Əbülfəz Məlikovun adı valyuta QAÇAQMALÇILIĞINDA - 2-3 günə milyonları belə qazanırlar...

10:30 16.08.2018 493
Əbülfəz Məlikovun adı valyuta QAÇAQMALÇILIĞINDA - 2-3 günə milyonları belə qazanırlar...

Neçə müddətdir ki, DİA.AZ olaraq "TransBroker" MMC-nin rəhbəri olmuş Əbülfəz Məlikovla bağlı ilginc faktları təqdim edirik. Qeyd edək ki, əslində bu faktların ən xırda detalı ilə bağlı hüquqi araşdırma aparılarsa, Əbülfəz Məlikov üçün çox kritik mərhələ başlamış olar. Nəinki Əbülfəz Məlikov, onun arxasında dayananlar üçün belə...

DİA.AZ-a daxil olan son məlumatlarda isə aydın olur ki, hazırda qardaş Türkiyədə yaşanan dollar böhranı Əbülfəz Məlikov üçün xüsusi fürsətə çevrilib. Məlumatlı mənbə iddia edir ki, Məlikov cənabları qardaş Türkiyədə baş verənləri bütün Azərbaycan xalqının narahatlıqla ilədiyi bir ərəfədə belə pul qazanmaq sevdasına düşüb.

Məlumatlı mənbə dia.az-a açıqlamasında iddia edir ki, Əbülfəz Məlikov təkcə son üç gün ərzində Türkiyədə bahalı alış-verişlər edib və bu məqsədlə ölkədən 16 milyon dollara yaxın pulu qeyri-qanuni yollarla, özünün gömrükdəki əlaqaləri hesabına çıxarıb.

Mənbə iddia edir ki, bu işi isə Anar Allahverdiyev həyata keçirib. Qeyd edək ki, əslən Şamaxı rayonundan olan Anar Allahverdiyev "TransBroker" MMC-nin rəhbəri Əbülfəz Məlikovun xalası oğludur. Onun "Broker" MMC-nin "kassiri" və Əbülfəz Məlikovun ən etibarlı, inamlı adamı olduğu bildirilir. Anar Allahverdiyevin "TransBroker" MMC-nin hesabına milyonlarla manat dəyərində mal-mülkə sahib olması və əldə etdiyi pullarını istədiyi kimi, əsl Ərəb şahzadələri kimi xərclədiyini demək olar.

Anar Allahverdiyevin tez-tez ABŞ-a səfər etdiyi və Lon Anclesdə Əbülfəz Məlikovun "bəzi işlərini" gördüyü deyilir. İddiaya görə, o, Amerikada Əbülfəz Məlikova məxsus çirkli pulların yuyulması və başqa ölkələrə gizli investisya qoyulması prosesində də iştirak edib.

İndi isə aydın olur ki, xalasıoğlu Əbülfəz Məlikovun yenə də işinə yarayıb. Dia.az-a verilən məlumata görə, Məlikov cənabları 16 milyon dollar pulu əsas olaraq daşınmaz əmlak sahəsinə yatırıb. Bu isə o deməkdir ki, keçmiş baş brokerimiz təkcə 2-3 günün içində pullarını ikiyə qatlamağa müvəffəq olub. Nə deyirik, bazar olsun...

Əlavə bilgilərimiz olacaq. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq... DİA.AZ
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...