2018-də vəzifəsini itirənlər... - SİYAHI

12:00 6.09.2018 572
2018-də vəzifəsini itirənlər... - SİYAHI

Azərbaycanda uzun müddətdir vəzifədə olan daha bir məmur işini itirib. 2018-ci il iyulun 3-də Mingəçevirdə yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası”nın yarımstansiyalarından birində baş verən qəzadan 2 ay sonra “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev işdən çıxarılıb. Rəsmi məlumatda bildirilir ki, qəza ilə bağlı araşdırma aparan Dövlət Komissiyasının yekun rəyi ilə tanış olan prezident işdə yol verdiyi nöqsanlara görə Etibar Pirverdiyevi tutduğu vəzifədən azad edib.

2018-ci ilin ötən 8 ayı ölkədə məmurların, əsasən iri ranqlı vəzifə sahiblərinin işdən uzaqlaşdırılmaları ilə yadda qalıb.

Bu ilin aprelində keçirilən prezident seçkilərindən sonra hökumətin yeni tərkibi formalışdırılıb. Baş nazir Artur Rasizadəni postunda Novruz Məmmədov əvəz edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da tutduğu vəzifə ilə vidalaşmalı olub. Hökumətin yeni tərkibində Əli Həsənov əvvəlki vəzifələrindən yalnız birinə - baş nazirin müavini postuna təyinat alıb. “Qaçqınkom”un yeni sədri Milli Məclisin üzvü Rövşən Rzayevdir.

Yeni tərkibə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da düşə bilməyib. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, yeni nazir Sahil Babayev təyin edilib. Qeyd edək ki, S.Müslümov bundan əvvəl uzun illər Dövlət Sosial Müdafiə Fondunun sədri olub.

Seçkidən sonra hökumət kabinetində yer almayan nazirlərdən biri də Heydər Əsədov oldu. O, 2013-cü il prezident seçkilərindən sonra təyin olunduğu kənd təsərrüfatı naziri postundan 2018-ci il prezident seçkilərindən sonra alındı. Prezident İlham Əliyevin sərəncamı ilə İnam Kərimov yeni kabinetdə kənd təsərrüfatı naziri təyin edilib. İnam Kərimov bu təyinata qədər “ASAN xidmət”in rəhbəri vəzifəsində çalışıb.

17 il - 2001-ci ildən ekologiya və təbii sərvətlər naziri postunu tutan Hüseynqulu Bağırov da bu ilin aprelində vəzifəsi ilə vidalaşmalı oldu. Prezidentin sərəncama əsasən, Milli Məclisin deputatı Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin olunub. Azərbaycanın bir parçası olan Naxçıvan Muxtar Respublikasında da ötən müddətdə 2 nazir dəyişikliyi baş tutub. Naxçıvan kənd təsərrüfatı naziri Elşad Əliyev vəzifəsindən azad olunub. Elşad Əliyev Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini təyin edilib. Elşad Əliyevi Bəhruz Bayramov əvəzləyib. O, bundan əvvəl Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin baş direktoru və eyni zamanda Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb. Ali Məclisin sədri Vasif Talıbov Məmməd Qəribovun Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilməsi haqqında da fərman imzalayıb.

2018-ci ildə Azərbaycanda işsiz qalanlardan biri də Dövlət Gömrük Komitəsinin sədri olub. Prezidentin sərəncamına əsasən, Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri təyin edilib. Ona qədər bu postu tutan Aydın Əliyevə isə vəzifə verilməyib.

Hökumətin əvvəlki tərkibində baş nazirin müavinləri postunda Abid Şərifov, İsmət Abbasov və Elçin Əfəndiyev də vardı. Yeni tərkibdə isə baş nazirin müavini postuna gətirilənlərdən biri də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov oldu. Hazırda Hacıbala Abutalıbovun əvvəlki postu vakantdır. Boş qalan vəzifələrindən biri də müdafiə sənayesi naziri postudur. Bu ilin iyununda müdafiə sənayesi naziri Yavər Camalov ağır xəstəlikdən sonra dünyasını dəyişib. Bundan sonra həmin posta təyinat olmayıb.

2018-ci ili icra başçıları üçün də çətin sınaq ili adlandırmaq olar. Mayın 18-də Natiq Aslanovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqda sərəncam imzalanıb. Dövlət başçısının digər sərəncamı ilə Rövşən Hüseyn oğlu İbrahimov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bu ilin martında tutduğu vəzifədən azad edildi. Elxan Allahverdiyev Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov da vəzifəsindən azad edilib. Bu il iyulun 1-də prezidentin imzaladığı sərəncamla Ramiz Yediyarov işdən azad edilib. Ramiz Yediyarovdan 5 gün sonra Raqub Məmmədov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Raqub Məmmədovla eyni gündə - iyunun 6-da Tofiq Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə Məmməd Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bu il avqustun 28-də daha bir icra başçısı - Azərbaycanın 2-ci böyük şəhəri olan Gəncəyə uzun illər rəhbərlik edən Elmar Vəliyevlə bağlı qərar verildi. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Gəncənin icra başçısı Elmar Vəliyev vəzifəsindən azad olundu, ölkə başçısının digər sərəncamı ilə onun yerinə Niyazi Bayramov təyin edildi. Niyazi Bayramov bundan əvvəl Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tuturdu. Elmar Vəliyevin vəzifədən alınması qərarının ona qarşı törədilmiş sui-qəsddən sonra uzunmüddətli müalicəyə və bərpaya ehtiyac duyması ilə bağlı olması xəbərləri var.
“Yeni Müsavat”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR