Sankt-Peterburqun Frunzenski rayonundakı 27-ci polis bölməsinin müdir müavini, 36 yaşlı polkovnik-leytenant Andrey Qubin rüşvət aldığına görə işdən çıxarılıb.
Open.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün baş verib. Belə ki, polis müsadirə etdiyi oğurlanmış avtomobili Azərbaycan vətəndaşına qaytarması üçün ondan 200 min rubl alıb.
Bu zaman polis rəisi Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə idarənin əməkdaşları tərəfindən saxlanılıb.
Hazırda hadisə barədə istintaq başladılıb. Onun günahı təsdiq edildiyi təqdirdə vəzifəsindən azad ediləcək və dərhal intizam məsuliyyətinə cəlb olunacaq.
Zamantv.az