Federasiyadan Şəhriyar Məmmədyarova təkzib: "SƏHV EDİB"

12:30 27.08.2018 527
Federasiyadan Şəhriyar Məmmədyarova təkzib: "SƏHV EDİB"

ABŞ-ın Sent-Luis şəhərində "Sinquefield Cup" turnirində mübarizə aparan Azərbaycan şahmat millisinin üzvü, qrossmeyster Şəhriyar Məmmədyarov sponsorunun olmamasından şikayətlənib.

Sonxeber.az xəbər verir ki, Ş. Məmmədyarov sosial şəbəkədəki səhifəsində Maqnus Karlsenlə 5 saatlıq dueldən sonra böyük turnirlərdə pula görə çıxış etməsindən gileylənib: "Yorğunluqdan indicə yuxudan durdum. Burada gecə saat 01:47-dir. Bu gün Maqnus Karlsenlə 5 saatdan çox oynadım və açığı çox çətin mübarizə oldu. Debütdən böyük üstünlüyüm var idi. Sonra bir az pis vəziyyət aldım və rəqib 5 saat udmağa çalışdı. Və qərara gəldim ki, bundan sonra 40-45 günlük turnirlərə son qoyacam. Gərək az oynayıb, özümdə güc saxlayım. Bu qədər arxa-arxaya oynamaq əlbəttə ki, biabırçılıqdır. Bu gün bir jurnalist mənə sual verdi ki, səni bu qədər oynamağa məcbur edən nədir? Utandım ki, pul deyim. Deyə bilmədim, çünki mənim kimi peşəkar şahmatçının sponsoru yoxdur. Bütün yarışlara öz hesabıma gəlirəm. Burdakı bütün idmançıların sponsoru var. Sabah yenə də oyunum var və gərək hazırlaşım. Arada düşünürəm ki, bu ölkədə məndən güclü nə qədər idmançı var ki, bir sponsor tapılmır? Azərbaycana sevgim sonsuzdur. Amma heyif ki, gücüm sonsuz deyil. Bir gün mən - Şəhriyar Məmmədyarov olmayacam. Onda isə bu söhbətlər mənasız olacaq".

Məsələ ilə bağlı Yeniavaz.com saytı Azərbaycan Şahmat Federasiyasından münasibət öyrənməyə çalışıb.

Federasiyanın vitse-prezidenti Faik Həsənov hazırda qəbulda olduğundan telefonlara cavab verməyib.

Federasiyanın nümayəndəsi Yaşar Məmmədov isə Şəhriyar Məmmədyarovun bu açıqlama ilə səhvə yol verdiyini bildirib: "Bayaqdan hamı zəng vurur, o məlumat səhv gedib. Şəhriyar hazırda dünyada 2-ci ən güclü şahmatçıdır. Şəhriyar getdiyi bütün yarışlara onu dəvət edirlər, yol pulunu, otel pulunu da onlar ödəyirlər. Bir də əlavə olaraq sponsorları Şəhriyarın əlavə pulunu verirlər, onunla gedən məşqçinin də pulunu ödəyirlər, hər şeyi təşkil edirlər".

Yaşar müəllim Şəhriyarın bu açıqlamasının səhv olduğunu bildirib: "İnsan səhv edə bilməz? Şəhriyar 2 il bundan əvvəl olimpiadada oynayanda böyük səhv elədi, adi bir gedişi görmədi, uduzdu. Deyirsiniz yəni səhv edə bilməz? Bu mümkün olan bir şey deyil ki, Şəhriyar "bu saat Azərbaycanda 1 nömrəli şahmatçıya sponsorluq eləmirlər" deyə. Ola bilər ki, kimsə onun əvəzindən yazıb, ya müsahibə verib. Mümkün deyil ki, Azərbaycanın bir nömrəli şahmatçısına sponsorluq olunmaya. Bəlkə kimsə girib Şəhriyarın feysbuk səhifəsinə elə bir şey yazıb? İnana bilmirəm ki, Şəhriyar belə bir açıqlama verə. Axşam yəqin onunla əlaqə saxlayacaqlar. Bir səhv edib də, yazıb. Bu məsələ ilə bağlı ən dəqiq açıqlamanı isə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faik Həsənov verəcək".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ