“Azəriqaz” 30-a yaxın ailəni də evsiz qoymaq istəyir - Ev sahibləri stress və sarsıntı məngənəsində

10:45 21.08.2018 461
“Azəriqaz” 30-a yaxın ailəni də evsiz qoymaq istəyir - Ev sahibləri stress və sarsıntı məngənəsində

Yenə "Azəriqaz” İstehsalat Birliyi, yenə də onun onun səlahiyyət sahiblərinin qəribə iddiası. İndiyədək onlar bu cür iddialarla çox ailənin evini başına uçurub, evsiz-eşiksiz qalan insanları bəlaya salıb. İndi isə, Bakı şəhəri, M. Ə. Rəsulzadə qəsəbəsi, 6-cı mikrorayon, Park-Bağ küçəsində ötən əsrin 80-ci illərinin sonundan başlayaraq, olmazın çətinliklərlə özlərinə ev-eşik düzəldib, yaşamağa başlayan 30-yaxın ailə belə bir dəhşətlə üz-üzədir.

"Azəriqaz” səlahiyyətləri onlara qarşı da belə bir iddia ilə "meydan sulayırlar” ki, guya, bu ünvanda yerləşən ev və tikililərini qaz kəmərlərinin mühafizə zonasında inşa ediblər – ötən 30 il ərzində: Qəribədir deyilmi?!

İddiaçının, cavabdehlərin bu zonada inşa etdikləri ev-eşiklərinin, həyət-bacalarının sökülməsi tələbinə dair iddia ərizələri çoxdan məhkəməyə də təqdim edilib. İddiaçının müraciətlərinin əsas hissəsi ondan ibarətdir ki, bu ərazidən keçən və "Azəriqaz” İstehsalat Birliyinə məxsus diametri 273 millimetrlik yeraltı orta təzyiqli qaz kəmərinin üzərində inşa olunmuş yaşayış binalarının və tikililərin cavabdehlərin öz hesabına, əvəzi ödənilmədən sökülərək, kəmərin mühafizə zonasından çıxarılması, ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq, iddiaçının hesabına ödənilməsi barədə məhkəmə qətnamə qəbul etsin. "Azəriqaz” tələbinin hüquqi əsasları kimi, cavabdehlər tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinin kobud şəkildə pozulduğunu göstərib.

Açıq kecirilən məhkəmə iclaslarında cavabdehlərin iştirakının vacibliyi heç kəsi maraqlandırmayıb. Hətta proseslərin keçirilmə yeri və vaxtı barədə cavabdehlər vaxtında məlumatlandırılmayıb. Lakin iclaslarda iddianı müdafiə etmək və iddia ərizəsinin şərh olunan məzmununa uyğun izahat vermək, iddianın təmin edilməsini məhkəmə heyətindən xahiş etmək üçün, iddiaçının nümayəndəsinə gen-bol şərait yaradılıb.

Araz.az-ın əməkdaşları ilə görüşən tikili sahibləri, ədalət məhkəməsinin təhlükə ilə üz-üzə olan insanlara qarşı bu etinasızlığından şoka düşdüklərini bildiriblər: "Biz, Park-Bağ küçəsində yerləşən həmin evlərdə çoxdan qeydiyyatdayıq və burada da yaşayırıq. Buna baxmayaraq, ötən ilin yay aylarında bizə Bakı Regional Qaz İstismarı Departamenti tərəfindən Xəbərdarlıq məktubları paylanıldı.
Xəbərdarlıqda göstərilirdi ki, idarənin balansında olan 273 millimetrlik qaz xəttinin üzərində bizim tərəfimizdən ev və s. tikililər inşa edilib. Bundan sonra, hətta bəzi sakinlərə qarşı müvafiq məhkəmədə iddia tələbləri də irəli sürüldü. Bu iddialar məhkəmə baxışı mərhələsində olanda bizə xəbərdarlıq məktubları gəlmədi. İşlərə bizim iştirakımız olmadan baxan məhkəmə, həmin iclaslarda əleyhimizə qərarlar çıxartdı.

Məhkəmə bilməyib ki, biz müxtəlif vaxtlarda və müxtəlif əsaslarla tikinti işləri apardıqda, bu ərazidən qaz xəttinin keçməsi barədə xəbərsiz olmuşuq. Və bu səbəbdən də, tikililər təsadüfi olaraq, məhz xəttin keçdiyi yerlərdə inşa edilib. Bir vətəndaş olaraq, anlayırıq ki, "Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanunu”nun və digər normativ hüquqi aktların tələblərinə əsasən, adını çəkdiyimiz idarə və digər səlahiyyətli təşkilatlar qaz xətləri və kəmərlərinə xidmət göstərməli, müvafiq-təmir işlərini aparmalı, habelə fasiləsiz qaz təchizatını həyata keçirməlidir. Bu səbəbdən də, biz, mövcud durumun aradan qaldırılması məqsədilə bir yerə toplaşıb, bu qənaətə gəldik ki, qaz xəttinin yerinin dəyişdirilməsini öz vəsaitimiz hesabına həyata keçirək. Yazılı müraciətlərlə "Azəriqaz”ın rəhbəri Əkbər Hacıyevdən də xahiş etdik ki, bizim evlərin və tikililərin altından keçən və idarənin balansında olan 400 metrə yaxın 273-mm-lik qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə ekspertizanın təyin edilməsində və smeta dəyərinin müəyyən olunmasında bizə köməklik göstərsin.

Nə olsun, xahişimizi ədalət çərçivəsində nəzərə alan yoxdur. Ortaya elə bir məbləğ qoyulur ki, sarsıntıdan bir neçə ev və tikili sahibinin az qalıb ürəkləri dayansın. Biçarələr nə edə bilərlər – çoxu ailəsinin gündəlik çörəkpulunu zorla tapır”. Stress və narahatlıq məngənəsində olan ev sahibləri araz.az-ın əməkdaşlarına onu da dedilər ki, yazılı və şifahi etiraz müraciətlərinə aşağı instansiyalarda baxan olmadığından, həm də evlərindəki üzüntü, sarsıntı mühitinə son qoymaq ümidiylə onlar yuxarılara – ölkə başçısı İlham Əliyev cənablarına, birinci Vitse – prezident Mehriban xanım Əliyevaya, "Azəriqaz” və digər dövlət qurumları rəhbərlərinə dəfələrlə müraciətlər ünvanlayıb, onlara kömək etmələrini, bu istiqamətdə təcili və qəti tədbirlər görmələrini onlardan xahiş ediblər: "Nə olsun, etiraz səsimizi eşidən hələ də tapılmayıb! Bizim xüsusi mülkiyyətimiz olan evlərimizi qaz xətti adı ilə sökmək, başımıza oyun açmaq iistəyirlər. Özbaşınalıqların qarşısını almaqda acizik. İşlər belə davam edərsə, deyəsən, evsiz qalacağıq.” Sakinlər yuxarı instansiyalara ünvanladıqları həmin müraciətlərin, habelə bu işə aid olan digər vacib sənədlərin surətini redaksiyamıza da təqdim ediblər. Həmin sənədlərdən biri Binəqədi rayon Məhkəməsinin ekspertiza təyin edilməsi və iş üzrə icraatın dayandırılması haqqında çıxartdığı Qərardaddır. Bu Qərardadda göstərilir ki, məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edib ki, mübahisənin tam hərtərəfli və obyektiv araşdırılmasından ötrü, iş üzrə məhkəmənin təşəbbüsü ilə məhkəmə – torpaqşünaslıq ekspertizası təyin edilməsi mütləq müəyyənləşdirilməlidir. Qeyd edilən hal isə, xüsusi bilik tələb edən xüsusi sahə olduğundan, məhkəmə hesab edib ki, şikayətin obyektiv araşdırılması üçün, iş üzrə məhkəmə ekspertizasının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməli, ekspertizanın aparılması zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin və "Azəriqaz” İstehsalat Birliyinin mütəxəssisləri cəlb edilməlidir. Həmçinin ekspertlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 63-cü maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilməlidir.

Ekspert bilə-bilə yalan rəy verməyə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti daşıyır. Həmçinin, bu Qərardada əsasən, "Azəriqaz”ın tələblərinə aid işin icraatı dayandırılıb. Lakin bütün bunlara baxmayaraq, Bakı Regional Qaz İstismarı Departamentinin əməkdaşları tikili sahiblərini, bu yaxınlarda evlərini uçuracaqları qorxusuyla, hələ də təhdid edirlər. Onlar həm də ekspert rolunda olacaq mütəxəssislərdir. Onlardan obyektiv nəsə gözləmək olar?! Narahat sakinlər isə, Departament rəisi Qurban Mehdiyevə ərizə ilə müraciət edərək, hətta dəfələrlə yanında da olublar. Nə rəisin özü, nə də departamentin bu işə məsul digər əməkdaşları onlarla yaxşı yöndən söhbət etmək belə istəməyiblər.

Çözülməsi mumkun olmayan ev, tikili bəlasına düçar olan və etdikləri müraciətlərin heç birinə müsbət cavab ala bilməyən sakinlər, bu problemlərinə çarə tapmaqda aciz olduqlarını deyirlər: "İndiyədək etdiyimiz müraciət və şikayətlərin heç birinə baxmayıblar. Ən qəribəsi budur ki, aidiyyatı qurumların səlahiyyət sahibi olan əməkdaşları da, bizə, evlərimizi tezliklə sökəcəkləri barədə hədə-qorxu gəlməkdən belə çəkinmirlər. Kim razı olar ki, illərlə yaşadığı evi başına uçurulsun.

Ona görə də: "Bu yolda öldü var, döndü yoxdur! Lazım gəlsə evimiz, ailəmiz uğrunda ölməyə belə hazırıq. Bütün media, QHT-ləri ora yığacağıq!” – deyə, bir-birimizə ümid verməklə kifayətlənirik. Qəribədir, indiyədək bu "Azəriqaz”ın yadına niyə düşmürdü?! Güya, İstehsalat Birliyinin rəhbərləri bilmirlər ki, buradakı evləri sökdürməklə, onlar insanların mülkiyyət hüququnu kobud şəkildə pozmuş olarlar. Bu, qatı cinayət əməlidir, bundan niyə qorxmurlar?! Doğrudan da, buradakı evlərin söküntüsünə baslamaq, tam qanunsuzluqdur. Konstitusiyanın 13-cü maddəsinə görə, mülkiyyət toxunulmazlığı dövlət tərəfindən qorunur. Bundan əlavə, Konstitusiyanın 29-cu maddəsinin 4-cü bəndində göstərilir ki, dövlət əhəmiyyətli obyektlərin söküntüsü üçün, əvvəlcədən vətəndaşa məlumat verilir, razılaşdırılmış şəkildə bazar qiymətinə uyğun olaraq, kompensasiya ödənilir. Bu hallardan sonra, söküntü işləri gedə bilər. Eyni zamanda, Mülki Məcəllənin 152, 157-ci maddələri var ki, onlar da bu məsələlərlə bağlıdır. Ancaq bu qanunların heç birinə əməl olunmur. Bizim evlərin sənədləri qaydasındadır, hətta evlərimizin "kupçası” da var. Məgər, Əkbər Hacıyevin düşünülməmiş bu qərarı Konstitusiyanın maddələrindən üstündür?!

Belə də haqsızlıq olar. Elə bil ki, dünyanın axırıdır. Qaydasız, qanunsuz iş görmək istəyirlər. Sanki onlar camaatın evini başına uçurmaqdan, insanları evsiz-eşiksiz qoymaqla, onlara zülm verməkdən həzz alırlar”.

Bu yerdə, bu iddia ilə razılaşmayan sakinlər onu da deyirlər ki, evlərinin qanunsuz sökülməsinə göstəriş kimlərinsə sifarişi əsasında, yuxarılardan verilib: "Yəqin, kimlərinsə gözü düşüb bu əraziyə, almaq istəyir. Onların şirnikləndirici təklifləri isə, "Azəriqaz” səlahiyyətlilərini qaz boruları bəhanəsini ortaya çıxarmağa məcbur edib. Belə olmasaydı, onda, bu addımı atanlar, görəsən, indiyədək haradaydılar?! Niyə, bizi indi hədələyirlər ki, evlərimizi sökəcəklər?! Bakı Regional Qaz İstismarı Departamentinin tərəfindən xəbərdarlıq məktubları aldığımız gündən "günümüz göy əskiyə bükülüb”, evimizdə sakit yata da bilmirik. Həmin andan xəbər tutmuşuq ki, evlərimizin altından 1958-ci ildən çəkilmiş və "Azəriqaz” İstehsalat Birliyinə məxsus diametri 273 millimetrlik orta təzyiqli yeraltı qaz kəməri keçir. 60 il bundan əvvəl – sovetlər dönəmində çəkilən bu xətt indi nə vəziyyətdə olar?!. Əslində, bu borular indiyədək çürümüş olar və "Azəriqaz” istifadə müddəti bitmiş xətləri öz hesabına dəyişməlidir. Özü də, indi bilmişik ki, həmin xətt uzun zaman istifadəsiz qalıb. Bu yaxınlarda, "Azəriqaz” bu xəttə xəlvəti calaq vurduraraq, içinə qaz buraxıb. Bu, nə oyundur, başa düşmək olmur! İndi, cürümüş xətlərdən evlərimizə qaz sızacağı qorxusu da bir yandan bizi sarsıntı içində saxlayır. Bu bəla ilə üzləşən 30-a yaxın ailənin əksəriyyəti 1988 – 90-cı illərdə, digərləri isə, bundan bir qədər sonra bu ərazidə özlərinə müxtəlif əsaslarla evlər tikiblər. Sakinlərdən bəziləri tikilmiş hazır evlər alıblar. Onlar bunu haradan bilərdilər? Bu təhlükəni o vaxtlar bilsəydik, burada özümüzə olmazın əzab-əziyyətlər hesabına evmi tikər və yaxud, baha qiymətə həyət-bacamı alardıq?!. O vaxtlar, bu barədə bizə, aidiyyatı qurumlar belə, heç bir xəbərdarlıq etməyiblər! Heç evlərimizə "kupça” alanda da, bizə bu barədə söz deyən olmayıb. İndi ailə-uşaq sahibi olan ev sahibləri nə edəcəklərini bilmirlər – sarsıntı, narahatlıq üzüb onları… ".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ

17:54

Ov mövsümü hamı üçün bitib? - Restoranlar çöl quşlarından kabab təklif edirlər - VİDEO

17:10

Bir ailənin 6 üzvü qəzada ÖLDÜ

16:09

Bakıda liftdən meyit tapıldı

15:02

Braziliya tarixinin 10 ən yaxşı hücumçusu

14:40

Heydər Əliyev Fondunun tiktirdiyi məktəb binasından şagirdlər yenidən qəzalı binaya qaytarılır - FOTO/VİDEO

13:42

Rayondan Bakıya gələnləri təhqir edən aktrisaya sərt cavab - QALMAQAL

12:32

Rayonlara qar yağdı - Faktiki hava

12:03

AYNA bu dəfə də bizləri sevindirəcək... - AMMA NECƏ...