Zərdabda bir məmurun işləkləri... - İTTİHAM

14:20 16.08.2018 529
Zərdabda bir məmurun işləkləri... - İTTİHAM

Dünən məlumat vermişdik ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev nazirliyin tabeçiliyində olan 45 Meşə Muhafizəsi və Bərpası Müəssisələrini ləğv edib. Bu müəssisələrin əvəzinə isə 15 regional İdarə yaradılıb.

Nazirlik aparılan bu islahatlara isə iqtisadi və iş prinsiplərinin səmərəliliyin artırılması donu geyindirir.

Muxtar Babayevin həyata keçirdiyi islahatlar heç də burada çalışan insanların ürəyincə olmayıb. Belə ki, aparılan islahatlar nəticəsində nazirliyin 1000 minə yaxın əməkdaşı ixtisara düşüb. Kütləvi ixtisarların aparılması işçilərin hüquqularının pozulması ilə yanaşı hökumətin sosial müdafiə qurumlarını da çətin vəziyyətdə qoyur.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev də dəfələrlə dövlət və özəl qurumlara tövsiyə verib ki, sosial vəziyyəti aşağı olan insanlar işdən azad edilməsinlər.

Gundeminfo.az-a daxil olan informasiyaya əsasən Muxtar Babayevin başlatdığı “təmizləmə” prossesi bununla da bitmir. Nazirliyin tabeçiliyində olmuş və ləğv edilən idarələrin rəhbərləri ilə bağlı araşdırmalar da başlayıb. Məlumata əsasən bu ilin iyun ayının 6-da Muxtar Babayevin müvafiq əmrinə əsasən nazirlikdə yeni - Audit şöbəsi yaradlıb və Fərid İslamov şöbə müdiri təyin olunub. Fərid İslamovun uzun illər Babayevin köməkçisi olub. F.İslamovun nazirin yaxın adamı olmasıyla yanaşı, həm də bütün prosseslərə nəzarət etməyə başladığı da deyilir. Məhz ləğv edilmiş idarələrdə aparılan yoxlamalara da birbaşa olaraq İslamovun rəhbərlik etdiyi söylənilir.

Gundeminfo.az-a daxil olan informasiyaya əsasən ən çox pozuntulara yol verən Zərdab Rayon Meşə Bərpası İdarəsidir. İdarənin rəisi Bəxtiyar Əhmədov uzun illər vəzifədə olub və bu gün o yeni yaradılan regional qurumda rəhbər olmaq istəyir.

İnformasiyaya əsasən Bəxtiyar Əhmədovla bağlı toplanan faktlar isə kifayət qədər ciddidir. Elə daxili audit yoxlamaları nəticəsində Əhmədovun “ölü canlar”dan ibarət ştat cədvəlinin olması, məzuniyyət pullarının artıq yazılması də büdcə vəsitlərinin digər təyinatlar üzrə israf edilməsi faktları da ortaya çıxıb. Meşə təsərrufatları ərazilərinin ayrı-ayrı şəxslərə otlaq sahələri olaraq qeyri-rəsmi icarəyə verilməsinə dair də Gundeminfo.az-a kifayət qədər ciddi informasiyalar daxil olub. Məlumata əsasən Bəxtiyar Əhmədov nazirliyin balansında olan və Kür çayı sahilindəki meşə təsərrüfatı üçün nəzərdə tutulan torpaqları fermerlərə otlaq və əkin sahələri kimi icarəyə verərək əvəzində qeyri-rəsmi qazanc əldə edib.

Saytımıza bilgi verən mənbə iddia edir ki, indi Muxtar Babayevin sabiq nazirdən qalan kadrlarını təftiş etməsinə isə nazirliyin aparat rəhbəri Rövşən Cəlilov mane olmağa çalışır. Lakin yoxlamalar davam edir və bu səbəbdən də Muxtar Babayev ən yaxın adamına daxili audit aparmağı həvalə edib. Onu də əlavə edək ki, dünən rəsmi olaraq Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti bu ilin I yarısında apardığı nəzarət tədbirlərinin nəticələrini açıqlayıb. Məlum olub ki, ən çox büdcə yeyintisinə yol verən dövlət qurumlarından biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşə təsərrüfatı idarələridir.

Zərdab Meşə Bərpası Müəssisəsində bu günə qədər baş verən pozuntularla bağlı araşdırmalarımızın davamı olacaq. Qarşı tərəfi də dinləməyə hazırıq.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar