Daha bir neçə bankda bağlanma TƏHLÜKƏSİ

11:30 6.09.2018 539
Daha bir neçə bankda bağlanma TƏHLÜKƏSİ

Azərbaycanda bank sistemində problemlər həll olunmamış qalır.

Üst-üstə yığılan problemlər bu sektoru çöküşə doğru aparır. Problemli kreditlərin həcmi artıb, kreditləşmə dayanıb, bankların gəlirliliyi aşağı səviyyədədir. Artan problemləri banklar öz gücü hesabına həll edə bilmir. Bu səbəbdən isə onların bağlanma riski artır. Ekspertlər hesab edir ki, bank sektorunda davam edən bu vəziyyət problemin getdikcə daha da dərinləşəcəyindən xəbər verir. Acınacaqlı mənzərə yaxın vaxtlarda daha bir neçə bankın bağlanma riskini artırır.

Ekspertlərin fikrincə, bu sektorun çöküşünün qarşısını almaq məqsədilə müəyyən güzəştlər tətbiq edilməlidir. Bank mütəxəssislərinin sözlərinə görə bir neçə kiçik bankın birləşdirilərək sağlam bankın yaradılması yaxşı olardı. Bu proses isə bir qədər çətindir. Daha doğrusu, hökumət bunun üçün mümkün variantları nəzərdən keçirməlidir. Əks təqdirdə, daha bir neçə bankın bağlanma ehtimalı böyükdür. Ekspertlər hətta ilin sonuna qədər bu sahədə xoş olmayan surprizlərin gözlənəcəyindən xəbər verirlər. Azərbaycanda daha bir bank ilin sonuna qədər bağlanma təhlükəsi ilə üz-üzə qalıb. Söhbət “Bank of Baku”dan gedir. Səbəb məcmu kapitalının yetərli olmaması ilə bağlıdır. "Bank of Baku"nun ikinci rübün sonuna olan hesabatına əsasən, bankın məcmu kapitalı 24 milyon 359 min manatdır ki, bu da bankın bağlanma riskini artırır. Məlumata görə maliyyə problemlərindən əziyyət çəkdiyi üçün ilin sonunadək bağlanma riski böyük olan "Bank of Baku” 1-ci qrup əlillərə nağd pul krediti vermir.

Xatırladaq ki, Mərkəzi Bankın ölkədə fəaliyyət göstərən bankların qarşısına qoyduğu tələbə əsasən, bankların məcmu kapitalı 50 milyon manatdan az olmamalıdır. Qeyd edək ki, "DəmirBank"ın məcmu kapitalı 25,5 milyon manat təşkil etdiyi üçün lisenziyası ləğv edilmişdi ki, bu da hazırkı vəziyyətdə "Bank of Baku”nun məcmu kapitalından hələ 1,2 milyon manat artıqdır.

İqtisadçı-ekspert Razi Abbasbəyli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, iki devalvasiyadan sonra Azərbaycan banklarının ümumi məcmu kapitalında Mərkəzi Bankın bu gün qoyduğu tələb yerinə yetirilmir: “Mərkəzi Bankın qoyduğu tələbləri yerinə yetirə bilməyən bankların sayı 10-dan çoxdur. Onlar öz nizamnamə kapitalını artıra bilmirlər. Problemli kreditlər portfeli həcmindən çox şişir. Əmanət yığımlarında son 6 aya qədər azalma tendensiyası baş verirdi. Yerli bankların xarici banklara borcu həddindən çoxdur. Vəziyyət heç də ürəkaçan deyil. Sadalanan problemlər də bankların ümumi məcmu kapitalının azalmasına gətirib çıxarır. Nəticə etibarilə isə valyuta aktivlərinin idarə edilməsində çətinlik çəkirlər. Bu baxımdan strateji proqramların, hədəflərin icra edilməsi ləngiyir. Xüsusilə də daha çox istehlak kreditləri üzərində yaranmış bankların vəziyyəti günü-gündən pisləşir.

Həm “Bank of Baku”, həm də digər banklar var ki, daha çox kredit portfeli var. Əhalinin bu məsələdə də ödəmə qabiliyyətinin azalması, xüsusilə də xarici valyuta ilə olan kreditlərin geri qaytarılmasında yaranan problemlər bankları çıxılmaz vəziyyətdə qoyur. Banklar hazırda çıxılmaz durumdadır. Bu proses isə davam etməkdədir”. Ekspert qeyd edib ki, söhbət təkcə “Bank of Baku”dan getmir: “Daha bir neçə bankın da bağlanma ehtimalı var. Ən çox istehlak və dollar krediti olan bankların bağlanma təhlükəsi böyükdür. Konkret ad çəksəm, doğru olmaz. Amma istehlak və dollar krediti olan banklardır ki, bu gün hələ də 2-3 il öncə baş verən proseslərin təsir dairəsindən çıxa bilmirlər”“Cümhuriyət”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU