Yeni-köhnə qayğılar başlayıb: - "Sədərək"də və "28 May" ətrafında ajiotaj

10:00 8.09.2018 499
Yeni-köhnə qayğılar başlayıb: - "Sədərək"də və "28 May" ətrafında ajiotaj

Yeni dərs ilinin başlanğıcında bir sıra məktəblərdə dərs kitablarının çatışmazlığı müşahidə edilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu vəziyyət Abşeron rayonu, Saray qəsəbəsində yerləşən Hüseyn Axundov adına 3 saylı ümumtəhsil məktəbində də qeydə alınıb.

Misal üçün, 6-cı sinif şagirdləri bir-biriləri ilə çatışmayan dərsliklərin mübadiləsini aparırlar ki, nəticədə hər kəs eyni sayda kitablara malik olsun. Onların hər birində 16 kitab olmalı olduğu halda, kitabların yarısı yoxdur. Valideynlər artıq vəziyyətdən çıxış yolu tapıblar. Onlar çatışmayan kitabları öz vəsaitləri hesabına almağa razılaşıblar.

Yeri gəlmişkən, hazırda dərs ilinin tezliklə başlanacağı ərəfədə Bakıdakı iri ticarət mərkəzlərindən olan "Sədərək"də və "28 May" metrostansiyasının yaxınlığındakı kitab satış mərkəzlərində əsl ajiotaj müşahidə olunur.

Təhsil Nazirliyindən bildiriblər ki, dərslik problemi kifayət qədər həllini tapıb və hay-küy üçün əsas yoxdur. 2018/2019-cu tədris ilinin başlanması ilə əlaqədar olaraq Təhsil Nazirliyinin sifarişi əsasında 332 adda 6 milyon nüsxədən çox (6,726029 nüsxə) kitab çap olunub.

Bunlar I-XI sinif şagirdləri üçün dərs vəsaitləridir. Bununla yanaşı, kitabların paylanması prosesinə sentyabrın 3-də start verilib və dərslər başlayana qədər davam edəcək.

Əgər məktəblilərin hamısı kitabla təmin olunmasa, o zaman valideynlər təhsil müəssisəsinin rəhbərliyinə məlumat verməlidir. Məktəb rəhbərliyi bu müvəqqəti narahatçılığı aradan qaldıracaq.

Qeyd etmək lazımdır ki, dərsliklər şagirdlərə bir illik istifadə üçün verilir. Dərsliklərin istifadə müddəti isə 4 ildir.

Eyni zamanda, elektron dərsliklərdən də istifadə etmək mümkündür. Bunun üçün həmin dərslikləri www.e-derslik.edu.az və www.trims.edu.az saytlarından yükləmək mümkündür.

Bununla yanaşı, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov "Trend" agentliyinə bildirib ki, yeni tədris ili üzrə 11-ci siniflər üçün dərsliklər yeni məzmunda hazırlanıb. Onun sözlərinə görə, 2, 3 və 7-ci siniflər üçün isə dərsliklərin məzmununa əsaslı dəyişikliklər edilib.

"Orta məktəblərin şagirdləri dərslikləri təhsil aldıqları ümumi təhsil müəssisəsindən əldə edə bilərlər. Proses sentybarın 3-dən başlayıb və hazırda davam edir" — deyə Valehov vurğulayıb.

Onu da diqqətə çatdıraq ki, yeni tədris ilində dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi