Belə davam edərsə, qucağına almağa cücə də tampayacaq... - İnam Kərimovu narahat etməli olan MƏNZƏRƏ

12:00 25.08.2018 534
Belə davam edərsə, qucağına almağa cücə də tampayacaq... - İnam Kərimovu narahat etməli olan MƏNZƏRƏ

Bir neçə gün öncə Astara rayonunun Şüvi kənd sakini Şaban Məmmədova məxsus fermer təsərrüfatında 100-ə yaxın iribuynuzlu heyvanın kütləvi şəkildə tələf olması barədə məlumat vermişdik. Kənd sakini bildirmişdi ki, heyvanları gənə əleyhinə dezinfeksiya edildikdən sonra zəhərlənib. Dünən səhər saatlarında isə qonşu Şuvaş kəndində daha 8 inək eyni səbəbdən zəhərlənib.

Heyvanları ölmüş Şuvaş kənd sakini Firdovsi Mahmudov Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, ilk dəfədir belə hadisə ilə üzləşir: “Dünən səhər saat 07:30-da yoldaşım heyvanları gənələrə qarşı dezinfeksiya etdi. 10 dəqiqə keçməmiş isə bütün inəklərin zəhərləndiyini dedi. Gəlib gördüm ki, 3-4 buzov həyətdə o baş-bu başa qaçır, dilləri ağızlarından sallanıb və ağızları köpüklənir. Sonra isə hərəsi bir tərəfə yıxılıb çabalamağa başladı”.

F.Mahmudov bu hadisə ilə bağlı Rayon Baytarlıq İdarəsinə də müraciət etdiyini qeyd edib: “İdarədən bizə dərmanı dozadan artıq istifadə etdiyimizi dedilər. Bu işlə birinci il deyil ki, məşğuluq, gözümüzü açandan həyətimizdə mal-heyvan saxlamışıq. Bu illər ərzində də belə fəsadla qarşılaşmamışıq. İlk dəfə deyil ki, dozasını bilməyək. Bu il də hər il olduğu kimi dərmanlamışıq. Kim istəyər ki, öz heyvanına ziyan vursun?”

Kənd sakini 8 baş inəyinin zəhərləndiyini, onlardan 5-nin öldüyünü, 3-nün isə xilas edildiyini deyib: “İş orasındadır ki, dünən heyvan 8-10 dəqiqə ərzində ölüb, ancaq heyvanların üstündəki gənələr dünəndən bəri ölməyib. Mənə deyirlər ki, dərman sovrulandan 12 saat sonra ölür. Qonşu kənd sakininin inəkləri isə 3 sutkadır zəhərlənib, amma onların üstündəki gənələr də hələ ölməyib”.

Şikayətçi onu da əlavə edib ki, istifadə etdikləri dərman müxtəlif qablaşdırmada olsa da, tərkibləri eyni olub: “Mənim istifadə elədiyim dərman ampula şəklindədir, qonşu kənddə istifadə edilən isə litrlik qabda olub, ancaq eyni tərkibdədirlər. Qida Təhlükəsizliyi Agentliyindən gəlib həmin dərmanı yoxladılar, dedilər ki, bu dərman İordaniya istehsalıdır, 2016-cı ildən isə ölkə ərazisində satışı qadağan olunub. Həmin dərmanı rayon apteklərinin birindən almışdım. Bundan əvvəllər də istifadə eləmişdim, amma belə fəsadlar olmamışdı”.

F.Mahmudov tələf olan heyvanlardan götürülmüş nümunələri Lənkəranda yerləşən laboratoriyaya aparıb. İddia etdiyinə görə, orada qəribə cavabla qarşılaşıb: “Laboratoriyada məndən diri balıq gətirməyimi istədilər. Təəccüblə diri balığın nəyə lazım olduğunu soruşdum. Bildiriblər ki, ölmüş heyvanların ətindən balıqlara yedirəcəklər və sonra onları yoxlayacaqlar. Alınan nəticəni isə gələn həftənin 1-2-ci günləri mənə deyəcəklər”.

“İndi digər həmkəndlilərimiz də heyvanlarını dezinfeksiya etməkdən qorxur. Hazırda heyvanlarda bəs deyən qədər gənə var və heyvanları talayır. Dünən Baş Baytarlıq İdarəsindən də mütəxəssis gəlmişdi, ona bu barədə də məlumat verdim” – deyə kənd sakini vurğulayıb.

Bir neçə gün 100-ə yaxın heyvanı tələf olan fermer Şaban Məmmədov da Sputnik Azərbaycan-ın bölgə müxbirinə hadisə barəsində ətraflı məlumat verib. Bildirib ki, həmin gün xilas edilən inəklərdən biri də tələf olub: “Nə qədər köməklik göstərdiksə, xeyri olmadı. Sağ qalan heyvanlara da nəsə olub. Fermanın ərazisinə gəlmirlər, insanları görən kimi qaçırlar. Hələ ki, heyvanlar normal vəziyyətdə deyil”.

Fermer zəhərlənmiş inəklərini kolbasa sexlərinə verməsi ilə bağlı deyilənlərə də aydınlıq gətirib: “Mənə şər atırlar, xəstə inəyimi belə, heç vaxt kolbasa sexinə verməmişəm, o qalmışdı ki, zəhərlənib ölmüş malları. Mən bilirəm ki, kolbasanı bizim xalq yeyir”.

O qeyd edib ki, heyvanların basdırılması Rayon Baytarlıq İdarəsinin və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə həyata keçirilib: “Öz vəsaitim hesabına ekskavatorlar gətirdim, dərin çalalar qazdırıb heyvanları dezinfeksiya edilmədən basdırdıq”.

Fermerin iddia etdiyinə görə, ona şifahi olaraq, dezinfeksiya üçün istifadə etdiyi dərmanın 2016-cı ildə ölkə ərazisinə gətirilməsinin qadağan olunduğu bildirilib: “2016-cı ildən 2 il vaxt keçməsinə baxmayaraq, indi də bu dərmanlar satışdadır, indi də bu fəsadlar başımıza gəlib. Xahiş edirik ki, bununla bağlı bir tədbir görülsün”.

Ş.Məmmədovun sözlərinə görə, Rayon Baytarlıq İdarəsi onu özbaşına dərman almaqda və dərmandan dozasından artıq istifadə etməkdə ittiham edir: “Bunun dərman dozası ilə heç bir əlaqəsi yoxdur. Burda ancaq biz fermerləri günahkar çıxarmaq istəyirlər. Mən 100% əminəm ki, bu dərmanın tərkibində kimyəvi təsir var. Özbaşına dərman almağıma gəldikdə isə, gətirib bizə dərman, texnika versinlər. Biz də pulumuzu ora-bura xərcləməyək, özümüzə ziyan vurmayaq”.

“Gedək dövlətdən dərman alaq, dövlətin texnikasını gətirib heyvanları çimizdirək. Nə dərman verirlər, nə də texnika. Bir xəstəlik düşən kimi də gəlib ağzımızdan vururlar ki, “biz bu işin qaydasını bilirik, siz heç nə bilmirsiniz” – deyə fermer əlavə edib.

Məmmədov təsərrüfatından bir neçə baş qoyun da saxlayır. Dediyinə görə, artıq qoyunlardan da biri xəstələnərək ölüb. Bir neçəsində isə xəstəlik əlamətləri yaranıb. O, qoyunlarının zəhərlənmiş inəklərin öldüyü ərazilərdə otlayaraq zəhərləndiyindən şübhələnir.

Astara şəhəri ərazisində yerləşən bir neçə baytar aptekinə baş çəkib, kənd sakinlərinin dezinfeksiya üçün istifadə etdikləri sözügedən dərmanla maraqlandıq. Lakin heç bir aptekdə həmin dərman olmadı. Bizə həmin dərmanın satışının qadağan edildiyi bildirildi.

Sputnik Azərbaycan baş vermiş hadisəyə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin də münasibətini öyrənib. Qurumun mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib ki, Şaban Məmmədov böyük bir təsərrüfat sahibidir: “Baytarlıq qanunvericiliyinə görə, həmin vətəndaş baytar həkim saxlamalı idi və baytar həkiminin iştirakı ilə həmin heyvanlar çimizdirilməli idi. Təəssüf ki, sahibkar bu qaydalara əməl etməyib, həmçinin çimizdirmə üçün tələb edilən dərmanı resept yazılmadan, özbaşına aptekdən alıb və özbaşına çimizdirmə aparıb. Bunun nəticəsində də 78 baş heyvan tələf olub”.

Yolçu Xanvəli bildirib ki, həm götürülən patoloji materiallar, həm də çimizdirmədə istifadə edilən kimyəvi maddədən götürülən nümunələr Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına göndərilib: “Müayinələr başa çatdıqdan sonra tam bəlli olacaq ki, bu, necə baş verib. Amma sahibkarın verdiyi izahata görə, o normadan artıq kimyəvi maddədən istifadə edib”.

Astara Rayon Baytarlıq İdarəsinin rəisi Mübariz Axundov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölmüş inəklərin cəsədlərindən nümunələr götürülərək Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran Sınaq Laboratoriyasına göndərilib: “Həftənin 1-ci günü gələn cavablardan sonra dəqiq səbəb bəlli olacaq. Əgər doğrudan da dərmanın tərkibində nəsə varsa, bizə də aydın olsun. Bizə də maraqlıdır, o dərmanın tərkibində nə var ki, heyvanlar zəhərlənib?”

“Hər iki fermer gənəyə qarşı 60%-lik “Diozolin” tərkibli dərman vasitəsindən istifadə etdikdən sonra inəkləri tələf olub. İnəkləri dərmanlayan şəxsləri danışdırdıq. Bəlli oldu ki, 10 qramlıq ampulanın içərisindəki dərmanı suya həcmini bilmədən, gözəyarı qatıblar. Halbuki, ampulanın üzərindəki təlimatda yazılıb ki, 1 milli litr dərman vasitəsi 2 litr suya qatılmalıdır” – deyə qurum rəsmisi deyib.

İdarə rəisi onu da qeyd edib ki, tələf olmuş heyvanlar sahibləri tərəfindən basdırılsa da, ərazi İdarə əməkdaşları tərəfindən dezinfeksiya edilib.
Belə davam edərsə, qucağına almağa cücə də tampayacaq... - İnam Kərimovu narahat etməli olan MƏNZƏRƏ
Belə davam edərsə, qucağına almağa cücə də tampayacaq... - İnam Kərimovu narahat etməli olan MƏNZƏRƏ
Belə davam edərsə, qucağına almağa cücə də tampayacaq... - İnam Kərimovu narahat etməli olan MƏNZƏRƏ
Belə davam edərsə, qucağına almağa cücə də tampayacaq... - İnam Kərimovu narahat etməli olan MƏNZƏRƏ
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR