"Qafqazın üç dövlətindən ikisi Rusiyaya xəyanət edib" – Politioloq

11:44 4.09.2018 478
"Qafqazın üç dövlətindən ikisi Rusiyaya xəyanət edib" – Politioloq

Azərbaycan və Rusiya prezidentləri arasında baş tutmuş görüş son illərin ən əhəmiyyətli görüşüdür. Səfərin tarixi, imzalanmış sənədlər və müzakirə edilmiş məsələlər bir sıra baxımdan diqqət cəlb edir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

Onun sözlərinə görə, bu görüş ikitərəfli münasibətlər, region və qlobal məsələlər üçün də önəmlidir:

"Dünyada və regionda gedən proseslər fonunda bu görüşə diqqət böyük idi. Çünki Rusiyaya görə, regionun 3 dövlətindən ikisi – Ermənistan və Gürcüstan ona xəyanət edib. Artıq Gürcüstanın Avropa İttifaqı və NATO-ya üzv olması perspektivləri müzakirə edilir. Ermənistandakı vəziyyət də məlumdur. Ermənistanın yeni hakimiyyəti Rusiyanı ölkə ərazilərindən çıxarmağa çalışır. Bununla da, Rusiyanın regiondakı nüfuzu hissediləcək dərəcədə azala bilər. Belə bir vəziyyətdə Rusiyanın əsas dayaq nöqtəsi balanslı siyasət yürüdən, öz milli marasqlarından çıxış edərək bütün güc mərkəzləri ilə bərabərhüquqlu əməkdaşlıq edən və onların maraqlarını da öz maraqları ilə uzlaşdıran Azərbaycanın mövqeyidir.

Başqa sözlə, Ermənistan və Gürcüstan Rusiyadan uzaqlaşır, yaxın günlərdə də Almaniya Kansleri Angela Merkel regiona səfərə gəldi. Beləliklə, bölgədə gedən geosiyasi proseslər fonunda Azərbaycanla əməkdaşlıq etmək və Prezident İlham Əliyevin səfəri Rusiya üçün böyük əhəmiyyət kəsb edir. Regionun gələcəyi və burada ayrı-ayrı siyasi qüvvələrin nə qədər uzalaşacağı Azərbaycanın mövqeyindən asılı olacaq".

Nəzakət Məmmədova səfərin Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinə təsirlərindən də danışıb:
"Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan öz ordusunun modernləşdirir və bu məqsədlə də Rusiyadan 5 milyard dollar həcmində silah alıb. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyadan gözləntilərimiz var. Məlumdur ki, Rusiya münaqişədə açar fiqurdur. Buna görə də, Prezident İlham Əliyevin səfərindən sonra münaqişənin həll prosesində Azərbaycanın xeyrinə olan dəyişikliklərin baş verəcəyi istisna deyil.

Digər yandan, rusiyalı strateqlər Rusiyanın Türkiyə və İranla münasibətlərində Azərbaycanı açar ölkə adlandırırlar. Hazırda Yaxın Şərq və bölgədə gedən proseslər Rusiya, Türkiyə və İranı bir-birinə yaxınlaşdırıb. Ortaq tarixi, mədəni, milli, iqtisadi və siyasi dəyərlər baxımından, Azərbaycan bu ölkələrin münasibətlərində körpü rolunu oynayır.

Eyni zamanda, Azərbaycan Şimal-Cənub Dəhlizində böyük rol oynayır. Putin də qeyd etdi ki, Qərbi Avropa, Yaxın Şərq və Cənubi Asiya bölgələri arasıbnda ticarət dövriyyəsini əhatə edəcək bu xəttin böyük hissəsi Rusiya və Azərbaycandan keçəcək. Demək ki, Azərbaycan bu arealda yerləşən dövlətlərin inteqrasiyasında rol oynayan mühüm bir strateji coğrafiyadır. Nəzərə alsaq ki, İrana qarşı sanksiyalar tətbiq edilir, buna görə də Azərbaycanın bölgədə birləşdirici rol oynaması, beynəlxalq münasibətlər sistemində oynadığı mühüm roldur".

Politoloq Rusiya Xarici işlər naziri Sergey Lavrovun Ermənistanın Baş naziri Nikol Paşinyanla bağlı sədlənirdiyi fikirlərə də diqqət çəkib:

"Lavrov dedi ki, Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, ölkəsində baş verən proseslərlə bağlı məlumat verməlidir. Bu o deməkdir ki, Rusiya Paşinyanı hesabat verməyə çağırır. Moskva onu fakt qarşısında qoyacaq.

Yəni, Paşinyan Rusiyaya hesabat verməyə çağırılır, Azərbaycan Prezidenti İlham Əliyev isə müstəqil bir dövlətin başçısı kimi Rusiyaya səfər edir və yüksək səviyyədə qarşılanır. Bu iki səfər hansı ölkənin hansı statusda olduğunu açıq formada göstərdi. İlham Əliyev Soçidə ikitərəfli münasibətlərə dair sənədlərə imza atmışdısa, Nikol Paşinyan ölkəsində baş verənlərin hesabatını, izahını verəcək.

Başqa sözlə, Prezident İlham Əliyevin Rusiya səfəri ikitərəfli münasibətlərin inkişafına və regional münasibətlərdə sabitliyin yaradılmasına xidmət edir".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...