“İrşad Telekom” müştərinin başına oyun açdı- ŞİKAYƏT

17:16 27.03.2018 690
“İrşad Telekom” müştərinin başına oyun açdı- ŞİKAYƏT“İrşad Telekom”un servis xidməti daha çox gəlir əldə etmək üçün müştəriləri şərləyir

Bu barədə Bakı şəhər Xətai rayon sakini Əliyev Eldəniz Həsən oğlu məlumat verib.

O, bu yaxınlarda şirkətdən aldığı telefonla bağlı problem yarandığı üçün müraciət etdiyini, lakin heç bir xidmət göstərilmədiyini bildirib:

“Ötən ilin iyun ayında “İrşad Telekom”dan rəsmi zəmanətlə 540 manata 1 illik kreditlə “Alcatel” telefonu almışam. 7-8 ay müddətində telefonun işləməsində heç bir problem olmayıb. Sadəcə cüzi cızılmalar olduğundan səliqəli görünsün deyə korpusu dəyişmək üçün müraciət etdim. Dedilər ki, bu, zəmanətə daxil deyil, amma öz vəsaitinizlə dəyişdirə bilərsiniz. 180 manata razılaşdıq. Dedilər ki, siz bizim yaxşı müştərimiz olduğunuz üçün 6 aylıq müddətinə ayda 30 manat verməklə sizinlə müqavilə bağlaya bilərik. Telefonun işlək vəziyyətdə olduğunu yoxladılar və müqavilə bağlanıldı.

Telefonu təhvil verib evə gəldikdən sonra servis mərkəzindən mənə zəng gəldi ki, bəs telefonda problem yaranıb, tez ofisə gəlin. Problemin nədə olduğunu soruşanda bildirdilər ki, telefon haradasa açılıb və platanın üzərinə iş aparılıb. Gedəndə isə mənə dedilər ki, guya mən telefonda onların nümayəndəsi ilə danışanda telefonun “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında təmir edildiyini demişəm.

Belə bir danışığın olmadığını dedim və əgər dedikləri kimi elə bir söz demişəmsə, danışıq qeydini göstərmələrini tələb etdim. Cavab verdilər ki, bəs danışıq birtərəfli olaraq qeydə alınıb və bu səbəbdən sizin dedikləriniz yazılmayıb.

Özüm ali təhsilli insanam və bildirdim ki, telefon şirkətinin rəsmi zəmanəti ola-ola, servisi ola-ola niyə başqa bir yerə aparım?! Həmçinin nümayəndələriniz telefonu məndən götürəndə diqqətlə yoxladılar, əgər həqiqətən açılmış olsaydı, bunu mənə o zaman deyərdilər. Necə oldu ki, mən evə gedib çatandan sonra belə bir problem ortaya çıxdı?

Görünür məni çağırmaqlarında, şərləməklərində məqsəd o idi ki, telefonda problem olduğuna inandırıb, əlavə vəsait alsınlar. Guya telefon açılıb və düzəldilməsə 1 gün, 5 gün sonra xarab ola bilər.

Beləliklə haqlı olaraq haqsız vəziyyətə saldılar, tələbim yerinə yetirilmədi. Dedilər ki, telefonunuzu götürün və hara da istəyirsiz şikayət edin.

Bildirmək istəyirəm ki, firmanın inkişafı, reklamı müştərinin məmnuniyyətindən, göstərilən xidmətdən asılıdır. Amma bunlar əksinə, müştərini necə aldatmaq, şərləməklə necə 100-150 manat artıq qazanmaqla qabağa düşmək haqda düşünürlər”. (Qaynarinfo)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ