Impera
XƏBƏR LENTİ
20:123500-dən çox məhkuma ŞAD XƏBƏR - Əfv imzalandı20:11Prezident Bilal Ərdoğanla görüşdü20:10İlham Əliyev bu şəxslərə fəxri adlar verdi - SİYAHI20:06Prezident və xanımı Kirill ilə görüşdü20:03Bakıda qızları təhqir edən şəxsləri vətəndaşlar belə döydü - YENİ VİDEO19:59Hindistan, Çin və Rusiya xüsusi ödəniş sistemi yaradacaq19:48Əhaliyə şad xəbər: İstiliklə bağlı unikal sənəd Nazirlər Kabinetində16:49Oqtay Gülalıyevdən sarsıdıcı xəbər - FOTO16:47Bakıda doğulan qəribə körpə ÖLÜB - AÇIQLAMA16:45Adam öldürüb Azərbaycana qaçdı, 10 il sonra tutuldu16:33Sabah qar yağacaq - PROQNOZ12:41Bulvarda bir nəfər dənizə düşdü12:26Azərbaycanda doktoranturaya qəbul qaydaları dəyişib12:16Almaniyada siyasi mühacir alverinə qarşı böyük əməliyyat: Azərbaycanlı hüquqşünas da saxlanılanlar arasındadır11:23“Yerli seriallar gənc nəslin tərbiyəsini pozur”11:22“Bayquş” qanadlarını açır: Dubayda yeni superkar təqdim olundu – FOTO11:19Ərdoğan Trampın sözünü kəsib, səhvini düzəltdi - Video11:17“Facebook” feyklə mübarizə aparır: akkauntların 5 faizi saxta çıxdı11:14Paytaxtda Dünya dini liderlərinin II Bakı Sammiti başlayır11:13MMA döyüşçüsü insan oğurluğunda şübhəli bilinərək həbs edildi21:09Prezident sərəncam imzaladı21:04İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO21:00General bu şok səbəbə görə saxlanıldı20:55Arvadını narahat edən ailənin dörd üzvünü öldürdü - VİDEO20:45Bakı bulvarına yeni atraksionlar gətiriləcək14:56Mehriban Əliyeva şəhid ailəsini SEVİNDİRDİ14:54Yeni icra başçıları kollektivə təqdim olundu14:49Prezidentin tapşırığına uyğun olaraq Eldar Əzizovdan YENİ ADDIM13:02Yeni Təhsil naziri təyin olunub - Gürcüstanda12:43Ramiz Mehdiyev KARDİNAL DƏYİŞİKLİKLƏRƏ BAŞLAYIR - Bəzi qurumlar LƏĞV EDİLƏCƏK12:40Nazir onları işdən çıxartdı12:35Bu binanın sakinləri kirayə evlərə köçürüləcək - VİDEO11:08Ermənistan ordusu atəşkəs rejimini 22 dəfə pozub11:07Ərdoğanın partiyasında şok istefa10:45Varlılar banklara güvənmirlər10:44Deputatlıqdan daha yüksək vəzifəyə gedənlər — SİYAHI10:42“Facebook” onlayn ödəmə xidməti tətbiq edəcək10:41Elə sabahdan QIRMIZI SOĞAN yeməyə başlayacaqsız - Sən demə...15:39Arif Hacılı saxlanıldı15:30Şəmsəddin Xanbabayevin KORRUPSİYA “TƏMƏL”İ… – İTTİHAM15:28ŞOKA DÜŞƏN XƏSTƏYƏ TƏCİLİ YARDIM MAŞINI TAPILMADI – SƏS YAZISI12:57Nazarbayev Putinlə Zelenskini görüşdürür12:49“Ağ şəhər”də iki fəhlə kanalizasiya quyusuna düşərək ölüb12:48Kapital Bank növbəti beynəlxalq Kənd Təsərrüfatı Forumuna qatılıb12:47ATV-nin icraçı direktoru vəzifədən getdi12:46Nazirlik Bakıdakı bu doğum evinin təmirinə 10 milyona yaxın pul xərcləyəcək12:41Gömrük postunda avtomobillərdən soyuq silah aşkarlandı11:37“Cənab prezident, şəkil bulanlıq düşüb, yenidən çəkdirə bilərik?” — Video11:35Əli Həsənov: "Azərbaycan Konstitusiyası ölkənin davamlı inkişafı və tərəqqisinə xidmət göstərir"11:34Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - Foto11:32Argentina Bakıdan Əli Əkbər Vilayətinin həbsini tələb edib10:00Ermənistan ordusu atəşkəs rejimini 23 dəfə pozub12:24İcbari Tibbi Sığortanın “bismillah”ında aparat xarab olub - GİLEY11:46Yurçeviç millimizə 24 futbolçu çağırdı11:30Səhiyyə sistemində daha bir biabırçı ünvan... - İTTİHAM11:07Mikayıl Cabbarovun islahatlarının səmimiyyəti buradan görünəcək... - İllərdir "Azersun" bazarda meydan sulayır...09:47Bağça adıyla “yeyilən” milyonlar – Büdcədəki rəqəmlər işin üstünü açdı09:31Ermənistan silahlı bölmələri atəşkəsi 21 dəfə pozub09:16DSMF-nin Göyçay Şöbəsinin müdirinə şok ittihamlar-Gömrük generalı Ehtiram Xəlilovun adı hallanır08:58İmişlinin icra başçısı 7 ildir yaşadığı kottej villanın kirayə pulunu necə ödəyir?.. - Araz aşığındandır, Kür də topuğundan...08:44Səfər Mehdiyev öhdəlikləri yerinə yetirə bilmir? layihələr durdu, milyonlar getdi15:33SON DƏQİQƏ! Neft emalı zavodunda PARTLAYIŞ - Çox sayda yaralı var / VİDEO15:17Nazirdən hərbi qulluqçuların pul təminatı ilə bağlı - QƏRAR14:33Bakıda iki qadın birləşib kişini döydü14:18Sabah yaz havası olacaq14:03İşğaldakı rayonların başçıları gedir: biri 18, biri 27 il, biri isə… – Foto14:00"Qəsdən məni qıcıqlandırırlar" - Sevda13:33“Azəriqaz”-ın yeni baş direktoruna köhnə bir sual – “Global Services” MMC- kimindir?13:08Qida Agentlyinin "MONOPOL QOXULU" qadağası- "Həzrəti Əbülfəz" geri qayıdırmi?12:26Qəbir yeri üçün ödənilən pullar kimlərin cibinə gedir?.. - İcra strukturları və işbazların əlbirliyi12:13Azərbaycanda yetimlər üçün tikilən evləri necə satıblar... - ŞOK İTTİHAM11:21Texniki Universitetdə rüşvət qalmaqalı - İTTİHAM11:01Ceyhun Bayramov gəlib bu siniflərdə yarımca saat otura bilsə... - Lerikdə dəhşətli mənzərə...10:43Mehriban Əliyeva Azərbaycan neftçilərini təbrik etdi - FOTO10:23Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropa istiqamətində hərəkət edən “China Railway Express” blok qatarı Ankaradan yola salınıb10:04Erməni silahlı bölmələri atəşkəsi 23 dəfə pozdu22:35Prezident bu televiziya və radio işçilərinə fəxri adlar verdi22:14Qanlı yürüş, buzlaqların sakinləri, xəyanətlə bitən 250 illik tarix... – ARAŞDIRMA – I YAZI21:59Dilənçinin sərvəti hamını ŞOKA SALDI21:35Azərbaycan Rusiyaya nota verdi21:22Prezident Neft Daşlarının 70 illiyi münasibətilə neftçilərə təbrik ünvanlayıb17:06Sahibkarın kredit qalmaqalı böyüyür - Prezidentə müraciət olundu16:55İlham Əliyev Naxçıvana iki milyon manat ayırdı16:29Çevik idarəetməyə keçid: Müşavirliyə yer olacaqmı? - GƏLİŞMƏ16:16"İki-üç nəfər əlində dəftər pul yığa-yığa gəlib deyirlər ki, kimdən icazə almısan?.." - GİLEY16:05"DƏYƏRİ MİLYONLARLA ÖLÇÜLƏN BÖYÜK VİLLA TİKDİRİB" - TƏRTƏRLİ ZİYALILAR İCRA BAŞÇILARI HAQDA NƏLƏR DEYİR?15:52Nazir müavinindən uşaq qidası satan şirkətlərə İTTİHAM15:34Bank rəhbəri: “Normal müştəriyə niyə biznes krediti verməyim ki?”15:1613 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ İNSANLIQ DRAMI15:04“İkili standart” siyasəti ilə konfliktin həllini daha da qəlizə salan “vasitəçilər”... - Azərbaycana lazımdırmı?14:48Deputat satışdakı təhlükəli şprislərə görə Səhiyyə Nazirliyini İTTİHAM ETDİ14:36“Nazir işlədiyim dövrdə elə bir səhv qərarım olmayıb” - Misir Mərdanov14:24"Qarabağ"la oyun bizim üçün son şansdır" - Matiç13:49Əkbər Hacıyev "Azəriqaz"ı elə günə qoyub ki... - NARAZILIQ...13:33“Muğam axşamları” layihəsi çərçivəsində “Zabul segah” muğamı təqdim ediləcək12:57Doğuş qiymətlərindən narazılıq: Qadının yerinə həkim özü doğur? - ŞOK QİYMƏTLƏR12:02Gəncə səhiyyəsi acınacaqlı durumda... - İTTİHAM11:38Mübariz Mənsimov Əli İnsanovu yıxıb-sürüdü - “bir dəfə satqınlıq edən hər dəfə səni də satar”11:17Şəbnəm: "Hacılara lağ edirlər" - "Razborka" təklif etdi10:58“Lal deputat” ləqəbli fond direktoru
BÜTÜN XƏBƏRLƏR

Daha bir bank çökür: "AG Bank"da vəziyyət çətindir - kredit verməyi dayandırdı

30 Ağu 2018, 12:15   
Daha bir bank çökür: "AG Bank"da vəziyyət çətindir - kredit verməyi dayandırdı

Azərbaycanın ən uzunömürlü və aparıcı banklarından biri olan AG Bank kredit verməyi dayandırıb.

Zamantv.az xəbər verir ki, bu barədə FED.az-a bankdan bildirilib. Bankın əməkdaşları bildirib ki, kreditlərin verilməsi artıq iki aydır ki, dayanıb. Amma bunun səbəbi izah edilmir. Hazırda bank bütün növ istehlak, biznes və digər kreditləri ayırmağı dayandırıb. Hətta AG Bankın məşhur olduğu ipoteka kreditləri də «limit bitməsi» səbəbindən başa çatıb.

Bankdan bildirilib ki, hazırda kredit yalnız bankda əmanəti olanlara verilə bilər, o da əmanətin məbləğinin 50%-i qədər. AG Bankdan kredit verilməsinin dayandırılmasının səbəbləri açıqlanmayıb və bunu daxili qərarla izah ediblər.

Xatırladaq ki, AG Bankın hazırki vəziyyəti o qədər də ürəkaçan deyil. Bank 2017-ci ili 6 milyon 688 min manat zərərlə başa vurmuşdu. Eyni vəziyyət bu il də davam edib. 2018-ci ilin ilk rübündə bankın zərəri 3 milyon 223 min manat, ilk yarım ilin nəticəsində isə 5 milyon 139 min manat təşkil edib.
İlk yarım ildə bankın həm gəlirləri, həm də xərcləri 21-23% azalıb.

Bankın məcmu kapitalı 41 milyon 486 min manat təşkil edir ki, bu da Mərkəzi Bankın tələbindən 8,5 milyon manat aşağıdır. Hazırda AG Bank məcmu kapitalı tələbə cavab verməyən 5 bankdan biridir.

Son bir ildə bankın aktivləri nisbi ifadədə 3,3%, mütləq ifadədə 16,5 milyon manat azalıb.

Doğrudur, hazırda AG Bank aktivlərinin həcminə görə, ölkənin aparıcı bankları arasındadır. 2018-ci ilin iyulun 1-ə olan vəziyyətə bankın aktivlərinin həcmi 487 milyon 790 min manat təşkil edib. Bu göstəriciyə görə, AG Bank ölkə bankları arasında 14-cü yeri tutur və bir sıra bankları, o cümlədən «Muğanbank», «Nikoyl», «Ekspressbank» və «Yapı Kredi Bank»ı qabaqlayır.

Amma bankın əsas narahatlıqlardan biri problemli borclardır. Bu ilin ilk yarısının nəticələrinə görə, AG Bankın vaxtı keçmiş kreditlərinin həcmi kredit portfelinin yarıdan çoxunu keçir.

Müştərilərə verilən kreditlər 263 milyon 612,15 min manatdır, ilin əvvəlindən indiyədək kredit portfeli 7,3% kiçilib. Kreditlərin 89 milyon 890,41 min manatı və ya təqribən 30%-i xarici valyutadadır.

Bankın problemli kreditlərinin həcmi 148 milyon 148,7 min manat təşkil edir. Bu da ümumi kredit portfelinin 56,2%-dir. Başqa sözlə, verilmiş hər 100 manat kreditin 56 manatının qaytarılmasında problem var.

AG Bank depozit portfelinin həcminə görə, 30 bank arasında 17-ci yeri tutur. Bankın depoxit portfeli 218,8 milyon manat təşkil edir, ilin əvvəlindən bəri azalma 15 milyon manatdır.

AG Bank filiallarının sayına görə də ölkə bankları arasında yuxarı yerlərdən birini tutur. Hazırda bankın 18 filialı və 1 şöbəsi var və bu göstəriciyə görə. 30 bank arasında 11-ci yerdədir.

Bank kapitalının artıılması üçün yeni səhm buraxaraq kənardan payçılar – yeni investorlar cəlb etməyə çalışır.

Belə ki, iyulun 26-da Maliyyə Bazarlarına Nəzarət Palatası bankın yeni səhm emissiyasını (AZ1001000970 qeydiyyat nömrəsi ilə) qeydiyyata alıb. Plana əsasən, "AGBank” ASC hər birinin nominal dəyəri 2 manat olan 2,9 milyon ədəd səhm buraxmaqla 5,8 milyon manat cəlb edəcək. Səhmlərin yerləşdirilməsinə abunə yazılışı 9 avqust 2018-ci il tarixində başlayıb və 9 noyabr 2018-ci il tarixində yekunlaşır. Səhmləri yerli vətəndaşlar və şirkətlərlə yanaşı, xaricilər də ala bilər.

Hələlik səhm emissiyasının nə qədər uğurla getdiyi bilinmir, amma artıq sentyabın 6-da bankın səhmdarlarının ümumi yığıncağının keçirilməsi nəzərdə tutulur. Yığıncaqda Bankın İdarə Heyətinin və Audit Komitəsinin hesabatlarının, maliyyə nəticələrinin və nizamnaməsinə dəyişikliklərin təsdiq edilməsi nəzərdə tutulur.

Xatırladaq ki,"AGBank" ın səhmdarları aşağdakılardır.

Əsədulla Çingiz (ailə üzvləri daxil olmaqla) - 33,57%
Marçenko Qriqoriy - 8.30%
Yusufov Fərzulla (ailə üzvləri daxil olmaqla) - 5,79%
Beynəlxalq Maliyyə Korporasiyası - 4,28%
Kazimir Partners şirkəti - 2,45%

Səhmdarların ümumi sayı 83-dür. Onlardan yalnız birinin səhmləri 10%-dən artıqdır. Qalan 82 şəxs minoritar sayılır, onların ümumi payları - 66,43%-dir.
OXŞAR MÖVZULAR