"Nə zaman müraciət etsək, deyirlər ki, "yuxarılara məlumat verilib"..." - GİLEY

14:30 31.08.2018 479
"Nə zaman müraciət etsək, deyirlər ki, "yuxarılara məlumat verilib"..." - GİLEY

Sakinlər bununla bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, nəticə yoxdur

Oğuzun Xaçmaz kəndinin sakinləri artıq 2 ilə yaxındır ki, su problemi yaşayırlar. Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan kənd sakinləri iddia edirlər ki, hər il yay aylarında eyni problemlə üzləşirlər.

Kənd sakini Dağlar Mehdiyev deyir ki, neçə ildir Xaçmaza su çəkilib, amma camaat susuzluqdan qırılır: "Bir çox evlərə, ümumiyyətlə su gəlmir, bəzi evlərə isə su əvəzinə lil gəlir. İnsanlar su ehtiyaclarını təmin etmək üçün dağ ətəyindəki bulaqdan və ya qonşu kəndlərdən içməli su gətirmək məcburiyyətində qalırlar. Dəfələrlə müraciət etmişik, hər dəfə boş vədlər verirlər, ancaq problem həllini tapmır".

Kəndin ağbirçək sakini Məlahət Cəbrayılova arx suyundan istifadə etməyə məcbur qaldığını bildirir: "62 yaşım var, su gətirə bilmirəm. Gəlinlər də körpə uşaqlıdır. Arxdan zibilli suyu yığıb gətiririk. Nə çay içə bilirik, nə xörək bişirə bilirik".

Qeyd edək ki, kəndə gələn su hövzəsindən həm kənd sakinləri, həm də mənbəyi açıq olduğu üçün heyvanlar istifadə edir. Nəticədə yaranmış antisanitar şərait sakinləri narahat edir. Su hövzələrinin və boruların əsaslı təmirə ehtiyacı var. Sakinlər bununla bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, nəticəsiz qalıb.

Bu il havaların quraqlıq keçməsi problemi daha da genişləndirib. Artıq nə həmin çirkli su hövzələrində su var, nə də çaylarda. Sakinlərinin dediklərinə görə, əlacları ancaq Allaha qalıb. "Nə qədər müraciət eləmək olar, nə qədər eyni problemi səsləndirmək olar" – deyə insanlar dad edirlər.

"Kənd yeridir, susuz həyat düşünmək olmur. Nə zaman müraciət etsək, deyirlər ki, "yuxarılara məlumat verilib, bu yaxınlarda problem həllini tapacaq". Bu sözü artıq 3 ilə yaxındır ki, eşidirik" – deyir kənd sakini Elnur Əşrəfoğlu.

Bildirir ki, bu il susuzluqdan nə əkin qalıb, nə də bostan: "Göz görə-görə min bir əziyyətlə becərdiyimiz bostan da qurudu. Hansi ki, o bostan bu il üçün bizim ailənin azuqəsi idi".

Xaçmaz kəndində yardıma ehtiyacı olan bir neçə ahıl ailə var ki, onlar, ümumiyyətlə, çarəsiz və çıxılmaz vəziyyətdə qalıblar. Aidiyyatı qurumlara son müraciətlərində onlara axırıncı dəfə söz veriblər ki, məsələ tezliklə həllini tapacaq. Ancaq vəziyyət dəyişməyib, köhnə hamamdır, köhnə tas.

Sakinlər onu da iddia edirlər ki, kənddə su probleminin yaranmasının bir səbəbi də su xəttinə kənar müdaxilələrin olmasıdır. Onların sözlərinə görə, meşəlik ərazidə fəaliyyət göstərən kafe və restoranlara həmin xətdən qeyri-qanuni yolla su aparılır. Bundan başqa, ərazidəki çaylarda bənd vurulmaması və çay məcralarının təmizlənməməsi də hər dəfə sel gəldikdə xətlərin dağılması ilə nəticələnir.

Sputnik Azərbaycan-ın müxbiri məsələ ilə bağlı ətraflı məlumat almaq üçün Oğuz Su Kanal İdarəsinə müraciət edib. İdarənin rəisi Akif Hümmətli məsələ ilə bağlı tam məlumatlı olduğunu bildirib. Qeyd edib ki, bir neçə ildir mövcud olan bu problemi aradan qaldırmağa çalışsalar da, hər dəfəsində nəticə uğursuz olub.

"Artıq bu barədə baş idarənin də məlumatı var və yaxın vaxtlarda Xaçmaz kəndinin dağlıq massivində, Çibinlik adlanan ərazisindən ümumi uzunluğu 2500 m məsafədən 280 mm diametrində yeni su xətti çəkiləcək. Bununla da problem aradan qaldırılacaq" — deyə A.Hümmətli bildirib.

A.Hümmətli əlavə edib ki, bütün su xətləri lillə doludur və suyun götürüldüyü mənbə dəfələrlə sel gəldiyi üçün yararsız vəziyyətdədir: "Hazırda müvəqqəti su təminatı üçün ərazidə iş gedir. Və problem tezliklə öz həllini tapacaq".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ

17:54

Ov mövsümü hamı üçün bitib? - Restoranlar çöl quşlarından kabab təklif edirlər - VİDEO

17:10

Bir ailənin 6 üzvü qəzada ÖLDÜ

16:09

Bakıda liftdən meyit tapıldı

15:02

Braziliya tarixinin 10 ən yaxşı hücumçusu

14:40

Heydər Əliyev Fondunun tiktirdiyi məktəb binasından şagirdlər yenidən qəzalı binaya qaytarılır - FOTO/VİDEO

13:42

Rayondan Bakıya gələnləri təhqir edən aktrisaya sərt cavab - QALMAQAL

12:32

Rayonlara qar yağdı - Faktiki hava

12:03

AYNA bu dəfə də bizləri sevindirəcək... - AMMA NECƏ...

11:30

"Ucar xəstəxanasında insanları öldürürlər" - MÜRACİƏT

10:49

“Azəriqaz”dan absurd şəhid ailəsi ayrıseçkiliyi - Bu nə təfəkkürdür?

10:07

Elektromobillərə maraq durmadan artır: Bazara necə təsir göstərəcək?

09:46

Sabahdan tətil başa çatır