Necə oldu ki, Sahil Babayev Mətin Kərimlidən asılı vəziyyətə düşdü? - İDDİA

13:30 10.09.2018 613
Necə oldu ki, Sahil Babayev Mətin Kərimlidən asılı vəziyyətə düşdü? - İDDİA

Avqustun 31-də Azərbaycan Respublikasının baş naziri Novruz Məmmədovun sədrliyi ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”nda nəzərdə tutulmuş məsələlərə dair aidiyyəti qurumların iştirakı ilə iclas keçirilib. (https://www.cabmin.gov.az/page/post/406)

Mətbuat xidmətinin yaydığı məlumatları oxuyarkən ilk baxşıdan hökumətin adi bir iclasının keçirildiyi qənaətinə gəlirsən. Lakin iclasda iştirak etmiş şəxslərdən aldığımız məlumata əsasən, Nazirlər Kabinetinin həmin toplantısında nisbi gərginlik müşahidə olunub. Belə ki, əldə etdiyimiz məlumata görə, ölkə əhalisinin sosial və əmək ödənişlərinə, eyni zamanda əmək bazarındakı vəziyyətə həsr olunmuş iclasda sözügedən sahədəki mövcud durum müzakirə edilib. Daha doğrusu, toplantıda sözügedən sahədəki bərbad vəziyyət tənqid edilib və bu durumdan çıxmanın yollarına dair ciddi və gərgin müzakirələr aparılıb.

Məlumatlı mənbə PİA.az-a bildirib ki, Səlim Müslimovun bərbad günə saldğı əmək və sosial müdafiə sahəsində azacıq da olsa irəliləyişin qeydə alınmadığı, müsbət nəticələrin əldə olunmadığı, əksinə əhali arasında narazılıqların daha da artdığı bildirilərək yeni nazir Sahib Babayevə ciddi iradlar bildirilib.

Əldə etdiyimiz məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri həmin iradları daha öncə Prezident Administrasiyasından eşidib. Mənbəmizin iddiasına görə, Sahil Babayev Prezident Administrasiyasında danlanılıb. Daha sonra isə məsələ Nazirlər Kabinetinin iclasında müzakirə olunub.

Qeyd edək ki, yeni Nazirlər Kabineti aprel ayında prezident tərəfindən təsdiq olunandan sonra ən çox “təmizləmə” Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində aparılıb. Sahənin adamı olmayan, ixtisasca hüquqşünas Sahib Babayevin son tənqidlərdən nəticə çıxarmaq üçün köhnə komandadakı peşəkarları işə qaytarmaq fikrində olduğu bildirilir. Bu işdə o, müavini Mətin Kərimliyə böyük ümidlər bəsləyir. Çünki Mətin Kərimli Səlim Müslimovun zamanından müavin postunu tutur və köhnə komandadakı peşəkarları yaxşı tanıyır.

Qeyd edək ki, Mətin Kərimov kənd təsərrüfatı naziri İnam Kərimovun qardaşıdır. Eyni zamanda, Sahil Bababyev İnam Kərimovun tələbə yoldaşıdır.

Xatırladaq ki, Mətin Kərimli 2016-cı ilin mart ayında Səlim Müslümovun böyük “islahatı” kimi dəyərləndirilən ünvanlı sosial yardım sistemində VEMTAS deyilən elektron müraciət sisteminin “xaç atası” kimi tanınr və sonradan bu sistem uğursuzluğu ilə Səlin Müslümovun əsas problemlərindən birinə çevrildi. VEMTAS sustemi sosial müdafiə və təminat sahəsində korrupsiyanın aradan qaldırılması üçün nəzərdə tutulsa da, sistemə olan müdaxilələr nəticəsində sosial sahədə vəziyyət daha da pisləşdi və korrupsiya daha da böyüdü.

İddialara görə, son proseslərdən sonra, yəni Sahil Babayevin Prezident Adminstrasiyasında və Nazirlər Kabinetində tənqidə məruz qalmasından sonra Mətin Kərimlinin nazirlikdəki mövqeləri daha da güclənib və indi onun nazir olmaq arzularının reallaşdırılması üçün daha əlverişli şərait yaranıb. İddilara görə, Mətin Kərimli zamanla bu arzusuna çatacağını da artıq büruzə verməyə başlayıb.

Mənbəmizin iddiasına görə, sosial iş sahəsinə naşı olan Sahib Babayevin ağır duruma düşməsində Mətin Kərimlinin də “xüsusi xidmətləri” var. Bu sahəni yaxşı bilən Mətin Kərimli yeni rəhbərliyə demək olar ki, işinin öhdəsindən gəlməkdə heç bir yardım etməyib. Halbuki Səlim Müslimovun dövründə yükün əhəmiyyətli hissəsi onun çiynində olub. Bəs görəsən, bundan sonra vəziyyəti düzəltməkdən ötrü Mətin Kərimli əlini daşın altına qoyacaqmı?

Bunu zaman göstərəcək...

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq...
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK