Tanınmış gəncəlilərin yeni başçıdan gözləntiləri: "Ona inanırıq..."

15:00 30.08.2018 471
Tanınmış gəncəlilərin yeni başçıdan gözləntiləri: "Ona inanırıq..."

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev avqustun 28-də Elmar Vəliyevi Gəncənin icra başçısı vəzifəsindən azad edib. Onun yerinə Niyazi Bayramov təyin edilib. Ötən gün kollektivə təqdim olunan yeni başçı artıq vəzifəsinin icrasına başlayıb.
Sonxeber.az bildirir ki, azVision.az Gəncədən olan bir neçə tanınmış şəxs arasında sorğu keçirərək onların yeni başçı barədə gözləntilərini öyrənməyə çalışıb.

Xalq artisti, müğənni Şahnaz Həşimova ümid edir ki, gəncəlilər Niyazi Bayramovun işindən razı qalacaqlar.

"Yeni icra başçısını təbrik edirəm, ona can sağlığı, uzun ömür, işində uğrular arzu edirəm. İnanıram ki, prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Gəncəmiz bundan sonra da çiçəklənəcək, inkişaf edəcək. İnsanların güzəranı gözəl, xoşbəxt olacaq. Niyazi müəllimi şəxsən tanımırdım. Bilirdim ki, Mingəçevirin icra başçısıdır və orada insanlar çox xoşbəxtdirlər. Mingəçevirlilər onu çox sevirlər. İnanıram ki, gəncəlilər də Niyazi müəllimi çox istəyəcəklər. Ona inanırıq".

Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət "Yuğ" Teatrının baş rejissoru Mehriban Ələkbərzadə Gəncənin qədim şəhər olduğunu və gəncəlilərə hörmətlə yanaşmağın vacibliyini nəzərə çatdırıb.

"Mən düşünürəm ki, Cavadxandan və Ziyadoğlulardan sonra Gəncə əhalisi fərqli olduğunu sübut edib. Onlarla hörmətlə, heysiyyatlarına toxunmadan rəftar etmək mütləqdir. Onların probleminə öz probemin kimi baxmalı və yaxın olmalısan. İnsanlara yuxarıdan aşağı baxmaq, saymamaq yol verilməzdir. Güman edirəm ki, qarşılıqlı münasibət şəklində yeni bir yanaşma tərzi olacaq və bu insanların problemlərinə ən azı qulaq asmaq və onları dinləmək istəyi olacaq. İstər siyasi- iqtisadi, istərsə də mənəvi baxımdan insanları dinləmək, eşitmək lazımdır. Ümumilikdə. Azərbaycanın digər bölgələrində də belə olmalıdır. Gəncə isə Cavad xanın yurdudur, bunu anlamaq, bilmək gərəkdir".

Karate üzrə dünya çempionu, Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev yeni başçıdan gözləntilərini açıqlayıb. O, N.Bayramovun təcübəli şəxs olduğunu, işində uğur qazana biləcəyini deyib.

"Yeni təyin olunmuş icra başçısı çox təcrübəlidir. Axrıncı dəfə Mingəçevir şəhərinə gedəndə oranı tanımadım. Doğurdan da gözəl şəhərə çevrilib. Bildiyimə görə, Niyazi müəllim çox mədəni insandır. İnsani cəhətləri yüksəkdir. O, Fövqəladə Hallar Nazirliyində çalışıb, Qarabağda döyüşüb. Bir sözlə, təcrübə öz sözünü deyəcək. İnanıram ki, Gəncənin inkişafı davam edəcək. Yeni başçısı əlindən gələni edəcək ki, Gəncə daha da gözəlləşsin".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...

08:48

Sakinlər ETSN-nin bu idarəsini İTTİHAM EDİR - MÜRACİƏT

20:23

Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi

19:53

İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”