Dəhşətli cinayət dəstəsi: Ana-oğul birləşib atanı öldürdülər – Qətl, təcavüz, quldurluq...

17:00 24.08.2018 561
Dəhşətli cinayət dəstəsi: Ana-oğul birləşib atanı öldürdülər – Qətl, təcavüz, quldurluq...

Sifarişli qətl, quldurluq və narkotik maddələrin satışında təqsirli bilinən Vüsal Mustafayev, Sevinc Şirəliyeva, İqbal Cumayev, Elçin Məmmədov, Bürhan Şirəliyev, Ruslan Rəfiyev, Mikayıl Mustafayev, Rüfət Hüseynəliyev, Kamran Qafarov və Rüfət Nurəliyevin işindən verilən kasasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, 2015-ci ilin martında Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarələri və Şəki şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri və zəruri istintaq hərəkətləri nəticəsində sifarişli qətl, quldurluq, oğurluq və narkotik maddələrin satışında təqsirli bilinən 10 nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstənin üzvləri yaxalanıb.

Polis əməkdaşları öncə Şəki şəhərində anadan olan 53 yaşlı Oruc Şirəliyevin 2013-cü il aprelin 13-də Rusiya Federasiyasının Nijnıy Novqorod şəhərində qətlə yetirilməsi faktının üstünü açıb.

Dəhşətli cinayət dəstəsi: Ana-oğul birləşib atanı öldürdülər

Müəyyən edilib ki, Oruc Şirəliyevin qətlini onun həyat yoldaşı 43 yaşlı Sevinc Şirəliyeva, oğlu, 21 yaşlı Bürhan Şirəliyev və ailəyə yaxın olan 33 yaşlı Vüsal Mustafayev sifariş verib.

Vüsal Mustafayev ifadəsində bildirib ki, Rusiyada bizneslə məşğul olan Oruc Şirəliyevlə aralarında uzun müddət ədavət olub. O, həm bu ədavətə son qoymaq, həm də Oruc Şirəliyevin var-dövlətini ələ keçirmək üçün onu öldürmək qərarına gəlib.

Bu məqsədlə o, Orucun həyat yoldaşı Sevinc və oğlu Bürhanla qabaqcadan razılıq əldə edib. Plana əsasən Oruc Şirəliyev öldürüldükdən sonra onun varidatı aralarında bölünməli imiş. Tərəflər razılıq əldə etdikdən sonra Vüsal Mustafayev Şəki şəhər sakini, 37 yaşlı İqbal Cumayevə qətli törətmək üçün killer tapmağı tapşırıb. İqbal Cumayev isə həmyerlisi, 35 yaşlı Elçin Məmmədovu taparaq Vüsalla tanış edib.

Dəhşətli cinayət dəstəsi: Ana-oğul birləşib atanı öldürdülər

Beləliklə, Vüsal Mustafayev Oruc Şirəliyevin qətli üçün Elçin Məmmədova 20 min dollar pul vəd edib. Amma Elçin Məmmədov ələ keçə biləcəyindən qorxaraq qətli Azərbaycanda yox, Rusiyada törədəcəyini bildirib.

Plana əsasən, Oruc Şirəliyevin oğlu Bürhan Şirəliyev qabaqcadan Nijnıy Novqorod şəhərinə gedərək Elçin Məmmədovu gözləyib. Elçin Məmmədovu qarşılayan Bürhan atasının işə gəlib-getmə marşrutunu və lazım olan bütün məlumatları ona verib. Qurbanını izləyən Elçin 2013-cü il aprelin 13-də onu çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib.

Qətldən sonra Oruc Şirəliyevə məxsus Şəki şəhərindəki ev, marşrut və yük avtobusları özünü kriminal avtoritet kimi qələmə verən 28 yaşlı Rüfət Nurəliyevin vasitəsi ilə satılaraq pulları bölüşdürülüb. Vüsal Mustafayevlə Bürhan Şirəliyev isə əvvəlcə qətli törətməyin müqabilində Elçin Məmmədova vəd verdikləri pulu ödəmək istəməyiblər. Lakin Elçin onlara hədə-qorxu gəldiyindən sonra pulun yarısını - yəni 10 min manatını ala bilib.

Dəhşətli cinayət dəstəsi: Ana-oğul birləşib atanı öldürdülər

Müəyyən edilib ki, saxlanılan şəxslərin bir hissəsi digər şəxslərlə əlbir olaraq Şəki şəhərində evlərə quldur basqını, Beynəlxalq Bankın bankomat aparatlarını talamağa cəhd və digər bu kimi cinayətlər də həyata keçiriblər.

Şəki şəhər sakini Ruslan Rəfiyev dəstə üzvlərinə bildirib ki, tanışı Xanlar Hüseynovun evində 200 min dollar pul və külli miqdarda qızıl var. Vüsal Mustafayev tanışı, 31 yaşlı Kamran Qafarovu da dəstəyə cəlb edərək gecə saatlarında Xanlar Hüseynovun evinə gəlib. Onlar başlarına maska keçirib evə girmək istədikdə həyətdə ev sahibi ilə qarşılaşıblar. Bu zaman elektroşok və gözyaşardıcı qaz balonundan istifadə etməklə Xanlar Hüseynova zor tətbiq ediblər. Onun əl-qolunu yapışqan lentlə bağlayan quldurlar evi axtararaq 1400 dollar və 3600 manat pul tapıb aradan çıxıblar.

İstintaq daha sonra saxlanılan şəxslərin müxtəlif vaxtlarda Azərbaycan Beynəlxalq Bankının Şəki şəhərində yerləşən bankomat aparatlarını talamağa cəhd etdiklərini də sübuta yetirib. Vüsal Mustafayevlə Kamran Qafarov tanışları, Şəki şəhər sakinləri, 34 yaşlı Mikayıl Mustafayev və 38 yaşlı Rüfət Hüseynəliyevi də bu işə cəlb ediblər.

Dəhşətli cinayət dəstəsi: Ana-oğul birləşib atanı öldürdülər

Onlar əvvəlcədən bu məqsədlə qaynaq avadanlıqları və digər ləvazimatlar alaraq bir neçə dəfə bankomatları yarmaq istəyiblər. Lakin qaynaq aparatından istifadə edə bilmədiklərinə görə istəklərinə nail ola bilməyiblər. Cinayətlər zamanı istifadə olunan qaynaq avadanlıqları, lüləsi və qundağı kəsilmiş tüfəng, gözyaşardıcı qaz balonu, elektroşok aparatı və digər vasitələr saxlanılan şəxslərdən aşkar edilərək maddi sübut kimi götürülüb.

Qeyd edək ki, dəstə üzvləri saxlanarkən hər birinin üstündə narkotik maddə olan heroin də aşkarlanıb. Əməliyyat axtarış tədbirlərini davam etdirən polis əməkdaşları xeyli müddətdir ki, Şəki şəhərində narkotik maddələrin satışı ilə məşğul olan şəxsləri də saxlayıb. Əvvəllər də narkotik maddə satdığı üçün dəfələrlə məhkum olunan 44 yaşlı İlqar Teymurov və əlbir olduğu 44 yaşlı Loğman Abdullayev narkotik maddə satarkən cinayət başındaca tutulublar.

Cinayət işi üzrə təqsirləndirilən Sevinc Şirəliyeva əri ilə münasibətlərinin pozulmasından, bundan sonra əxlaqsız hərəkətlər etməsindən, bu müddətdə Vüsalı tanıdığını, onunla birlikdə yaşadığını etiraf edib.

Sevinc Şirəliyeva ifadəsində qayni oğlu tərəfindən təcavüzə məruz qaldığını da etiraf edib. Bundan sonra o, ərinin pullarını qaynı oğluna xərcləyib.

Əri ilə münasibətləri pozulan Sevinc paytaxta üz tutub. Kirayədə yaşayan Sevinc yüngül həyat tərzi keçirib və bu yolla qazandığı pullarla dolanmağa başlayıb.

Bu müddətdə o, Vüsalla tanış olub və onunla birlikdə yaşamağa başlayıb. İddialara görə, Sevinc Şirəliyevanın əri Oruc arvadının əxlaqsız videosunu gətirənə 5 min dollar verəcəyini vəd edib.

Elə qətl fikri də bundan sonra yaranıb. Vüsal qətli törətməyi tanışı Elçin Məmmədova sifariş verib.

Cinayətin üstü açılmaması üçün Orucu Azərbaycanda yox, Rusiyada qətlə yetiriblər.

Dəhşətli cinayət dəstəsi: Ana-oğul birləşib atanı öldürdülər

Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2015-ci il tarixli hökmü ilə Vüsal Mustafayev ömürlük, Sevinc Şirəliyeva 15 il, İqbal Cumayev 15 il, Elçin Məmmədov 14 il, Bürhan Şirəliyev 15 il, Ruslan Rəfiyev 8 il 6 ay, Mikayıl Mustafayev 10 il 6 ay, Rüfət Hüseynəliyev 10 il 6 ay, Kamran Qafarov 12 il 6 ay, Rüfət Nurəliyev 2 il müddətinə azadlıqdan məhrum edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən Baş Prokurorluq narazı qalıb. Prokurorluq təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması barədə apelyasiya protesti verib. Həmçinin, zərərçəkmiş tərəf də eyni tələblə çıxış edib.

Ömürlük cəza alan Vüsal Mustafayev isə apelyasiya şikayəti verərək, barəsində olan cəzanın müddətli cəza ilə əvəz edilməsini istəyib.

15 il cəza alan Sevinc Şirəliyeva, 15 il cəza alan İqbal Cumayev və 14 il cəza alan Bürhan Şirəliyev günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını xahiş ediblər.

Qətlin sifarişini icra edən və 14 il cəza alan Elçin Məmmədov cəzasının yüngülləşdirilməsini istəyib. Digər təqsirləndirilən şəxslər və müxtəlif müddətlərə cəza alan Ruslan Rəfiyev, Mikayıl Mustafayev, Rüfət Hüseynəliyev, Kamran Qafarov və Rüfət Nurəliyev barələrində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyiblər.

Tərəflərin şikayətləri araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.

Şikayətləri araşdıran hakim kollegiyası sonda qərar elan edib. Qərara görə, Vüsal Mustafayev, İqbal Cumayev və Elçin Məmmədovun ittiham olunduqları narkotik ittihamının sübuta yetirilmədiyi qənaətinə gəlinib. Bu səbəbdən onların ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-ci (narkotik vasitələrdən istifadə etmə) maddəsi üzrə bəraət verilib.

İqbal Cumayevin cəzası 14 il 9 aya endirilib.

Ömürlük cəza alan Vüsal Mustafayevin cəzası dəyişdirilməyib. Həmçinin ona əfv olunması üçün vəsatət qaldırmaq hüququ izah edilib.

Oruc Şirəliyevin hüquqi varisi Məmməd Şirəliyevin apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 15 ilə qədər artırılıb. Prokurorluğun Rüfət Nurəliyevə aid hissədə protesti təmin edilməyib.

Sevinc Şirəliyevaya da verilmiş narkotik ittihamı üzrə bəraət verilib. Qətl və qətli sifariş verməkdə ittiham üzrə Sevinc Şirəliyevə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Məhkəmə Bürhan Şirəliyevin apelyasiya şikayətinə də münasibət bildirib. Məhkəmə onun cəzasını dəyişməsə də, həbsxanada saxlanma rejimində dəyişiklik edib. Bürhan Şirəliyevin cəzasının 7 ilini həbsxana rejimində saxlanması ilə bağlı hissəsini dəyişib. Məhkəmə belə qərara gəlib ki, Bürhan Şirəliyev cəzasının ilk 5 ilini həbsxana rejimində, qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssəsində çəkməli olacaq.

Məhkəmə Baş Prokurorluğun protestinə də münasibət bildirib. Protestə əsasən Ruslan Rəfiyevin cəzası 8 il 6 aydan 11 ilədək artırılıb.

Hökm qalan hissədə qüvvədə saxlanılıb.

Bu qərardan Ali Məhkəməyə müraciət olunub. Şikayətə hakim İnqilab Nəsirovun sədrlik etdiyi kollegiyada baxılıb.

Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.

Vüsal Mustafayevin barəsində verilən kasasiya şikayəti təmin edilməyib və onun ömürlük cəzası qüvvədə saxlanılıb.

Digər qərara görə, Mikayıl Mustafayevin kasasiya şikayəti üzrə hökm dəyişdirilib. Onun cəzası 10 ilə endirilib.

Sevinc Şirəliyeva, Elçin Məmmədov, Bürhan Şirəliyev, Ruslan Rəfiyev, Mikayıl Mustafayev, Rüfət Hüseynəliyev, Kamran Qafarov, Rüfət Nurəliyevin də kasasiya şikayətləri təmin edilməyib.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”