Ağdam sakinləri nədən narazılıq edirlər? - GİLEY

11:15 28.08.2018 782
Ağdam sakinləri nədən narazılıq edirlər? - GİLEY

«1993-cü ildə rayon mərkəzi işğal edilsə də, rayonun 40-a yaxın kənd və ya qəsəbəsi düşmən tərəfindən ələ keçirilməkdən xilas edilmişdir. Bu gün Ağdam rayon mərkəzi şəhər statusu verilmiş Quzanlıda yerləşir. Quzanlıda təkcə 27 min məcburi köçkün vardır, heç Ağcabədinin mərkəzində bəlkə də bu qədər insan yaşamır, amma Ağdamın əksər dövlət idarə və ya müəssisələri planlı şəkildə bizdən 40-50 km məsafədə yerləşən Tərtərə və digər rayonlara paylanıb…».
Bu sözlər Ağdam rayonundan bir qrup ziyalının «Təzadlar»a zəng vuraraq etdiyi müraciətindəndir. Onlar Prezident İlham Əliyevdən kömək istəyirlər:
-Hörmətli redaksiya! Xahiş edirik, müraciətimizin cənab Prezidentə çatdırılmasında bizə yardımçı olasınız. Belə ki, cənab Prezidentin sərəncamları ilə Ağdam rayonunda məcburi köçkünlər üçün 18 yeni qəsəbə salınmışdır, bu qəsəbələrdə on minlərlə sakin məskunlaşmışdır. Onlar doğru olaraq Bakıda və respublikamızın digər rayonlarında vaxtilə məskunlaşdıqları ərazilərdən Ağdam rayonunun ərazisindəki qəsəbələrə köçürülürlər. Quzanlı qəsəbəsinə şəhər statusu veriləndən sonra Quzanlı Ağdam rayon mərkəzi kimi qəbul edilib. Artıq Quzanlıda Ağdam rayon İcra Hakimiyyəti, Heydər Əliyev Mərkəzi, YAP Ağdam rayon təşkilatının inzibati binası, Ağdam rəkəzi Xəstəxanası, Ağdam rayon Prokurorluğu, Ağdam Tarix-Diyarşünaslıq Muzeyi və s. rəsmi qurumlar fəaliyyət göstərir. Lakin çox maraqlıdır ki, kənarda məskunlaşmış sakinlərimiz Ağdam rayonunun inzibati ərazilərinə köçürüldükləri halda, əksinə, neçə illərdir Ağdam rayonunun əsas dövlət qurumları isə ayrılaraq digər rayonlara paylanır. Məsələn, Ağdam rayon Təhsil Şöbəsi Tərtər rayonuna verilib, Ağdam Elektrik Şəbəkəsi Ağcabədi rayonuna, Ağdam Qaz İstismar İdarəsi Tərtər rayonuna və s. paylanıb verilib. Adi bir arayış üçün Quzanlınun mərkəzindən 40-50 km məsafədə olan rayonlara gedilməlidir. İndi isə Ağdam rayon Mərkəzi Xəstəxanasının Bərdəyə, Subartezian İdarəsinin Tərtərə, Ağdamda 10 minlərlə məcburi köçkünlərin yaşadığı 18 yeni qəsəbənin Mənzil-Təsərrüfat İdarəsinin isə Tərtərə verilməsinə hazırlıq görüldüyü deyilir. Belə çıxır ki, Ağdamda yalnız YAP-ın və İcra Hakimiyyətinin inzibati binaları qalacaq, qalan dövlət idarə və müəssisələri isə başqa rayonlar arasında paylanacaq. Əgər sakinlər hansısa zəruri iş üçün digər rayonlara getməli olursa, bəlkə elə YAP-ın Ağdam rayon təşkilatını da, məsələn, Tərtərin, İcra Hakimiyyətini isə Bərdə RİH-nin balansına versinlər?! Belə davam edərsə, yerli sakinlərin yaddaşından Ağdam rayonunun fəaliyyəti və mövcudluğu silinmə təhlükəsi ilə üz-üzə qalacaq. Çox istərdik ki, biz Ağdam rayon ziyalılarının və sakinlərin müraciəti nəzərə alınsın və rayonun bəzi vacib dövlət qurumlarının başqa rayonlar arasında bölüşdürülməsinin qarşısı alınsın. Təzadlar
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT