Impera
XƏBƏR LENTİ
22:38SON DƏQİQƏ: Tramp yeraltı sığınacağa qaçdı - Ölü və yaralılar var - FOTOLAR22:23“Əbülfəz Qarayev bütün pulları arvadının vasitəsiylə xarici daşıyıb” — HAFİZ HACIYEV21:21Əli Əsədova yeni köməkçi təyin edildi15:03"Mən fəxr edirəm ki, sərhədçiyəm!"14:44“Ekologiya postu” sökülür- RƏSMİ14:38Aqil Abbas Maliyyə Nazirliyinə müraciət edib14:16Elşad Miraləm deputat köməkçisi təyin olundu14:13Şəhəri qarışdıran ayı məmur villasından qaçıb? - İDDİA14:06Mübariz Tağıyevin səhhəti qəfil PİSLƏŞDİ13:59Milli Məclisdə tibbi maska taxmaq tələb olunur12:44“Təzə nazir bu sahəni yaxşı bilməlidir”12:43Həbsdən çıxan Kamil nələr danışdı? - VİDEO12:40Deputat rüşvətxor məmurların ailələrinə çağırış etdi23:11Finiks şəhəri 28 Mayı Azərbaycan Milli Günü elan etdi - VİDEO23:07SMS göndərilməsi qüvvəyə minir22:27İyunun 1-dən böyük ticarət mərkəzlərinin açılması gözlənilir22:16İctimai iaşə və özəl şirkətlərin rəhbərlərinə SƏRT XƏBƏRDARLIQ22:13Naxçıvana uçuşlar bərpa olunur? - RƏSMİ AÇIQLAMA16:10Şagirdlər üçün yay məktəbinin təşkili nəzərdə tutulmayıb - Təhsil Nazirliyi16:08Ağdaşda xüsusi əməliyyat keçirildi — Daha bir yüksək vəzifəli tutuldu16:06Karantin dövründə “PAŞA Sığorta” şirkəti mövcud imkanlarla öz müştərilərinə tam dəstək oldu14:02Azərbaycanda itkin düşən 12 yaşlı oğlanın parçalanmış meyiti tapıldı - YENİLƏNİB14:01"Mən bu barədə dəfələrlə həyəcan təbili çalmışam"13:16Bakıda dəhşətli hadisə, kişi liftdə arvadını belə öldürdü13:13Türkiyədən gələn həkimlərin Azərbaycanda həyata keçirdiyi layihənin ilkin nəticələri ilə bağlı AÇIQLAMA12:41Ağstafa RİH yeni başçısının şirkəti üzə çıxdı12:40Ağstafaya icra başçısı təyin olunan Seymur Orucov kimdir?12:38ABŞ ştatında 28 May - Azərbaycan Respublika Günü elan olundu12:36Saleh Məmmədovun da işi araşdırılarsa... - Təkcə bu işçisinin əməlləri yetərlidir10:29Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən 2 YENİ TƏYİNAT10:27Sumqayıtda intihara cəhdin qarşısı alındı: Qadın xilas edildi10:26“VÜQAR SƏFƏRLİ DEDİ Kİ, EV VERİBLƏR, BƏSİNİZDİR…” – “Jurnalist binaları”nın sakinləri bütün səlahiyyətli qurumların diqqətindən kənarda qalıb21:49Idmançımız Rüstəm Müslümov20:29Ad gününüz Mübarək!17:55İlham Əliyev naziri vəzifəsindən azad etdi - SƏRƏNCAM17:52İmişli rayonunun yeni İcra başçısı kimdir? – DOSYE17:49Tibb işçiləri əməkhaqlarından narazıdır: - “İstirahətsiz çalışırıq, amma maaşlara əlavələr verilmir”17:47Belçika səfirindən Qarabağ AÇIQLAMASI16:55DTX əməliyyatı ilə tutulan icra başçısının yerinə təyin olunan Seymur Orucov kimdir? - DOSYE15:46İlham Əliyev daha bir icra başçısı təyin etdi15:41Prezident Ağstafaya icra başçısı təyin etdi - SƏRƏNCAM15:39Baş Prokurorluqda şok dəyişiklik: Rüstəm Usubov vəzifəsindən azad edildi?15:31Pirverdiyevin "cırtdan bank"ı üçün yolun sonu - Növbədə "Express Bank15:12Azərbaycanda 53 nəfərin koronavirusa yoluxduğu küçədə polisə xəsarət yetirdilər - RƏSMİ15:11Eldar Mahmudovun 11 il dövlətin bel sütunlarından biri olan quruma vurduğu zərbədən sonra... - onun nüfuzunu qaldırmaq məsələsi də var15:07Pandemiya dönəmində Azərbaycan futbolunda ilk transfer15:06Nazir düşdüyü qəzadan DANIŞDI - "Özümü yaxşı hiss edirəm"15:03Roza ağladı, ögey oğlu canlı efirə gəldi: “Evlənmək istəmirəm” - VİDEO10:08Cavid Qurbanova veriləsi suallar... - İLGİNC10:07Kəmaləddin Heydərov qəzaya düşdü — Avtomobil yandı10:05Hərbi təlimlər hər an real döyüşlərə çevrilə bilər... - GƏLİŞMƏ10:04“Pişik” Günelin plastik əməliyyat etdirərkən görüntüləri yayıldı - VİDEO17:35İki əmədaşı koronavirusa yoluxan ATV-də son vəziyyət17:34Bakıda kişi şirkətin ofisinin qarşısında özünü yandırdı17:33Vilyam Hacıyevin borclu olduğu daha bir sahibkar: “118 min manatımı ala bilməmişəm”17:31Elçin Quliyevin daha bir zabiti həbs edildi17:30“Əbu Bəkr” məscidi açılmayacaq - RƏSMİ17:30Azərbaycanlı zabit koronavirusdan dünyasını dəyişdi17:29Azərbaycanda bayram namazı necə qılınacaq? - RƏSMİ17:28Azərbaycanda dəhşət: Ata qızına təcavüz etdi17:24Əməkdar artist Kəmalə Rəhimli: “Sənətdən də, həyatdan da küsmüşəm” - ÖZƏL17:23"Əkinçi” qəzeti cərimələndi17:22Komitə sədri: “Gərək kiminsə yaxını vəfat etsin ki, insanlar bu virusa inansınlar?”17:21DİQQƏT! İcazə bu tarixdən sonra veriləcək17:20Dini Komitə sədrindən dəfn və yas mərasimlərində kütləvi toplaşma halları ilə bağlı AÇIQLAMA17:1890 gün müddətinə Azərbaycana gələn Türkiyə vətəndaşlarından viza tələb olunmayacaq15:22Laçın rayonunun Alxaslı kənd sakini Zərdab rayonunun Böyük Dəkkə kəndində məskunlaşmış məcburi köçkündən MÜRACİƏT15:06Kafe-restoranlar karantinin zərərini müştərilərdən çıxacaqmı – GÖZLƏNTİLƏR15:05Vilayət Eyvazov polis rəisini işdən çıxardı14:41“Oğlan var ki, xanımının model olmağını istəyir”14:39Bakıda məşhur müğənni ağır yol qəzasına düşüb - VİDEO14:34Göyçayda vətəndaşların təqaüd kartlarından pul oğurlayan şəxslər saxlanılıb10:55Güclü külək alça bağlarına ziyan vurdu - VİDEO10:54Gömrük hospitalı da əcaib qanunlarla işləyir - İDDİA10:53Prezidentdən yeni təyinat - SƏRƏNCAM10:52Cəlilabadda “yetim malı”na tamah salanlar... - Özlərini nədən bu qədər rahat hiss edirlər?10:51"Yumşalma tədbirləri yoluxanların sayına mənfi təsir göstərib" - Prezident10:24Müdafiə Nazirliyindən cəbhədə baş verənlərlə bağlı RƏSMİ MƏLUMAT10:23"Prezident Administrasiyası nümayəndəsinin partiya rəhbərləri ilə görüşüb dialoq aparması xırda addımlardır" - Etibar Məmmədov10:22Deputat masaj salonlarına və gecə klublarına qarşı çıxdı10:07İnam Kərimov büdcə pullarını kimə yedirir? - İLGİNC10:05Azərbaycanda koronavirusa yoluxma sayı gündə 600 nəfər... -Adil Qeybulla VİDEO10:02Bu gün deputatlar 19 məsələ üçün toplaşır - SİYAHI10:00Övladı birinci sinfə gedəcək şəxslərin NƏZƏRİNƏ17:25"Əli Kərimli və Milli Şura siyasi mübarizəni təhrif etməklə məşğuldur" — Sərdar Cəlaloğlu17:24Bərdə sakinlərinin şikayətinə İcra Hakimiyyətindən CAVAB: “Bu məsələyə nəzarət olunacaq”17:21“Azərpoçt”un işçiləri saxlanıldı17:19Xızıya rəhbərlik edir, Xaçmazda biznes qurur... - İDDİA17:18Azərbaycan Ordusu bu gündən genişmiqyaslı təlimlərə başlayır17:15Güclü külək şəhərdə evlərin damlarını belə uçurdu- VİDEO16:38Ad günün mübarək Nuray bala!10:20Biləsuvarda qaçıb gizlənən məmur kimdir? - İDDİA10:19Karantin rejimi musiqiçilərin bazarını öldürüb -VİDEO10:13Yumşalan karantin rejimində YENİ ŞƏRTLƏR - SİYAHI10:08Laçının işğalından 28 il ötür12:08Baş prokuror Ziya Məmmədovun qardaşı oğlunu işdən çıxardı12:04Türkiyəyə müalicəyə getmək istəyənlərin nəzərinə: Qadağalar ləğv olundu12:01Bu hərəkətləri etsəniz yatanda xoruldamayacaqsınız11:56Azərbaycanda yaşı 65-dən yuxarı olan insanlarla bağlı qadağa götürüldü16:30Bakıda qızlar arasında kütləvi dava: “Üzr istə” deyə-deyə döydülər - VİDEO
BÜTÜN XƏBƏRLƏR

İnam Kərimov KTN-nin evini bax, beləcə yıxır... - GƏLİŞMƏ

03 Eyl 2018, 11:08   
İnam Kərimov KTN-nin evini bax, beləcə yıxır... - GƏLİŞMƏ

İqtisadiyyatımızın ən əhəmiyyətli sahələrindən və ən yaralı yerlərindən olan aqrar sektorun bağlanmış bəxtinin tezliklə açılacağına inanmaq, getdikcə çətinləşir. Kənd təsərrüfatı naziri postundan bir qeyri-mütəxəssis, yəni Heydər Əsədov kənarlaşdırılandan sonra yerinə yenə də bu sahənin bilicisi olmayan İnam Kərimovun gətirilməsi öncədən birmənalı qarşılanmadı. Ancaq yenə də çoxları “ASAN” kimi uğurlu layihənin başında duran şəxsin iqtisadiyyatımızın axsayan sahəsində ciddi işlər görəcəyinə və real nəticələr ortaya qoyacağına ümid etdi. Əslində, bu gün də həmin ümidin öldüyünü söyləmək tezdir.

Ancaq bununla yanaşı, aprel ayında təyin olunan nazirin hazırda, yəni bir çox kənd təsərrüfatı məhsullarının yığım dövründə fermerlərin işinə böyük ölçüdə yarayan hər hansı addımının şahidi ola bilmirik. Əvəzində, nazirin Kənd Təsərrüfatı Nazirliyinin nəzdində Aqrar Məşvərət Şurasının yaradılmasına dair qərarı bu sahənin tezliklə dirçəldiləcəyinə dair ümidlərə böyük bir zərbə vurmuş oldu. Belə ki, İnam Kərimov bir neçə gün öncə böyük şirkətlərin – “Azərsun Holding”, “Pasha Holding”, “Gilan Holding”, “CTC Holding”, “AS Group İnvestment”, “Modern Group”, “Agrarco”, “AzProtein Foods Group” və “Səba Qrup”un rəhbər şəxslərinin iştirakı ilə yığıncaq keçirib.

Məlumata görə, sözügedən şirkətlərin təmsilçiləri aqrar sektorun inkişaf istiqamətlərini müzakirə ediblər və nəticədə Aqrar Məşvərət Şurasının yaradılmasını təklif ediblər. Yəni hər biri ayrı-ayrılıqda güclü inhisarçı mövqelərə sahib olan bu şirkətlər bir növ kənd təsərrüfatımız üçün canıyananlıq göstərərək, onların məşvərətinə, məsləhətinə böyük ehtiyac olduğu qənaətinə gəliblər. Nəticədə, nazirin razılığı ilə belə bir şura yaradılıb – Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Məşvərət Şurası. Onun sədri vəzifəsinə isə “demokratik seçkilər”dən sonra iştirakçıların yekdil qərarı ilə “Azərsun Holding”in prezidenti Abdolbari Goozal gətirilib, katibliyin rəhbəri isə nazirliyin təmsilçisi təyin olunub.

Deməli, ideya belədir ki, bu şura aqrar sektorun ağ günə çıxmasına xidmət edəcək. Bəs görəsən heç soruşan varmı ki, kənd təsərrüfatının indiki sınıq-salxaq vəziyyətə düşməsində hər birinin arxasında bir iri ranqlı məmur və nüfuzlu şəxs duran bu inhisarçı şirkətlərin rolu nə qədərdir? Elə bunların bəziləri deyilmi monopolist mövqeyindən bərk-bərk yapışıb, istehsalçı ilə istehlakçı arasında “var-gəl edib”, özlərinə külli miqdarda qazanc təmin edən?

Təkcə “Azərsun Holding”in ölkənin ərzaq bazarında necə böyük bir monstra çevrildiyini qeyd etmək kifayətdir. Nə vaxtdan xaricdən ərzaq idxal edib, sonra öz adı ilə qablaşdırıb satmaqla məşğul olan, yəni əsas işi sadəcə ərzaq alveri etmək olan bir şirkətin başında duran şəxs kənd təsərrüfatı kimi strateji sahə üzrə başbilən funksiyası daşıyan olub?

Yəni bu ölkədə öz işini bilən, heç bir şirkəti-filanı olmayan, müstəqil mütəxəssislər tapılmırmı ki, monopolist dəstəsindən ibarət aqrar şura yaradılır? Bu şirkətlər bugünə kimi ölkənin aqrar sektoruna nə veriblər ki, indidən sonra nə versinlər?

Əksinə, nazirlik tərəfindən inhisarçıların başa çəkilməsi onların bazardakı monopolist mövqelərini daha da gücləndirə bilər. Elə 1994-cü ildən fəaliyyətə başlayan həmin “Azərsun Holding” Azərbaycanda qida bazarının böyük hissəsinə nəzarət edir. Yağ, çay, qənd, şəkər tozu, ət konservləri və sair ərzaq malları istehsal edən və bir sıra malları da xaricdən gətirib burada qablaşdıraraq satan şirkətin təkcə qiymət siyasətinə nəzər yetirmək kifayətdir – qiymətlər qəpik-qəpik, zərrə-zərrə və ən əsası durmadan artırılır. Və bir də görürsən ki, eyni ərzağın qiyməti son bir neçə ayda əhəmiyətli dərəcədə artıb, lakin sən bunu hiss etməmisən. Bütün bu oyunları çıxarmağa imkan verən isə onun inhisarçı mövqeyidir.

Eyni sözləri digər inhisarçılara da aid etmək olar. Bizim isə demək istədiyimiz odur ki, hörmətli nazirin doğrudan da məşvərətçilərə ehtiyacı varsa, bu məsləhətçilər qətiyyən “Azərsun Holding” və digər inhisarçılar olmamalıdır. Heç kim oturduğu budağı kəsməz və bu inhisarçılar çox gözəl anlayırlar ki, kənd təsərrüfatının gerçək inkişafı rəqabət mühiti formalaşdıra və onların çıxarlarını təhlükə altına ala bilər. Ona görə də bu şirkətlərdən ibarət bir strukturun aqrar sektorun inkişafına, min bir dərdi olan fermerlərin problemlərinin həllinə xidmət edəcəyini düşünmək, sadəlövhlük olar.

Konkret bir faktı misal göstərə bilərik. Vaxtilə 25-30 milyon insanı təmin edən Azərbaycan çayı, indi cəmi 500 min nəfərə belə çatmır. Sovet dövründən qalmış çay kolları böyük ölçüdə məhv edilib. Yeniləri əkilsə də, elə də böyük ərazini əhatə etmir. Çay kollarının bar verməsi üçün azı 5-6 il gözləmək lazım gəldiyindən, uzunmüddətli investisiyalar tələb edir. Fermerlərdə böyük vəsait yoxdur, hökumət isə uzunmüddətli kreditləri yalnız bəlli şəxslərə verir. Sahə “Azərsun Holdinq”in inhisarında olduğundan, başqa oliqarxlar da çayçılığın inkişafına pul buraxmaqdan çəkinirlər.

Sahəni inhisara almış “Azərsun Holdinq” isə uzun illərdir çayçılığı inkişaf etdirmək istiqamətində ciddi bir addın atmayıb. Əslində bu, şirkətə heç lazım da deyil – xaricdən ucuz və keyfiyyətsiz xammal gətirmək imkanı olduğu halda buna nə ehtiyac var?

Məsələ ondadır ki, Azərbaycanın çay fabriklərini özəlləşdirən “Azərsun Holdinq” yerli istehsalı dirçəltmək əvəzinə xammalı xaricdən gətirməyə üstünlük verib. Çünki xaricdən idxal olunan xammal keyfiyyətdə yerli istehsala uduzsa da, çox ucuz başa gəlir, üstəlik də kimyalaşdırılır. İndi təbii ətirli Lənkəran çayı çox az istehsal olunduğundan, baha qiymətə satılır. Ölkə əhalisi üçün Lənkəran çayı əlçatmaz olub. İstehlak etdiyimiz çay isə kimyəvi elementlərlə zəngindir. Bir az soyuduqdan sonra çayın rənginin bulanıq hala düşməsi də bunun göstəricisidir. Bir az isti su əlavə edən kim rəng yenidən durulaşır. Yəni kimyəvi elementlərlə zəngindir.

«Azərsun Holdinq» bu sahəni inhisarda saxladığından, ölkəyə xaricdən ucuz çayın daxil olmasına da imkan verməyib. Buna sübut olaraq “Rosçaykofe”nin baş direktoru Ramaz Çanturiyanın bir zamanlar o vaxt baş nazir olan Vladimir Putinə yazdığı məktubu göstərə bilərik. Məktubda bildirilir ki, Azərbaycanda faktiki olaraq çay idxalına qadağa var. Ramaz Çanturiya qeyd edib ki, Rusiyanın çay şirkətləri dəfələrlə Azərbaycan bazarına daxil olmaq istəyiblər, amma formal maneələrlə üzləşiblər: «Buna Azərbaycan rəhbərliyinin yerli oyunçuların maraqlarını müdafiə etməsi kimi baxmaq olar. Əsas dividentləri inhisarçı “Azərsun” alır. Bəzi çay operatorlarının sözlərinə görə, yerli bazarda işləmək üçün yeganə imkan çay idxalı üçün qeyri-rəsmi kvota almaqdır. Belə tənzimləmə sistemi azad ticarət haqqında beynəlxalq qanunlara ziddir və Rusiya istehsalçılarının və ixracatçılarının maraqlarını məhdudlaşdırır».

Bu cür inhisarçı fəaliyət isə həm ölkədə çayçılığın inkişafının qarşısıını alır, həm əhalinin keyfiyyətli məhsulla təminatına mənfi təsir göstərir, həm də qiymətlərin aşağı düşməsinə imkan vermir. Belə hallar digər sahələr üçün də xarakterikdir.

Yəni, ölkədə kənd təsərrüfatının inkişafının qarşısında başlıca maneə inhisarçılardır. İnam Kərimov isə Aqrar Məşvərət Şurasını yuxarıda qeyd etdiyimiz tərkibdə yaratmaqla, həmin inhisarçıları aqrar sektorda rəsmi olaraq, söz sahibi edir. İnam Kərimov və ətrafında olanların əksəriyyəti aqrar sektor üzrə mütəxəssis deyil. Ona görə də yəqin ki, kənd təsərrüfatının hansı sahəsini və necə inkkişaf etdirmək üçün Aqrar Məşvərət Şurasının məsləhətləri ilə hərəkət edəcəklər. Bunun hansı nəticələr verəcəyini proqnozlaşdırmaq çətin deyil. Ölkənin kənd təsərrüfatı inhisarçıların ümidinə qaldısa, onun “fatihəsini” indidən oxumaq olar…

Bəs İ.Kərimov bunu bilmirmi? İnanmaq çətindir… Yəqin ki, bilir. Ancaq görünür, islahatçı şəxs kimi tanınan İ.Kərimov böyük ehtimalla dövlətin aqrar sahədəki iştirakını korrupsiyadan, rüşvətdən təmizləməyə müvəffəq olsa da, inhisarçıların və onların arxasındakı güclərin qarşısına çıxacaq mərtəbədə deyil…

CƏLAL (AzPolitika.info)
OXŞAR MÖVZULAR