazılmır. Tövsiyyə edilib ki, vətəndaşlar yağ alarkən malın üzərində yazılanları diqqətlə oxumalı və yağ seçərkən qiymətinə önəm verməlidirlər.

“Altay” İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı isə açıqlamasında deyib ki, bu gün ərzaq bazarında ən təhlükəli vəziyyət yağlarla bağlıdır: “Bu vəziyyətlə bağlı təhlükəli məqamları dəfələrlə qeyd etmişik. Nəhayət ki, bu məsələ nəzarətə götürüldü. Təbii ki, bütün bazar və mağazalarda yoxlamalar apara bilmirlər. Yoxlama aparsalar, görərlər ki, vəziyyət düşündüklərindən də 10 dəfə pisdi. Sadəcə, Azərbaycanda yerli istehsala nəzarət yoxdur. Kim nə istədi, istehsal edir. Böyük istehsalçılarda müəyyən qədər imkanlar var və keyfiyyətlə bağlı normalar yaxın buraxılır. Amma kiçik istehsalçılarda belə deyil. Sadəcə, məhsulun üzərində fiziki şəxsin adı qeyd olunur. Bu yağların tərkibi müəmmalı mənşəli maddələrdir. Burada süddən və ya təbii yağdan söhbət gedə bilməz. Bunları geniş miqyasda və elan vermədən yoxlamaq lazımdır. Bu yağları mağazalarda qəfil yoxlasalar, çox dəhşətli mənzərə ortaya çıxar. Bu yerli istehsalçılar tərəfindən olan problemdir. Bundan əlavə idxalla bağlı da neqativ hallar var”.

Ekspertin qənaətinə görə, ölkədə manat zəifləyəndən sonra xaricdən gətirilən məhsullar baha başa gəlir: “Yəni keyfiyyətli yağ çox baha gəlir. Ən azı kilosu 15 manatdan aşağı olmur. Amma bazarlarda 3-5 manata Rusiya, Belarus, Yeni Zelandiya adları ilə yağlar satılır. Həmin idxalda gömrükdə, laboratoriyada nəzarət olmadığına görə ən sonuncu keyfiyyətdə və saxta yağların çox rahatlıqla ölkəyə daxil olması baş verir. Həm yerli, həm də idxal istehsal hesabına satılan yağlar yoxlanılmalı və çox ciddi tədbirlər görülməlidir. Bu gün yayılan ən təhlükəli xəstəliklərin 80-90 faizinin səbəbi keyfiyyətsiz yağlarla bağlıdır. Əslində Qida Təhlükəsizliyi Agentliyinə məxsus hansı səviyyədə laboratoriyalarının olduğunu bilmirəm.

Yoxdusa, həmin avadanlıqlar alınmalıdır. Yoxlamalar xəbərdarlıq edilmədən və ətraflı aparılmalıdır. Əhalinin sağlamlığı bu cəhətdən çox təhlükə altındadır. Bundan əlavə haqsız rəqabət məsələsi var. Ən dəhşətlisi isə odur ki, saxta, ucuz yağlar bazara daxil ola bilir. Keyfiyyətli və bir qədər yüksək qiymətə təklif olunan yağlar sıradan çıxır. Yəni həm keyfiyyətli yağ gətirmək, həm də istehsal etmək istəyənlər sıradan çıxır. Ona görə də bazar tamamilə keyfiyyətsiz və saxta yağlarla doludur. Bununla bağlı ciddi tədbirlər aparıb, sərt cəzalar tətbiq etməlidirlər. Əgər özlərinin buna səlahiyyəti yoxdursa, cavabdeh qurumlar bununla məşğul olmalı və ciddi cəza tədbirləri olmalıdır. Əgər cəza tədbirləri adekvat olmasa, məsələn, sahibkar 3-5 min manatla cərimələnəcəksə, problem həll olunmayacaq. Onsuz sahibkar bu sahədən tutaq ki, 50 min manat qazanırsa, onun 5 minini cəriməyə verməsi heç nəyi dəyişməyəcək. Sərt cəza həbs də ola bilər. Çünki birbaşa insanların sağlamlığı, həyatı ilə oynayırlar. O yağlardan yaranan xəstəliklərdən insanlar ölür. Əks halda, bu sahədə vəziyyət düzəlməyəcək”.

Dia.az xatırladır ki, bu gün ölkədə əsas yağ inhisarçılarından biri "broker Əbülfəz" kimi tanınan Əbülfəz Məlikovdur ki, bu adam hazırda "Gilan holdinq"də yükək vəzifə tutur. Və bu gün Əbülfəz Məlikov birbaşa olaraq Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin çətiri altında demək olar ki, rəsmən milləti zəhərləməklə məşğuldur. Necə?

Meyvəli Gomrük Terminalının sahibi "Broker Əbulfəz" yağ monopoliyasını necə idarə edir?

Bunu DİA.AZ-a açıqlayan məlumatlı mənbə iddia edir ki, Əbülfəz Məlikova aid olan mallar ölkə sərhədində S.Mehdiyevin tapşırığına əsasən Meyvəli terminalına yönəldilir.

Mənbənin DİA.AZ-a söylədikləri: "Meyvəli Terminalında isə bütün işçilər Ə.Məlikova tabe olduğu üçün mallar yoxlanılmır. "Vest produkt marketing", "Foodini", "Harmony trading" və s., kimi firmaların adına idxal olunan yağlar Meyvəlidəki Soyuduculara göndərilir. Soyuducularda isə mənşəyi bəlli olmayan yağlar kərə yağı kimi qablaşdırılaraq satılır".

Mənbə dia.az-a açıqlamasında bildirir ki, bu təhlükəli yağların satışı isə Meyvəli bazarda “Arxa ofis“ adlandırılan iki mərtəbəli binadan təşkil edilir: "Satışa isə vergidən yayınmağın yollarını yaxşı bilən Tahir müəllim rəhbərlik edir".

DİA.AZ xatırladır ki, hələ 2000-ci illərdə Ə.Məlikovla 28 May-da qaçaq siqaret satan Tahir müəllim bu işləri yaxşı mənimsəyib. Yəni vergidən necə yayınmağın yollarını yaxşı bildiyindən hələ də Əbülfə Məlikovun ixtiyarında, sağ yanındadır...

Dia.az olaraq bütün maraqlı tərəflərin də mövqelərini işıqlandırmağa hazırıq. Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar