Vətəndaşın inam və etibarından sui-istifadə edib, onun halal zəhmətinə sahib çıxmaq və lazım olanda onu söyüb təhqir etmək, dələduzluq və cinayət tərkib sayılmır.

19:45 23.08.2018 520
Vətəndaşın inam və etibarından sui-istifadə edib,  onun halal zəhmətinə sahib çıxmaq və lazım olanda onu söyüb təhqir etmək,  dələduzluq və cinayət tərkib sayılmır.

Ölkə Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən
sahibkarlığın inkişafı üçün mütəmadi olaraq lahiyələr hazırlanır, sahibkarlara tam
sərbəstlik və güzəştlər verilir, vergilərdən azad olunurlar. Tam əminliklə demək
olar ki, sahibkarlığın inkişafı üçün ölkədə hər cür şərait yaradılır. Lakin bəzi
sahibkarlar mövcud vəziyyətdən sui-istifadə edərək, vətəndaşların fiziki əməyi
zamanı zəhmətləri müqabilində onlara düşən məvaciblərini mənimsəyirlər.
Vətəndaşlar öz haqqlarını tələb edəndə isə onlara hədə- qorxu gələrək, təhqir
edirlər.

Lənkəran rayonu, Ləj kəndinin sakini, 1958- ci il təvəllüdlü Məmmədov Əliqənbər
Sərhad oğlu öz ailəsini dolandırmaq üçün bənna işləyir. O, oğlanları, Məmmədov
Şöyüb və Məmmədov Sədaqət ilə birlikdə Lənkəran şəhərinin sakini Yusifov
Nazim Rəsul oğlu ilə şifahi razılaşma əldə etdikdən sonra, rayonun 18- ci
məhəlləsində onun üçün yaşayış evi tikməyə başlayıblar.

Tikinti zamanı Nazim Yusifov məqsədyönlü olaraq hər dəfə onlara cuzi miqdarda
zəhmət haqqı verərək, yalan vədlərdə bildirir ki, işlərini davam etsinlər. Ev tikilib
hazır olana qədər onların bütün borclarını verəcək. Ev hazır olduqdan sonra Nazim
Yusifovun Əliqənbər Məmmədova 3500 manat borcu qalır. Əliqənbər Məmmədov
dəfələrlə borcunu tələb etsə də, Nazim hər dəfə bir bəhanə ilə borcu verməkdən
yayınır.

2015- ci ilin avqustunda Nazim Yusifov Əliqənbər Məmmədova bildirir ki,
Lənkəran rayonun 21- ci məhəlləsində olan fərdi yaşayış evinin həyətində sahəsi
1200 kvadrat metr olan ticarət obyekti tikdirmək istəyir. Əgər o, bu tikintini

aparmağı öz üzərinə götürsə tikinti zamanı onların əvvəlki borcunu da hissə-hissə
ödəyəcək.

Əliqənbər Məmmədov və övladları məcburiyyət qarşısında qalıb öz köhnə
borclarını almaq xatirinə bu tikintini aparmağı öz öhdələrinə götürürlər. Tikinti
zamanı Nazim Yusifov öz borcunu azaltmaq əvəzinə, lakin borcun məbləği daha
da artaraq 5 min manata çatır.

Maddi durumu çətinləşən Əliqənbər Məmmədov 2015- ci ilin oktyabrın 2- də
Nazim Yusifova bildirir ki, ona pul lazımdır və borcun ödənilməsini xahiş edir. Bu
vaxt Nazim Yusifov hiddətlənərək, təhqiredici sözlərnən bildirir ki, onun
Əliqənbərə verəsi pulu yoxdur. Əliqənbər isə təkidlə bildirir ki, pul ödənilməsə, bu
barədə aidiyyəti qurumlara şikayət edəciyik. Bundan sonra, o, Əliqənbər
Məmmədovu insan ləyaqətinə sığmayan sözlərnən təhqir edərək bildirir ki, əgər o
pulunu bir də tələb etsə, onu şərləyib, tutduracaq. Nazim Yusifovun bu
hərəkətlərinə dözə bilməyən Əliqənbər Məmmədovun səhhətində çox ciddi
problem yaranır. Beynində qan dövranı pozulub və qansızma nəticəsində
gözlərinin görmə qabiliyyəti minumuma enib, o, 2 ay ev şəraitində müalicə alır.
Müalicədən sonra sağlamlığı qismən bərpa olunsa da, lakin gözlərinin görmə
qabiliyyəti tam bərpa olunmur.

Əliqənbər Məmmədov xəstə halda müalicə alarkən, Nazim Yusifov onun
oğlanlarını yenə də aldadaraq bildirir ki, tikintini davam eləsinlər, borc da
ödəniləcək. Lakin həmin tikinti obyekti hazır olandan sonra, Nazim Yusifov onu
çox böyük məbləğdə icarəyə versə də, borcu qaytarmır. Hal- hazırda həmin tikinti
obyekti “Bazarstor” ticarət obyekti kimi fəaliyyət göstərir.

Borcunu ala bilməyən Əliqənbər Məmmədov Lənkəran rayon prokurorluğuna və
Lənkəran RŞPŞ- nə müraciət edir. Həmin qurumlar Əliqənbər Məmmədovun
izahatını alandan sonra bildirilər ki, Nazim Yusifovun hərəkətləri dələduzluq

xarakteridir və əməllərində bununla bağlı qanuna müvafiq ciddi tədbirlər
görüləcəkdir. Həmin aidiyyəti qurumlar Nazim Yusifovla görüşdükdən sonra,
Əliqənbər Məmmədova qarşı münasibətləri 180 dərəcə dəyişir. Sözügedən məsələ
ilə bağlı Əliqənbər Məmmədovun və onun övladlarının Nazim Yusifovnan bağlı
fikirlərini dinləmədən və heç bir araşdırılma aparmadan zərər çəkmişlərin
şikayətləri ləğv edilir.

Lənkəran Şəhər Polis Şöbəsinin 15 avqust 2016- ci il tarixli və Lənkəran rayon
prokurorluğunun 18 iyul 2017- ci il tarixli cavab məktublarında bildirirlər ki,
Nazim Yusifovun hərəkətlərində cinayət tərkibi və dələduzluq halı olmadığı üçün
mülki qaydada yalnız məhkəməyə müraciət edilə bilər. Beləliklə, Əliqənbər
Məmmədovun əli bu aidiyyatı qurumlardan üzülür.

09.07. 2018- ci il tarixində Əliqənbər Məmmədov Nazim Yusifovun evinə gedib
borcunu tələb etdikdə, o, Əliqənbər Məmmədovu ağır söyüşlərlə təhqir edərək
bıçaqla onun üstünə cumur. Əliqənbər Məmmədov qaçaraq, oranı tərk edir.
Bundan sonra, Ə. Məmmədov Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə
müraciət edir. Lənkəran ŞRPŞ- nın təhqiqat bölməsində Nazirliyin diqqətini
yayındırmaq məqsədi ilə bildirirlər ki, Lənkəran rayonu, Ləj kəndində yaşayan
Məmmədov Əliqənbər Sərhəd oğluna qarşı Yusifov Nazim Rəşid oğlunun onun 5
min manat pulunu ələ keçirməsi təhqiqat materiallarında öz əksini tapmamışdır.

Öz halal zəhmətiylə qazandığı pulu tələb etdiyinə görə, Nazim Yusifov tərəfindən
dəfələrlə təhqir olunan, sağlamlığını qismən itirən, maddi və mənəvi təzyiqlərə
məruz qalan, ən sonda ölümlə hədələnən Əliqənbər Məmmədov görəsən, indi hansı
aidiyyatı quruma müraciət etməlidir.

Hələlik isə Lənkəran rayon Prokurorluğunda və Lənkəran ŞRPŞ- da Nazim
Yusifovun bu törətdiyi əməllər dələduzluq və cinayət tərkibli sayılmır. Bunu
buraxırıq, aidiyyatı qurumların müzakirəsinə.

Dağlaroğlu
ZamanTV.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...