Impera
XƏBƏR LENTİ
13:38Yüksək rütbəli şəxslər karantin qaydalarına əməl olunmasını yoxladı13:18Koronavirusla bağlı STATİSTİKA13:17Koronavirus peyvəndində böyük addım - Siçanlarda uğurlu oldu13:16Rusiyada qadın bir yaşlı uşağını doğum günündə döyərək öldürdü13:15Müdafiə Nazirliyindən dünən gecə baş verənlərlə bağlı RƏSMİ MƏLUMAT13:14Rusiyada yatmış insanı diri-diri yandırdılar13:12Koronavirus bu şəxslər üçün daha təhlükəlidir - Hər üç nəfərdən biri...13:05Karantinə görə boşalan Roma küçələrinə vəhşi heyvanlar gəlməyə başladı18:10Koronavirusa yoluxan məşhur futbolçu: "Nəfəs ala bilmirdim"18:09Ermənistan silahlı bölmələri atəşkəsi 24 dəfə pozub18:07Koronavirslu xəstələrlə təmasda olan insanları aşkarlayan sistem hazırlandı18:06Kəlbəcərin işğalından 27 il ötür18:00Göygöldə ev yandı: Xəsarət alan var17:57Neftin qiyməti dəyişdi17:56Sabunçu rayonundakı tikinti materialları bazarında yanğın söndürülüb17:54Azərbaycanda koronavirus geniş yayılsa, vəziyyət nəzarətdən çıxacaq - VİDEO17:51İsrailin səhiyyə naziri koronavirusa yoluxdu17:20Tramp: İran ABŞ-ın İraqdakı obyektlərinə hücum hazırlayır22:16İcra başçısı qaydalara riayət etməyən sakinlərə növbəti dəfə xəbərdarlıq etdi19:34Azərbaycanda bir ildə havaya buraxılan zərərli maddələrin çəkisi açıqlandı19:32Azərbaycanda elektrik enerjisi ilə bağlı əhaliyə ŞAD XƏBƏR - RƏSMİ19:30Belarusda məhsul və xidmətlərin bahalaşdırılması qadağan edilib19:29Dövlət əhaliyə hansı dəstəyi göstərəcək – Siyahı açıqlandı19:26Koronavirus Afrikada da sürətlə yayılır19:20Azərbaycanda daha bir yüksək vəzifəyə TƏYİNAT19:17“Yaranmış fövqəladə vəziyyət ümummilli səfərbərlik tələb edir” - Mehriban Əliyevadan xalqa çağırış12:33Erməni QHT rəhbəri: "Ölkədə koronavirusla bağlı yalan xəbərlər yayılır"12:31Qubada xüsusi karantin rejiminin tələblərinə əməl olunur - FOTO12:30“DTX-nın bizim rayona gəlməsi mümkündür” – Biləsuvarın deputatı19:27Bu tarixə qədər maaşlardan icbari tibbi sığorta haqqı tutulmayacaq19:25Nazirlər Kabineti yanında Operativ Qərargah yeni AÇIQLAMA yaydı19:24Koronavirusa görə ərazilərin dezinfeksiyasında drondan istifadə olunacaq14:39Əvvəllər insanlar heyvanları gəzintiyə çıxarırdı, indi isə...14:37Rusiyada koronavirusu dəqiq müəyyən edən test hazırlandı14:36Azərbaycanın şimal bölgəsinə qar yağıb14:33İlham Əliyev soyqırımı qurbanlarını andı - FOTO12:31Gürcüstanda koronavirusa yoluxanların sayı 103 nəfərə çatdı12:30Karantin qaydaları qüvvəyə mindi: Bakı küçələri bomboş qaldı - VİDEO12:25Koronavirusla bağlı təhlükəli iddia təkzib edildi12:23Milli Məclis sədri kreslonu dəyişdirdi - Nümunəvi addım12:17Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib11:00Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından 102 il ötür20:31Lənkəran Dövlət Dram Teatrının kollektivi KMDF-na vəsait köçürüb20:27Milli Məclisin deputatı İngiltərədə 3.3 milyon dollarlıq 4 ev aldı20:25AMEA əməkdaşları əməkhaqqı saxlanılmaqla məzuniyyətə göndərilir20:23Güclü kameralar vasitəsilə virusun insandan yayılma anının görüntüləri qeyd edilib - VİDEO20:19Kişi evdən gedən qardaşı arvadını öldürüb16:58Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadıldı16:57“Dərs vaxtı” proqramının sabaha nəzərdə tutulan cədvəli açıqlanıb16:51Bir qrup həkim prezidentə müraciət etdi - Maaşları 50% azaldılıb16:40İqtisadçı: “May-iyun aylarında nefin qiymətləri 40 dolları ötəcək və biz bu prosesdən ən az ziyanla çıxacağıq”16:34Bakıda böyük cərimələr başladı: 500-dən çox insan16:32Azərbaycanlı aparıcı koronavirusa yoluxduğunu yazıb halallıq istədi - Foto12:47Göygöl sakini kirayə qaldığı evdə bıçaqlanıb12:41Polis 65 yaşdan yuxarı olanları evə göndərdi12:38Karantin rejimini pozan gənclərin ailələrinə xəbərdarlıq edilib12:37Bu gün Milli Məclisin iclası keçiriləcək: Nələrdən danışacaqlar?22:13Fransada təhsil alan azərbaycanlı tələbə: “Bayıra çıxanda icazə kağızı almalıyıq”19:21“Asan İmza” sertifikatlarının etibarlılıq müddəti uzadılıb19:18Vergilərin ödənilməsi müddəti uzadıldı19:16“Azəriqaz”dan gözəl addım - Koronovirusa görə19:14BŞBPİ rəsmisi sürücülərə müraciət etdi19:10Koronavirusun ən çox yayıldığı ölkələrin SİYAHISI11:55Bir nəfərə görə 40 min insan karantinə götürüldü11:54Türkiyə milli komandasının sabiq qapıçısı koronavirusa yoluxub11:52TƏBİB-dən koronavirusla bağlı əhaliyə müraciət: Əgər pozitiv çıxsa...11:49Cəbhədə son vəziyyət14:05Bu ölkə koronavirusla mübarizədən imtina etdi14:03Deputatlar koronavirusla əlaqədar tibbi test yoxlanışından keçiblər14:01Koronavirusla bağlı son rəqəmlər11:50Keçmiş polis rəisi koronavirusa yoluxdu - VİDEO11:48Ölənlərin sayı artsa da, hökumət koronavirusla mübarizədən imtina edib22:29Ölkədaxili sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtı uzadılıb22:21Benzin və maye qazdan icbari tibbi sığorta haqlarının tutulması doqquz ay təxirə salınıb22:18DİN-dən sosial şəbəkədə yayılan məktubla bağlı açıqlama - Foto22:12Bulvar və parklara girişə QADAĞA15:50Azərbaycanda YPX əməkdaşı sürücünü döyüb? - VİDEO15:44Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılır11:40Digər rayonlara da giriş-çıxış bağlandı - VİDEO11:31ABŞ koronavirusa yoluxma sayına görə Çin və İtaliyanı keçib birinci oldu11:29“Google” və “YouTube”un işində nasazlıqlar yaranıb11:24Kommunal ödənişlərlə bağlı güzəşt olacaqmı? - VİDEO12:24Merkelin ikinci koronavirus testi də mənfi nəticə verib12:23ŞAD XƏBƏR - Azərbaycanda kommunal ödənişlər ləğv oluna bilər - RƏSMİ15:13Gürcüstanda koronavirusa yoluxanların sayı 66-ya çatdı15:11Baş nazirin bahalı kreditlərlə bağlı qoyduğu vaxt başa çatır12:50Koronavirusdan zərər çəkən sektorlara dəstək proqramları hazırlanacaq12:45Azərbaycanda 18 yaşına qədər olan 3 nəfər koronavirusa yoluxub12:33Azərbaycan-Gürcüstan sərhədi aprelin 20-dək bağlı qalacaq - RƏSMİ21:08“Ştutqart” koronavirusla mübarizəyə 10 min manat ayırdı21:05Hava dəyişkən buludlu olacaq20:57Vilayət Eyvazovdan yeni təyinat20:55“TuranBank” ASC Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı20:54“Yeni Hayat” Şirkətlər Qrupu Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat köçürdü20:52Rayonlar Bakıya axışmaq istəyir: Minlərlə maşın geri qaytarılıb20:50Tailandda fəaliyyət göstərən azərbaycanlı iş adamından xeyirxah addım11:50Merkel karantinə alındı11:48Sumqayıtda fəhlə faciəli şəkildə öldü - VİDEO11:45Gürcüstanda azərbaycanlıların yaşadığı iki rayonda karantin elan olunub11:42Tofiq Yaqubluya ittiham irəli sürülüb
BÜTÜN XƏBƏRLƏR

Etibar Pirverdiyevi bundan sonra nələr gözləyir? - GƏLİŞMƏ

05 Eyl 2018, 10:00   
Etibar Pirverdiyevi bundan sonra nələr gözləyir? - GƏLİŞMƏ

Prezident İlham Əliyev sentyabrın 4-də Etibar Pirverdiyevin “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Etibar Sinabəddin oğlu Pirverdiyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.

“AzərtaC” xəbər verir ki, prezident İlham Əliyevin digər fərmanı ilə Baba Rzayev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.

“Yeni Müsavat”a məlum olub ki, E.Pirverdiyevin işdən çıxarılması iyulun 3-də Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan “Azərbaycan” İES-in 1-ci və 6-cı enerji blokunda partlayışla birbaşa əlaqəlidir. Bütün ölkəni işıqsız qoyan, dövlətə və əhaliyə böyük ziyan vuran bu hadisədən dərhal sonra prezident İlham Əliyev baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzaladı. Dövlət Komissiyasının tərkibinə baş nazirin birinci müavini, energetika naziri, daxili işlər naziri, fövqəladə hallar naziri, baş prokuror, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı və Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru daxil edilmişdilər. Bu günlərdə isə məlumat verilmişdi ki, komissiyanın yekun rəyi hazırdır və prezidentə təqdim ediləcək. Belə görünür ki, məhz komissiyanın rəyindən sonra prezident E.Pirverdiyevlə bağlı son qərarını verib.

Prezidenti Administrasiyasından “AzərTac”a daxil olan məlumat da qəzetimizin xəbərini təsdiqləyir. Xəbərdə bildirilir ki, ötən müddət ərzində Dövlət Komissiyası tərəfindən yerli və xarici ekspertlər, aidiyyəti dövlət orqanlarının və qurumlarının nümayəndələri də cəlb edilməklə qəzanın baş vermə səbəbləri ciddi araşdırılmış, mövcud çatışmazlıqlar və problemlər, habelə qəzanı doğuran hallar da əks olunmaqla, hərtərəfli və geniş rəy hazırlanaraq prezidentə təqdim edilib.

***

Yada salaq ki, iyulun 4-də prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilmişdi. Müşavirədə Etibar Pirverdiyev Mingəçevir İES-də baş vermiş qəza ilə bağlı hesabatla çıxışının əvvəlində son 15 ildə Azərbaycanda enerji sahəsində görülən işlərdən danışarkən prezident “Bilirik 15 ildə nə görülüb, sən qəzanın səbəblərini de” deyərək onun sözünü kəsmişdi.

Daha sonra sabiq “Azərenerji” rəhbəri iyunun əvvəlində 50-55 milyon kVatt enerji istehsal edildiyini, bu rəqəmin son 1 həftədə isə 70-75 milyona qalxdığını bildirsə də, İ. Əliyev bunun qəzanın səbəbi olmadığını söyləmişdi: “Bəziləri bunu isti hava ilə bağlayır. Bizdən də isti ölkələr var. Orada belə qəzalar baş vermir. Baş verəndə isə ölkələrin enerji sistemi çökmür. Qəza baş verə bilər. Fəsadları aradan qaldırılmalıdır. Ancaq bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi, böyük səhvdir. İsti havalar qəzanın səbəbi ola bilməz. Qəzanın səbəblərini xüsusi komissiya araşdıracaq. Siz sadəcə olaraq utanmalısınız. İnsanlara - qocalara, uşaqlara, qadınlara, metroda və liftdə qalanlara, xəstələrə bu isti havada əziyyət vermisiniz. İqtisadiyyata böyük ziyan vurmusunuz”.

***

Mingəçevir İES-də baş verən qəza, enerji təchizatında yaranmış fasilələr Azərbaycan iqtisadiyyatına ciddi zərər vurdu. Belə ki, hadisə nəticəsində SOCAR-ın qurudakı yataqlarında, Qaz İxrac İdarəsinin Kompressor stansiyalarında, Neft Emalı Zavodu, “Azərikimya” İB-nin müəssisələri, Qaz Emalı Zavodunda, qaz anbarlarında iş tamamən dayandı. “Bu il iyulun 3-də Mingəçevir şəhərində yerləşən ”Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda baş verən qəza nəticəsində əhaliyə və ölkə iqtisadiyyatına 500 mln. manata yaxın ziyan dəyib". “Report”un məlumatına görə, bu rəqəm qəza ilə bağlı yaradılmış Dövlət Komissiyasının beynəlxalq metodologiya əsasında apardığı hesablama zamanı üzə çıxıb.

Məlum olub ki, qəzanın baş verdiyi və nəticələrinin aradan qaldırıldığı 2 gün ərzində abunəçilər 23 mln. kVt/saat həcmində elektrik enerjisi ilə təminatdan məhrum olublar. Beynəlxalq təcrübəyə görə, abunəçiyə ötürülməyən hər kVt/saat elektrik enerjisinə görə ziyanın məbləği 100 dollar götürülür. Azərbaycan iqtisadiyyatında sənayenin payının az olduğu nəzərə alınaraq, bu rəqəm 12 dollar müəyyən edilib. Bu metodla hesabladıqda əhaliyə və iqtisadiyyata 276 mln. ABŞ dolları yaxud 469,2 mln. manat (ABŞ dollarının bu günə olan məzənnəsi 1,7 manatdır) ziyan dəydiyi müəyyən edilib. Qeyd edək ki, Mingəçevirdəki məlum qəza zamanı 2 gün ərzində ölkənin 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb.

***

İqtidarın E.Pirverdiyevdən narazılığı hələ 2015-ci ildən başlamışdı. Belə ki, prezidentin sərəncamı ilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti yaradılaraq “Azərenerji”nin əksər səlahiyyətləri, eləcə də işıq pullarının yığılması bu quruma həvalə edilmişdi. “Azərenerji”nin balansındakı əmlak və digər avadanlıqların “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin balansına verilmişdi.

Etibar Pirvediyevin enerji sektorunda həyata keçirdiyi maxinasiyalar, onun dövlət vəsaitlərini talaması hesabına oliqarxa çevrilməsi haqda da zaman-zaman məqalələr dərc edilib. Onun enerji sektoruna qoyulan milyardları öz biznes strukturları vasitəsilə “əritdiyi” deyilirdi.

Etibar Pirverdiyevin dəvə fermaları, Xudatdakı bazarı, Şabran, Xaçmaz rayonlarındakı iri təsərrüfatları haqda da dəfələrlə yazılıb. Onun ən ciddi maxinasiyalarından biri də Dövlət Bayrağı Meydanının tikintisi zamanı üzə çıxmışdı. Bayraq meydanının tikintisi Etibar Pirverdiyevin nəzarətində olan tikinti şirkəti tərəfindən inşa edilib. Hazırda təmirə dayanan Bayraq Meydanı da E.Pirverdiyevin “ayağına” və vicdanına yazılmalıdır.

Bütün bu kimi faktlar təbii ki, hüquq-mühafizə orqanlarına da bəllidir. Bu baxımdan işdən çıxarılan Etibar Pirverdiyevin istintaqa cəlb edilməsi də tamamilə mümkün görünür.

Məsələ ilə bağlı modern.az-a danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Etibar Pirverdiyevin yarıtmaz fəaliyyəti ilə bağlı dəfələrlə parlamentdə məsələ qaldırdığını bildirib: “Milli Məclisdə onun fəaliyyətsizliyi və vəzifədə olduğu dövrdə baş verən qanunsuzluqlarla bağlı çox kəskin çıxışlarım olub. Belə hesab edirəm ki, Mingəçevirdəki enerji qəzası məhz Etibar Pirverdiyevin yarıtmaz fəaliyyətinin nəticəsi idi. Ölkə zülmətə qərq olan vaxt Pirverdiyevin alternativləri harada idi?! Ayrılan pullar hara sərf edilib?! Ümumiyyətlə, mən heç vaxt Pirverdiyevin işini qənaətbəxş hesab etməmişəm. Əgər komissiya obyektiv araşdırma aparıbsa, onun əməlində təkcə Mingəçevirdə baş verən hadisə ilə bağlı deyil, ümumiyyətlə, işlədiyi dövrdə baş verən qanunsuzluqlara qiymət verilməlidir.

Çünki bunun üçün kifayət qədər faktlar var və təbii ki, bu faktlara qiymət verilə bilər. Amma cənab prezident əgər onu işdən azad etməklə kifayətlənibsə, məsələnin digər tərəfinin məsuliyyəti hüquq-mühafizə orqanlarının öhdəsinə düşür".
“Yeni Müsavat”
OXŞAR MÖVZULAR