"Aİ 92"i oktyabrda bahalaşacaq?

17:38 5.09.2018 480
"Aİ 92"i oktyabrda bahalaşacaq?

Bakı Neft Emalı Zavodu oktyabrda əsaslı təmirə dayanır, benzinin qiyməti necə olacaq?

Azərbaycanda "Aİ 95" və "Aİ 98" benzinləri bahalaşdı. Bu markaları hamı "varlıların benzini" adlandırır. Amma onların bahalaşmasından sonra kütləvi istifadədə olan "Aİ 92"-nin də bahalaşacağına dair ehtimallar irəli sürülür. İqtisadçı-alim Qubad İbadoğlu "Yeni Müsavat"a açıqlamasında "Aİ 95" və "Aİ 98" markalı benzinlərin bahalaşmasının ardından "Aİ 92" markalı benzinin, dizel yanacağı və yanacaq-sürtkü materiallarının da bahalaşması ehtiamlının olduğunu bildirib.

Deyib ki, bunun üçün iqtisadi əsaslar da çoxdur. İqtisadçı bu sırada 95 və 98 markalı benzinlə 92 marka arasında, 92 marka benzinlə dizel yanacağı arasındakı qiymət fərqini əsas amil kimi önə çəkib. Bildirib ki, hökumət bundan istifadə edərək növbəti qiymət artımlarını əsaslandırmağa çalışacaq. Amma bu, qiymət artımı üçün yeganə əsas olmayacaq.

Qiymətlərin artmasını şərtləndirən digər məqam isə oktyabr ayında Bakı Neft Emalı Zavodunun irimiqyaslı təmirə dayandırılacağı və bunun nəticəsində "Aİ 92" markalı benzinin xaricdən idxalına başlanacağı gözləntisi ilə əlaqədardır. Bu, baş verərsə, qeyd olunan benzinin daxili satış qiymətinin idxal qiymətinə uyğunlaşdırılması lazım gələcək. Bundan əlavə, ölkəyə avtomobil idxalı da sürətlə artır. Belə ki, bu ilin 7 ayında ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana gətirilən avtomobillərin sayında 2,6 dəfə artım olub - 4468 avtomobilə qarşı 11 min 700 avtomobil. Hökumət həmçinin digər postsovet ölkələrində qiymətin bizdən yüksək olması arqumentindən də yararlana bilər.

Qubad İbadoğlu bunu yanlış hesab edir. Deyir ki, Azərbaycanda benzinin qiyməti ucuz görünə bilər. Amma orta aylıq əmək haqqı ilə alınan benzinin miqdarına baxanda Azərbaycan digər ölkələrdən geridə qalır. Məsələn, Almaniyada orta aylıq əmək haqqı ilə 3 min litr, İranda 1840, Rusiyada 1003, Qazaxıstanda 920, Belarusda 679, Gürcüstanda 495, Türkiyədə 485, Azərbaycanda isə 350 litr 98 markalı benzin almaq mümkündür. Bu müqayisə göstərir ki, qiymət səviyyəsi müqayisə üçün əsas olmamalıdır.

Yada salaq ki, Azərbaycanda Bakı Neft Emalı Zavodunun oktyabr ayında əsaslı təmirə dayandırılacağı may ayında elan edilib. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədov bildirmişdi ki, istehsalın dayandırılması səbəbindən "Aİ-92" markalı benzinə mövcud ehtiyatlardan çox ehtiyac yaranarsa, Rusiyadan benzin idxal ediləcək. O, idxal üçün ən əlverişli bazarın Rusiya olduğunu açıqlamışdı. Bildirmişdi ki, bu, logistika, qiymət və keyfiyyət baxımından sərfəlidir. David Məmmədov xüsusi olaraq vurğulamışdı ki, bu markalı benzinin idxalı daxili tələbatdan asılıdır, Azərbaycanda kiyafət qədər benzin ehtiyatı mövcuddur.

"Lakin yay mövsümündə daxildə hansı həcmdə "Aİ-92" markalı benzinə tələbat olacağını müəyyən etmək çətindir. Benzin istehlakı may ayı göstəricisi ilə eyni olarsa, o zaman yaradılan ehtiyatlar kifayət edəcək, idxala ehtiyac yaranmayacaq. Lakin tələbat may göstəricilərini üstələyərsə, bu markalı benzin idxal ediləcək" - deyə vitse-prezident vurğulamışdı. Qeyd edək ki, Bakı Neft Emalı Zavodunda təmir işləri 1 ay davam edəcək.

mənbə: baku.ws
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ

17:54

Ov mövsümü hamı üçün bitib? - Restoranlar çöl quşlarından kabab təklif edirlər - VİDEO

17:10

Bir ailənin 6 üzvü qəzada ÖLDÜ

16:09

Bakıda liftdən meyit tapıldı

15:02

Braziliya tarixinin 10 ən yaxşı hücumçusu