Sosial Yardımı almaq aztəminatlı ailələr üçün sosial bəlaya çevrilib

15:08 10.09.2018 835
Sosial Yardımı almaq aztəminatlı ailələr üçün sosial bəlaya çevrilib

Dövlətimizin iqtisadi resusları artıqca aztəminatlı ailələrə diqqət və qayğı
mütəmadi olaraq artır və onların sosial müdafiəsini təmin etməkdən ötrü bir sıra
sosial yönümlü layihə və proqramlar həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 21 dekabr 2005-
ci il tarixli Ünvanlı Dövlət Sosial Yardım (ÜDSY) haqqında qanunu aztəminatlı
ailələrin yoxsulluqla üzləşmsinin qarşısını alan və onlaın sosial müdafiəsinin təmin
etmək üçün həyata keçirilən belə proqramlardan biridir.

Lənkəran rayonu Diryan kənd sakini Rəhmətov Bayram Qasım oğlunun ailəsi
aztəminatlıdır. Onun üç azyaşlı övladı var, özü və həyat yoldaşı işsizdirlər,
dövlətdən ailəsinə heç bir vəsait gəlmir. O, Ünvanlı Dövlət Sosial Yardımını almaq
üçün elektron müraciət qaydası əsasında, dəfələrlə müraciət etsə də, müraciətinə
imtina bildirişi gəlib.

Son dəfə 13.08. 2018- ci il tarixli 187218000070502 müraciətinə gələn imtina
bildirişinə imtinaya səbəb Rəhmətov Bayram Qasım oğlunun “torpaq
mülkiyyətçisi olması” öz təsdiqini tapmaması göstərilib.

Redaksiyamıza Ünvanlı Dövlət Sosial Yardımla bağlı gələn bütün məktublarda
aztəminatlı ailələr B. Rəhmətovun ailəsi kimi eyni problemlə üzləşdiyi bildirilir.

“Ünvanlı Dövlət Sosial Yardım haqqında” qanunun 4- cü maddəsində ünvanlılıq,
ədalətlilik pirinsiplərinə əsaslanaraq göstərilir ki, bu yardımı Azərbaycanda
yaşayan və Azərbaycan Respublikasının vətəndaşı olan hər bir aztəminatlı ailə ala
bilər. Lakin bir çox aztəminatlı ailələr UDSY- dən yararlana bilmirlər. Səbəb isə
bir sıra məmurların yaratdıqları süni əngəlliklər və ÜDSY almaq üçün müraciət
etmək qaydaların tez- tez dəyişdirilməsidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016- cı il 15 yanvar tarixli 37 saylı
qərarı il ÜDSY almaq üçün elektron müraciət qaydaları təqdim olundu. Bu qərarda
göstərilən qaydalarda vətəndaş məmur ünsiyyəti aradan qaldırılaraq, bürokratik
əngəlliklərə son qoyulsa da, lakin həmin qaydalara mövcud şəraitdə maddi durumu
acınacaqlı olan aztəminatlı ailələrin ÜDSY almaq imkanını məhdudlasdırır. Çünki
həmin qaydalara əsasən paybəlli torpaq sahəsi olan aztəminatlı ailə başçıları
torpaq mülkiyyətçisi kimi birinci şəxs olmalıdır. Bunun üçün də, o, Torpaq
Mülkiyyətinə dair Dövlət Aktını daşınmaz əmlakın dövlət reyestr xidmətinə aparıb
adına Çıxarış çıxardaraq hüququ rəsimləşdirən şəxs olduqdan sonra, məşğuluğunun
təmin olunması üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət edib, adına SUN
şifrəsi alıb həmin şifrəyə ödəniş etdikdən sonra onun məşğulluğu təyin olunur.
Bunun üçün də, bir ailə ÜDSY almasına müraciət etmək üçün 200 manata yaxın
pul xərcələməlidir. 2018- ci ilin iyul ayına qədər vətəndaşlar bu qaydada müraciət
edir və onların müraicəti əsasında ÜDSY təyin olunurdu.

2018- ci ilin iyul ayından etibarən ÜDSY üçün müraciət edən aztəminatlı ailələrə
eyni qaydada imtina bildirişi gəlibdir. Həmin bildirişlərdə göstərilir ki, Azərbaycan
Respublikasının Dövlət Komitəsindən əldə edilən məlumatlara əsasən, torpaq
mülkiyyətçiliyi öz təsdiqini tapmamışdır. Çox qəribədir ki, bu tarixdən öncə
UDSY almaq üçün müraciət edən aztəminatlı ailələr müraciətlərinə UDSY təyin
olunurdu. Torpaq mülkiyyətçiliyi ilə bağlı ona heç bir imtina bildirişi gəlmirdi.
Bəs, görəsən, indi gələn imtina bildirşinə görə, kim cavabdehlik daşıyır və öz işinə
səhlənkarcasına yanaşır?

Ən maraqlısı odur ki, mövcud şəraitdə maddi durumu acınacaqlı olan, çörəyi
mağazadan nisyə alan və ümidini UDSY – yə dikən aztəminatlı ailə həmin yardımı
almaq üçün 200 manata yaxın borc edib reyestr xidmətinə pul xərcləyir.

Araşdırmalardan ümumi nəticəyə belə gəlmək olur ki, hal- hazırda UDSY almaq
az təminatlı ailələr üçün sosial bəlaya çevirilib.

Zahid Səmədov
ZamanTv.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU