BP azərbaycanlı işçinin ölümünü niyə gizlədib? - ŞOK FAKTLAR

10:15 8.09.2018 548
BP azərbaycanlı işçinin ölümünü niyə gizlədib? - ŞOK FAKTLAR

Bakı şəhər sakini, “BP – Azərbaycan” şirkətinin keçmiş əməkdaşı Aslanov Aslan Zahid oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Onun məktubunu olduğu kimi dərc edirik:

“Mən, 07.06.1985-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Aslanov Aslan Zahid oğlu 26 Yanvar 2009-cu il tarixdən 4 Aprel 2018-ci il tarixinədək “BP-Azərbaycan” şirkətinin işçisi olmuşam və BP-də müxtəlif işçi vəzifələrində işləmişəm. İşçi olduğum müddətdə mütəmadi olaraq BP-nin əcnəbi işəgötürən kimi Azərbaycan Respublikasını Əmək Məcəlləsinin (ARƏM) tələblərini, işçilərinin azad şəkildə BP-də Azərbaycanlı İşçilərin “Həmkarlar Təşkilatı” yaratmaq təşəbbüslərinin əcnəbi rəhbərliyinin müxtəlif təzyiqləri ilə məhdudlaşdırılması və o cümlədən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) və BP şirkəti arasında imzalanmış və hüquqi qüvvəyə minmiş Hasilatın Pay Bölgüsü Sazişinin ( HPBS) 6-cı Maddəsinin ( Birgə Əməliyyat Şirkəti. İşçi Heyəti və Peşə Təhsili) 6.7 bəndində ( İşçi Heyəti) təsbit olunan “Kadrların Milliləşdirilməsi” öhdəliyinin o cümlədən Neft-Qaz Hasilatı ilə bağlı BP şirkətinin Azərbaycan Dövləti və ARDNŞ qarşısında götürdüyü öhdəlikləri kobud şəkildə pozması hallarını illərboyu müəyyən etmişəm. Bu hallar haqqında işçi olduğum müddətdə daimi BP Əcnəbi və bəzi yerli müdriyyəti qarşısında daxili qaydada müraciətlər etmişəm və hətta BP daxili elektron məktubları ( BP e-mail sistemi) vasitəsilə rəsmi şikayətlər qaldırmışam və məsələlərin daxili qaydada və Azərbaycan Respublikasının müvafiq Qanunvericiliyinin tələblərinə uyğun şəkildə həllini tapmasına bir Azərbaycan Vətəndaşı olaraq cəhd etmişəm.

Nəhayət, 4 Aprel 2018-ci il tarixdə BP daxilində azərbaycanlı olduğuma və dövlətçiliyə bağlı mövqe nümayiş etdirdiyimə görə, azərbaycanlı işçilərini əcnəbi və bəzi anti-milli müdriyyət tərəfindən iş zamanı təhqir olunmasını və azərbaycanlıların Milli Qürur hissinin alçaldılmasının dözülməz dərəcəyə gəlib çatdığını görərək, BP tərəfindən baş verən qanun pozuntularının, Azərbaycan dövlətini aldatmağa cəhd etməsinin və BP-nin Neft-Qaz Hasilatı, o cümlədən Kadrların Milliləşdirilməsi məsələlərində min cür fitnəyə əl atmasını bilərək, BP-də “Azərbaycan Respublikasının Həmkarlar İttifaqları haqqında Qanunu”nun və ARƏM-nin müvafiq maddələrinin tələblərinə uyğun şəkildə də Azərbaycanlı İşçilərin “Həmkarlar Təşkilatı” yaratmaq istəmişəm. Bundan dərhal sonra 4 Aprel 2018-ci il tarixdə işçisi olduğum Sualtı Əməliyyatlar İdarəsində yeganə azərbaycanlı işçi olaraq qeyri-qanuni şəkildə işçi vəzifəm ixtisara salınır və ARƏM-nin Əmək Məcəlləsinin 79-cu Maddəsinin müvafiq maddəsinin tələbinə zidd olaraq Əmək Müqaviləmə dərhal BP tərəfindən xitam verilir.

Yuxarıda BP-nin qeyd olunan saysız-hesabsız qanun pozuntuları ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyi Xidmətinə (DƏMX) və Azərbaycan Respublikasının Məhkəmələrinə müraciət etmişəm və etməkdə davam edəcəm.

Sizdən çox xahiş edirəm ki, qeyd olunan qanun pozuntularının obyektiv araşdırılması üçün həm ƏƏSMN-nin naziri, hörmətli Sahil Babayevə, Azərbaycan Respublikasının Nəsimi rayon Məhməsinə və gələcəkdə Apellyasiya və Ali Məhkəmələrə BP ilə bağlı Azərbaycan Respublikasının vətəndaşları tərəfindən, o cümlədən mənim tərəfimdən qeyd olunan kobud qanun pozuntuları ilə əlaqədar edilən müracitələrin və İddiaların ciddi şəkildə araşdırılması üçün mətbuat dəstəyi verəsiniz.

Eyni zamanda Sizi 8 Noyabr 2016-ci il tarixdə BP-nin Xəzər dənizində Əməliyyatçısı olduğu Dərin Sulu Günəşli ( Deep Water Gynashly) Neft Hasilatı Platformasında BP-nin Qazma işləri üzrə Podratçı şirkətinin azərbaycanlı işçisinin Platformada itkin düşməsi və dərhal sonra da Platformadan dənizə düşərək ölməsi haqqında məlumatlandırmaq istərdim.

Belə ki, qeyd olunan hadisə baş verdikdən sonra BP-nin müdriyyəti tərəfindən daxili elektron məktub sistemi (BP e-mail sistem) vasitəsiə ilə rəsmi olaraq bütün azərbaycanlı işçilərə xəbərdarlıq məktubu göndərildi ki, qeyd olunan hadisə ilə bağlı yerli və dünya mətubatına, o cümlədən sosial mediaya heç bir məlumat vermək olmaz. Yəni dolayısı ilə işçilərə təzyiq olaraq bildirildi ki, kimsə Platformada baş verən məlum insan tələfatı ilə nəticələnən faciəvi hadisə ilə bağlı mətbuata məlumat verərsə, həmin şəxs şirkətin daxili “siyasətini” pozmuş olacaq. Bu, dolayısı ilə həmin işçinin cəzalandırıla biləcəyi ilə bağlı bir xəbərdarlıq idi bu məktub.

Qeyd olunan məktub bu ərizəyə qoşmadadır və BP daxili rəsmi ünsiyyət dili ingilis dili olduğundan, BP elektron məktubu da ingilis dilindədir və məktubun sonunda qeyd olunur ku, BP şirkətinin Mətbuat Xidməti bu hadisənin baş vermə səbəbləri ilə bağlı Azərbaycan Dövlətini və İctimaiyyətini məlumatlandıracaq. Lakin mən və digər azərbaycanlı BP işçiləri digər azərbaycanlı işçinin BP-nin Platformasında faciəvi şəkildə ölməsi hadisəsindən uzun bir müddət keçməsinə baxmayaraq, həmin faciəvi hadisənin başvermə səbəbləri ilə bağlı nə mətbuatda nə də BPdaxili qaydada məlumatlandırılmamışıq. Hətta mən bilmirəm ki, bu hadisə ilə bağlı BP şirkəti Azərbaycan Dövlətini və Azərbaycan Respublikasının Baş Prokurorluğunu ümumiyyətlə məlumatlandırıbmı, yoxsa yox. Odur ku, məndə bir Azərbaycan vətəndaşı olaraq bu hadisənin başvermə səbəbləri ilə bağlı xeyli şübhələr yaranıb. Əgər BP şirkəti Azərbaycan Respublikasının Baş Prokurorluğu və ƏƏSMN-nin DƏMX-inə bu hadisə ilə bağlı məlumat verməyibsə, “Hürriyyət” qəzetindən çox xahiş edirəm ki, Azərbaycan Respublikasının Baş Prokurorluğuna və digər aiddiyyatı dövlət qurumlarına bu hadisənin başvermə səbəblərinin ətraflı araşdırılmasına, azərbaycanlı işçinin BP tərəfindən faciəvi şəkildə öldürülə biləcəyi ehtimalının və ya digər mümkün ehtimalların araşdırılması və cinayətkarların tapılıb, məsuliyyətə cəlb edilib- edilməməsi barədə mətbuat olaraq sorğu göndərəsiniz. O zaman BP şirkəti daxilində belə bir şaiə yayıldı ki, həmin işçi öz ailəsində olan problemlərə görə iş zamanı özünü platformadan dənizə ataraq intihar edib. Lakin bu, heç inandırıcı versiya deyil. Çünki intihara cəhd edən insan, zənnimcə, psixi cəhətdən sağlam adam ola bilməz və ruhən sağlam olmayan işçinin Azərbaycan dövləti üçün strateji sayılacaq bir Neft Hasilatı Platformasına BP tərəfindən iş sahəsinə buraxılması əslində daha böyük faciələrə gətirib çıxara bilərdi. Məsələn, psixi sağlam olmayan işçinin Platformada hər hansı partlayış yarada biləcək bir hərəkəti böyük fəlakətə səbəb ola bilərdi.

Digər tərəfdən də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının “Icbari Tibbi Müayinələrin Təkmilləşdirilməsi barədə” adlı 46 Nömrəli Qərarına əsasən Neft-qaz Sənayesində, o cümlədən Dəniz Neftçıxarma işlərində işləyən işçilərin İcbari Tibbi Müayinəsi minimum ildə 1 dəfə olmaqla keçirilməsi işəgötürən tərəfindən təmin edilməlidir və Neftçilər müxtəlif həkimlərlə bərabər eyni zamanda Psixiatrın da müayinəsindən keçirilməlidir. Yəni əgər BP-nin işçilər arasında buraxdığı şaiyə doğrudursa və işçi psixi cəhətdən sağlam olmayıbsa, o zaman işəgötürən kimi BP və onun Qazma üzrə Podratçı şirkəti İcbari Tibbi Müayinənin keçirilməsi qaydasını pozaraq həmin işçinin psixiatr tərəfindən vaxtında müayinə olunaraq, psixi sağlamlığının yerində olub-olmadığını təyin etməmiş və həmin işçinin öz həyatı ilə bərabər Azərbaycan dövlətinə məxsus və Strateji əhəmiyyətli Neft Hasilatı Platformasını böyük təhlükə və risk altına atmışdır.

Bunlar yenə də mənim sadəcə bir Azərbaycan vətəndaşı kimi fərziyyələrimdir, lakin dəqiqliklə araşdırlmaya ehtiyacı olan ciddi məsələdir.

Bundan başqa, çox şübhəlidir ki, həmin gün, yəni 8 noyabr 2018-ci il tarixdən BP-nin Xəzər Dənizində Əməliyyatçısı olduğu “Dərin Sulu Günəşli”Neft Hasilatı Platformasında hasilat həm də gündəlik neft hasilatı sistemlərində yaranmış dayanmalara görə xeyli aşağı düşmüşdür. Digər tərəfdən, əgər həmin azərbaycanlı işçi psixi cəhətdən tam sağlam olubsa, o zaman həmin azərbaycanlının BP-nin Əməliyyatçısı olduğu “Dərin Sulu Günəşli” Neft Hasilatı Platformasında həyatını faicəvi şəkildə itirməsinə səbəb ola biləcək BPdaxili hər hansı səhlənkarlıqların da araşdırlmasına ehtiyac olmasını düşünürəm.

Hörmətli “Hürriyyət” qəzeti!

Sizdən bu məsələni diqqətdə saxlamağınızı və aiddiyyatı dövlət qurumlarına bu məsələnin ətraflı araşdırılmasına və nəticələrinin ictimailəşdirilməsinə mətbuat dəstəyinizi göstərmənizi xahiş edirəm”.

Redaksiyadan: Mövzunu araşdıracağıq. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU