Elman Rüstəmov bankları çətin vəziyyətlə üzləşdirib - FAKT

11:15 5.09.2018 465
Elman Rüstəmov bankları çətin vəziyyətlə üzləşdirib - FAKT

Azərbaycanın bank sistemində dövrün müəyyən mərhələlərində idarəedici qurumlar tərəfindən elə qərarlar qəbul edilib ki, bu qərarlar ölkə banklarının müxtəlif sahələr üzrə inkişaf edib şaxələnməsinə imkan vermir.

Hazırda Azərbaycanda olan bankçılıq özünün ən bəsit formalarından birini təcəssüm etdirir. Düzdür, buna səbəb təkcə qaydalar deyil. Bazarın boş olması, bankların inkişafa meyilli olmaması da buna öz təsirini göstərir.

Lakin son illər İT texnologiyaların inkişafı və bazarda rəqabətin güclənməsi bankları bu istiqamətdə inkişafa sövq etsə də, bunun qarşısını alan ciddi qaydalar mövcuddur. Belə qaydalardan biri xüsusi diqqət çəkir: Müştəri müqaviləyə imza atmaq üçün mütləq banka gəlməlidir!

Haqqında danışılan qayda bir neçə il əvvəl Elman Rüstəmovun rəhbəri olduğu Azərbaycan Mərkəzi Bankı tərəfindən qəbul edilib. Ortada rəsmi sənəd olmasa da, bu qayda banklara bildiriş formasında göndərilib.

Ehtimal olunur ki, qeyd edilən qayda bir neçə bankın ticarət mərkəzlərində aktiv şəkildə kredit kartları paylaması ilə əlaqədar idi. Lakin həmin vaxtdan qəbul edilən qayda hələ də qüvvədədir. Yəni bu dövr ərzində hətta banklara nəzarət Maliyyə Bazarlarına Nəzarət Palatasına keçsə də, həmin qayda aradan qaldırılmayıb.

Halbuki böhran dövründə inkişaf məhdudiyyəti olan, xərclərini azaltmaq istəyən banklar üçün bu da müəyyən satış kanalı ola bilərdi.

Sözügedən qaydanın banklara müxtəlif onlayn və offlayn satış kanallarının inkişafında ciddi zərər verməsi bütün bank işçilərinə bəllidir. Təsəvvür edin ki, həmin qaydaya görə, Azərbaycanda onlayn kreditləşmə ola bilməz. Yəni heç bir bank hazırda tam onlayn müraciət əsasında kredit ayırıb müştəriyə verə bilmir.

Hazırda banklarda olan mexanizm aşağıdakı qaydada işləyir – şəxs banka müraciət edir, bank müştərinin kredit götürmək qabiliyyətin təhlil edib krediti təklif edir, müştəri krediti götürmək üçün bank filialına mütləq olaraq yaxınlaşıb sənədləri imzalayır.

Eyni proses kredit kartları ilə bağlıdır. Bankların bir çoxu onlayn müraciət əsasında müştərinin kartını hazırlayır, müştəri kartı götürmək üçün filiala yaxınlaşmalıdır. Halbuki, bankçılıq inkişaf edən bütün ölkələrdə banklar müştərilərə krediti onlayn ayıra bilirlər. Yəni Azərbaycanda heç olmasa, ilkin dövrdə təkrar müştərilərlə bağlı bank müştərinin filiala gəlməsini tələb etməyə bilər.

Hətta qonşu Rusiyada “Sberbank” (dövlət bankı), “Alfabank”, “Tinkoff bank” və digər banklar müştərilərə kuryer vasitəsi ilə onların sifariş etdiyi kartları göndərir və müqaviləyə müştəri kartı qəbul edən zaman imza atır.

Məsələnin daha bir maraqlı tərəfi isə Azərbaycanda müştəri identifikasiyasının “ASAN İmza” və ya “Elektron İmza” vasitəsi ilə təsdiqlənə bildiyi halda belə, onlayn kredit alınmasının mümkün olmamasıdır. Yəni hətta o olsa belə, müştəri mütləq bank filialına yaxınlaşmalıdır.

Prosesin bu formada gedişatından nəinki banklar, hətta adi müştərilər də itirirlər. Banklar məhsullarını rahat formada istehlakçılara çatdıra bilmir, müştərilər isə təklif olunan məhsulu rahat formada almaq imkanından məhrum olurlar.

Düşünürük ki, bu məsələ ilə bağlı tezliklə müvafiq addımlar atılacaq və məsələnin müsbət həllində müəyyən irəliləyişlərə nail olunacaqdır.

Onu da qeyd edək ki, mövzu ilə bağlı Mərkəzi Bank indiyədək hər hansı açıqlama verməyib. Ölkənin baş bankirinin və baş bankının bu problematik mövzuya baxışını bilmək maraqlı olardı, ümid edək ki, gələcəkdə adıçəkilən qurum və rəhbərindən bir neçə il əvvəl qəbul edilmiş məlum qərarın nə qədər doğru olub-olmadığına aydınlıq gətiriləcək...
Reyting.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ

17:54

Ov mövsümü hamı üçün bitib? - Restoranlar çöl quşlarından kabab təklif edirlər - VİDEO

17:10

Bir ailənin 6 üzvü qəzada ÖLDÜ

16:09

Bakıda liftdən meyit tapıldı

15:02

Braziliya tarixinin 10 ən yaxşı hücumçusu