"Dələduz dəstənin rəhbəri..." - GİLEY

16:00 6.09.2018 575
"Dələduz dəstənin rəhbəri..." - GİLEY

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,

Azərbaycan Respublikasının 1-ci vitse prezidenti xanım M.Əliyevaya,

Azərbaycan Respublikasının Ədliyyə naziri cənab F.Məmmədova,

Prezident Adminstrasiyası Hüquq şöbəsinin müdiri cənab F.Ələsgərova,

Azərbaycan Respublikasının Baş prokuroru cənab Z.Qaralova,

Azərbaycan Respublikasının Maliyyə Bazralarına Nəzarət Palatasına,

Azərbaycan Respublikasının Məhkəmə Hüquq Şurası Aparatına,

Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə,

Bakı şəhər prokuroru cənab İ. Abbasova, Binəqədi rayon prokuroruna,

“Atabank” ASC-nin İdarə Heyətinin sədrinə

Ağdam rayonundan olan məcburi kökçün, hazırda Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mk-r.n, Moskva prospekti, ev 70, mən.28-də müvəqqəti kirayədə yaşayan zərərçəkmiş, Cəfərzadə İfadə İsgəndər qızı tərəfindən

“Atabank” ASC-i rəhbərliyinin mənim şəxsi əmlakıma qarşı törətdikləri qanunazidd hərəkətlərinın dərhal qarşısının alınması” barədə

Ş İ K A Y Ə T Ə R İ Z Ə S İ

Mən, 01 fevral 1965-ci ildə Ağdam rayonun işğal altında olan Boyəhmədli kəndində anadan olmuşam, Ağdam rayonunun Qasımlı Ə/NPoladlı kəndində qeydiyyatdayam.

Hazırdab barəsində Nərimanov RPİ-də CM-nin 178.3.2 maddəsi üzrə cinayət istintaqı davam edən Əskərov Nazim Mahmud oğlu Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən və 5 sot torpağın üstündə tikilmiş 2 mərtəbəli mülkümü mənim razılığım və icazəm olmadan 08 noyabr 2013-cü ildə “Atabank” ASC-nin Xəzər filialınına illik 20 faiz olmaqla 48 ay müddətinə girov qoyulmuş evimin əvəzinə 95000 manat pul götürərək mənimsəmişlər.

Bu arada, yəni, 2015-ci ilin fevralında N.Əskərovun bank qarşısında öhdəlik götürdüyü pulun ödənmədiyini görən “Atabank” ASC-nin Xəzər filialının müdiri əvvəlcədən Nazim-Famil dəstəsilə gizli sövdələşdiyi kimi, ödənişin aparılmadığı 13-cü ayın başında məni və kredit alan Nazim Əskərovu Binəqədəi rayon məhkəməsinə iddia ərizəsi verərək əsas və faiz borclarının ödənilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmişdir. İddia 15 sentyabr 2015-ci il tarixli qətnamə əsasında təmin edilmiş və 2016-cı ildən icraata yönəlmişdir. Mənə məxsus mülkün “Ata bank” tərəfindən açıq hərracda öz nümayəndəsinə formal sataraq borcun tam ödənilməsi üzrə icra işlərinə başlanılmışdır.

Yəni, Bank müdiri ilə N.Əskərov arasında olan sövdələşməyə əsasən 48 ay müddətinə verilmiş 95000 manat pulun bank müdiri tərəfindən 13 aydan sonra geri tələb edilməsi üçün əvvəlcədən planlaşdırılan plan üzrə real bazar dəyəri 400000 manat olan əmlakımın ələ keçirilmə məqsədi daşımışdır. Yoxsa ki, borcun qaytarılma müddəti 2017-ci ilin noyabrın 15-dək təyin olunmasına baxmayaraq bank müdiri niyə tezbazar əl-ayağa düşməsini anlamaq çətindir. Bəlkə Kreditoru götürən və milyonlarla ölçülən varidata sahib olan Nazim Əskərov özünün də dediyi kimi borcu tam bağlamaq istədi. O zaman 4 illliyə verilmiş krediti 13 ay vaxt keçməmiş dərhal ödənilməsini məhkəmə qaydasında tələb etməyin anlamı nə idi? Budur, bu azmış kimi bank müdiri yenə də hazırda bu iş üçün CM-nin 178.3.2 maddəsi üzrə 8 ay davam edən istintaqın başa çatdığı anda öz dələduz dostunu xilas etmək və mənə təzyiq göstərmək üçün dərhal Binəqədi İcra şöbəsinin icra məmuru Tural Süleymanovla gizli sövdələşərək həm banka girov qoyulmuş çıxarışı olan və 5 sot torpağın üzərində tikilmiş mülküm içindəki əşyaları, həm də girov predmeti olan sərhəddə yerləşən və yenə də digər 5 sot torpaq üzərində oğlum üçün tikilmiş binalarda yerləşən şəxsi əşya və digər çoxsaylı əşyalarımı qarət etmiş, bəzilərini isəmənə məlum olmayan yerə yığaraq təcili boşaltmışlar. Axı icra məmuruna kim səlahiyyət verir ki, məhkəmə predmeti olmayan digər 5 sot zonada tikilmiş obyektlərə də qanunsuz müdaxilə edərək icra adı altında “Atabank”ın rəhbərliyinin sifarişi əsasında qarət və talanla məşğul olmuşdur. İcra məmuru T.Süleymanov“Atabank” müdirindən nə qədər rüşvət alıb ki, vəzifə səlahiyyətindən süi-istifadə edərək mənim iştirakım olmadan belə bir korrupsiyailə məşğul olmuşdur.

Narazılığımı bildirəndə isə “Atabank” ASC-nin problemli məsələlər üzrə işçisi Toğrul bəy mənə başa salmağa çalışır ki, “Bəs sən bilmirsənmi “Ata bank” kimindir?Mənasız yerə şikayət edirsən. Bax bu yerdə Hüseyn Cavidin “İblis” əsəri yada düşür.Doğrudanmı iblisə uymuş ATABANK?İnanıram ki, bu özbaşna təşkilata bir STOP! deyən tapılacaq İnşallah!

Çoxhörmətli cənab Prezident! Dələduz dəstənin rəhbəri N.Əskərov barəsində 03 dekabr 2015-ci ildən CM-nin 178.3.2 maddəsi üzrə cinayət işi başlasa da o sərbəst surətdə hazırda Gədəbəy rayonunda su sexi biznesini genişləndirməklə məşğuldur.Və hazırda “Atabank” qarşısında götürdüyü öhdəliyi yerinə yetirmək əvəzinə bank müdirilə gizli sövdələməyə gedərək mənə maddi və mənəvi zərbə vurmaq üçün

“Ata bank” rəhbərliyini əvvəl sövdələşdiyi kimi, icra məmuru vasitəsilə quldurluq edib məhkəmə predmetinə daxil olmayan əmlakımı qanunsuz olaraq talamış və yağmalamışdır.

Çoxhörmətli Prezident, Sizdən artıq dərəcədə xahiş edirəm, məhkəmə predmetinə daxil olmayan, ayrıca yeganə övladım üçün 5 sot torpaq üzərində tikdiyim otaqlardakı bütün şəxsi əşyalarımı, daşınar çoxsaylı mülklərimi “Atabank” ASC- rəhbərliyinin birbaşa göstərişi əsasında oğurlanmış və talan edilmiş bütün əşyalarımın dərhal yerinə qaytarılması, şəxsi mülkümə və banka aid olmayan əraziyə daxil olmağıma rüşvət hesabına mənə imkan verilməyən daşınmaz əmlakımdan istifadə etməyimə icazə verilməsi üçün aidiyyatı üzrə göstəriş verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm.

Hörmətlə, İfadə İsgəndərqızı Cəfərzadə Mov. 070-884 32 34. Tarix: 06 sentyabr 2018-ci il.

Dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:05

Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

11:27

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...