"Abşeron" gənclər şəhərciyində lift problemi - "Uğur" lift servisinin uğursuz fəaliyyəti

10:30 8.09.2018 876
"Abşeron" gənclər şəhərciyində lift problemi - "Uğur" lift servisinin uğursuz fəaliyyəti

Xırdalan şəhərində yerləşən "Abşeron" Gənclər Şəhərciyinin 54-cü blok sakinləri redaksiyamıza müraciət ediblər.
Dia.az Sherq.az-a istinadən xəbər verir ki, onlar sözügedən blokda 10 günə yaxındır liftin işləməməsi və aidiyyəti qurumların buna laqeyd yanaşmasından şikayətləniblər. Sakinlərin sözlərinə görə, 11 mərtəbədən ibarət olan binanın bu blokunda yaşayan ailələr olmazın əzab- əziyyətini çəkirlər:

"Ötən həftənin 6-ci günündən etibarən lift işləmir. Məsələ ilə bağlı ilk olaraq şəhərciyin "JEK"inə müraciət etdik. "JEK"dən bildirildi ki, bu işlə "Uğur" Lift Servis məşğul olmalıdır. Çünki şəhərciyi inşa edən "Akkord" tikinti şirkəti ilə adıçəkilən lift xidməti arasında müqavilə bağlanıb və bu müqaviləyə əsasən, kompleksin lift problemini həmin xidmət öz üzərinə götürüb. Bunun müqabilində isə "Akkord" sözgedən lift xidmətinə vəsait ödəyir".

Sakinlər diqqətə çatdırıblar ki, "JEK"in məlum açıqlamasından sonra sözügedən lift xidməti ilə əlaqə saxlayıblar və öncə bu şirkət problemin 2 gün ərzində həllini tapacağını söyləyib: "
İndi də bəyan edirlər ki, lift bir ay müddətinə düzələcək. Liftin hər hansı bir bahalı detalının sıradan çıxdığını və o detalın Azərbaycanda olmadığını bəhanə gətirərək problemi yoluna qoymurlar. Baxın, yayın bu qızmaq günəşində insanlar necə dözsün bu məşəqqətə ? Yaşlı insanlar, körpələr həyətə düşüb havasını dəyişmək istəyir, amma liftin olmamasına görə, bunu edə bilmir. Hətta elə ağsaqqal və ağbirçəklər var ki, düşüb özünə çörək belə ala bilmir. Neynəsin bu qədər pilləkanı nə düşmək mümkündür, nə də qalxmaq".

Sakinlər onu da əlavə ediblər ki, ötən gün orta yaşlı bir xanım, çörək alıb evə qalxarkən təngənəfəs olaraq halı pisləşib və qonşular təcili yardım çağırıblar:

"Həkimlər o qadını çox böyük çətinliklə həyata qaytarıb. İndi görün, necə çətinlik çəkirik ? Bizə görün necə zülm verirlər ? Biz artıq kimə müraciət edəcəyimizi də bilmirik. Bu mənada düşündük ki, bəlkə media imdadımıza yetişə !"

Biz də "Şərq" qəzeti olaraq məlum müraciəti nəzərə alaraq əlaqədar qurumlarla əlaqə saxlayıb, məsələnin nə vaxt çözüləcəyini öyrənməyə çalışdıq.
Bakı Şəhər Lift İdarəsinin səlahiyyətli nümayəndəsi İslam Mirzəyev idarənin bu məsələyə nəzarət etmədiyini diqqətə çatdırdı. O vurğuladı ki, yaşayış kompleksini inşa edən tikinti şirkəti hər hansı lift servisləri ilə müqavilə imzalayır, binanın lift xidmətlərini onlara həvalə edir:

"Abşeron Gənclər Şəhərciyinin liftlə təmin edilməsi məsələsi, lift problemi yarandıqda təmir işlərinin aparılması müqavilə imzalanan lift şirkəti ilə razılaşdırılır. Dolayısıyla bu məsələdə həmin şirkət məsuliyyət daşımalıdır. Lift xidmətləri ilə məşğul olan özəl şirkətlər Bakı Lift İdarəsinə tabe deyil. İdarə sadəcə Bakı şəhər İcra Hakimiyyətinin balansında olan yaşayış binalarına nəzarət edir. Bu komplekslər icra hakimiyyətinin balansımızda olmadığından müvafiq tikinti şirkəti ilə müqaviləmiz də yoxdur”.

"Uğur” Lift Servisi elə bizə də açıqlamasında dedi ki, 54-cü blok sakinləri daha bir ay gözləməlidirlər:

"54-cü blokun istifadəyə yararsız liftini təmir etmək üçün xaricdən müvafiq avadanlıqlar, hissələr sifariş verilib. Bu vasitələrin ölkəyə gətirilməsi təxmini bir ay vaxt alacaq.

Bir neçə gün əvvəl müraciət edən sakinlərə qısa müddətdə lift təmir edəcəklərini bildirdik. Lakin əlimizdə olan avadanlıqlar yetərli olmadığından xaricdən sifariş verməli olduq. Buna görə, liftin təmiri gecikir”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?