Impera
XƏBƏR LENTİ
13:04Xırdalan dairəsində əsas hissənin hazır olacağı vaxt açıqlanıb11:28ABŞ İranda hansı obyektləri vuracağını açıqladı11:25Üç yaşlı oğlan yüksək IQ-lü insanlar cəmiyyətinin ən gənc üzvü oldu13:41Prezident müşavirə keçirib göstərişlər verir: Bəs sonra nə olur? - Açıqlama13:38Bu tarixdə Azərbaycanda qeyri-iş günüdür13:33Tramp Omanın yeni sultanı ilə görüşmək istəyir11:25SON DƏQİQƏ: Bakıda şagirdləri daşıyan avtobus qəzaya düşdü11:23Yunis Səfərov sabiq başçını niyə güllələdiyini hər kəsin bilməsini istəyir11:22Azərbaycanda bankda milyonlar mənimsənilib: Məmurlara da pul "atıb"11:19İcbari Tibbi Sığorta üzrə QİYMƏTLƏR məlum oldu - SİYAHI11:18Saatlıda bir ailənin 5 üzvü zəhərlənib22:01MÜTLƏQ OXUYUN: Bu paltarlar xərçəng YARADIR21:56"TikTok"un daha bir qurbanı - Məktəbli özünü öldürdü21:54Əlilliyin müəyyən edilməsi qaydaları açıqlanıb21:49Milyonçunun hovuzuna helikopterdən heyvan atdılar – VİDEO21:45Moskvada azərbaycanlının meyiti tapıldı21:40Xoşqədəm Nərminin anasının Bakıda ev istəməsindən danışdı21:38SON DƏQİQƏ: Rusiyanın yeni baş nazirinin adı məlum oldu - FOTO21:33AQTA “Bizim market”də 12 ton saxta kərə yağı aşkarlayıb21:30Arzu Rəhimov Sabirabadda və Şirvanda vətəndaşları qəbul edib14:32Həbs olunan icra başçısının hakim oğlu danışdı: “Yaxşıyıq-pisik, işdəyəm, ya deyiləm"13:36UEFA "Qarabağ" klubuna 260 min 500 avro pul ayrııb13:08Bakıda iki keçmiş məhkum tutuldu12:55Politoloq: “Putin Nazarbayev modelinin analoqunu yaratdı”12:54Mətbuat Şurası seçkidə necə işləyəcək?12:53“Azərbaycan ərazisinin təxminən 20 faizinin resurslarından istifadə etməməsi ölkə iqtisadiyyatı üçün problemdir”12:50MTRŞ İTV-nin təşviqatla bağlı müəyyənləşdirdiyi qiymətlər barədə AÇIQLAMA VERDİ11:13Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ10:50Təbrik edirik!10:44Ermənistan ordusu atəşkəs rejimini 23 dəfə pozub10:42Azərbaycanda rəis müavini iş başında vəfat etdi10:41Yaşayış binasında yanğın olub22:40Ruhani Avropanı təhdid etdi: “Əsgərləriniz təhlükə ilə qarşılaşa bilər”22:38Prezident ona da ev verdi - FOTO22:33Mədət Quliyev əmr verdi - Onu vəzifədən uzaqlaşdırdı22:31Paşinyanın prokurorluqda nəyə görə dindirildiyi bəlli oldu22:29Bakıda beş yaşlı uşaq xəstəxanada öldü - Daha bir həkim səhlənkarlığı iddiası22:25İlham Əliyev nazir Ramin Quluzadəni qəbul etdi22:22Azərbaycan XİN Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat yayıb22:19SON DƏQİQƏ: Nərminin ailəsi Prezidentə MÜRACİƏT ETDİ - “2 balamı xilas edin" - VİDEO22:17“Mehriban xanımdan xahiş edirdik, bizə yemək bişirirdi” - VIDEO22:12Medvedevə yeni vəzifə təklif olundu22:11Daha bir eskalator may ayında istifadəyə veriləcək22:09Azərbaycanlı ana lezbiyan qızını zorla Rusiyadan Bakıya gətirdi, evdə dustaq etdi22:04Ramiz Mehdiyev: "AMEA-da maaşlar çox aşağıdır..."22:01DTX-nın axtardığı həkimi interpol tutdu - İRANDA SAXLANILDI14:14İranın sərnişin təyyarəsini vurmasının yeni görüntüləri yayıldı - Video11:05Kişi nazir uşağına görə məzuniyyət götürəcək - Ölkə tarixində ilk - Fotolar11:03Pakistanda 93 nəfər əlverişsiz hava şəraitinin qurbanı olub11:02Uşaq bağçasında kütləvi zəhərlənmə olub11:00İtkin düşən Ayselin qardaşı DANIŞDI: “Taksi ilə gedib” – VİDEO10:55Boris Conson Şotlandiyanın müstəqillik tələbini rədd edib21:39İcbari Tibbi Sığorta ilə bağlı ŞAD XƏBƏR - 2550 tibbi xidmət müəyyənləşdirildi21:25Azərbaycan Səhiyyəsi üçün biabırçılıq: 5 ay heç kimin xəbəri olmadı - FOTO21:06Bakıda fəhlə qadını zorlayıb, meyiti 16-cı mərtəbədən atdı - VİDEO15:28Rusiyaya yaşıl qar yağdı - Foto15:20Azərbaycanda qəribə hadisə: Şəhid kimi "dəfn edilən" özünün 40 mərasiminə gəlib - Video14:46Nazirlik ciddi nöqsanlara görə işdən azad olmuş işçilərə yüksək vəzifə verdi-Video11:16Bakıda avtomobil mağazaya çırpılıb, sürücü xəsarət alıb - VİDEO- FOTO10:55Alimlər Günəş sisteminin əsas sirrini açıblar10:51Sumqayıtda 31 yaşlı kişinin meyiti yaşadığı mənzildən tapılıb10:50Vaqif Əsədov işdən çıxarılması ilə bağlı yayılan xəbərə aydınlıq gətirdi10:49Prezidentdən kreditlərlə bağlı vacib XƏBƏRDARLIQ - VİDEO22:01Almaniyada 2 ABŞ əsgərinin cəsədi tapılıb21:59Daxili işlər naziri baş redaktoru qəbul edib dinlədi — SON DƏQİQƏ21:54Polis əməkdaşı narkotiklə saxlanıldı? - RƏSMİ21:52İlham Əliyev nazirləri topladı - TƏCİLİ21:49MSK Müstəqil Media Mərkəzi yaratdı - Məzahir Pənahov21:46Ana 3 yaşlı qızını öldürdüyünü etiraf etdi - Səbəbi dəhşətə gətirir16:16Jurnalistə vəzifə verdilər - NAZİRLİKDƏ YENİ TƏYİNAT15:01Daha bir deputatın oğlu namizəd oldu - FOTO14:15Ən yaxşı məktəbin adı açıqlandı: “Orta məktəblərin reytinq cədvəli tərtib olunsun”14:13Vilayət Eyvazov Vaqif Əsədov və bütün DYP-nin şəxsi heyətini SƏRƏNCAMA GÖTÜRDÜ10:36Kraliça 93 yaşında yenidən sükan arxasına oturdu - Foto10:35Toyda dava düşüb, bir nəfər ağır xəsarət alıb10:34Dünya bu görüntüdən danışır: Sultan şahzadənin əlini sıxmadı - VİDEO10:32"Real" 11-ci dəfə İspaniya Super kubokunun qalibi oldu10:31Şimal bölgəsinə qar yağıb18:53Vilayət Eyvazov "Bandotdel"in rəis müavinini işdən çıxardı18:46Ukraynadan İrana qarşı açıqlama: “Təyyarələrimiz İran üzərindən uçmayacaq”16:42Tramp İrandakı etirazçılara fars dilində dəstək verdi16:39Pakistan vətəndaşı qısqanclıqdan azərbaycanlı arvadını bıçaqladı14:31Cəbhədə son vəziyyət14:30Nərminin qatili Bakıya gətirildi EKSKLÜZIV14:29Ermənistanın aviaşirkəti İrana uçuşları dayandırıb - təhlükəsizliyə görə14:20"Bibiheybət yolu"nda hərəkət istiqamətində dəyişiklik edilir - Foto14:19Serj Sarkisyanın cinayət işinin ibtidai istintaqı başa çatıb14:18Bu gün Azərbaycan Beynəlxalq Bankının yaranma günüdür14:15Bakıda səkidə dayanan maşına “Eşşək” yazdılar, üstünə daş qoydular - Fotolar12:53İrandan Azərbaycana narkotik maddələr gətirən Xoşbəxtin üzərindən "beşbarmaq" çıxdı12:51Nərminin qətli ilə bağlı şok məqamlar - Kriminalist AÇIQLADI12:46Tramp: “Yaxın Şərqin bütün yükü mənim çiyinlərimdədir”12:26Sürüşmə ərazisində son vəziyyət12:25Ermənistan silahlı bölmələri atəşkəs rejimini 22 dəfə pozub12:24Qızıl mağazasını qarət edərkən uşağı öldürdü22:58Vilayət Eyvazov və Zakir Qaralovdan Nərminlə bağlı VACİB QƏRAR22:54Vilayət Eyvazovdan YENİ TƏYİNAT22:52İtkin düşən Xəyalə ilə bağlı — RƏSMİ AÇIQLAMA22:48Deputat Xanhüseyn Kazımlı: "Mənim yerinə qızım gedəcək"14:33Nərminin öldürüldüyü kənddə son vəziyyət — Qatili xüsusi təlim keçmiş itlər axtarır - VİDEO
BÜTÜN XƏBƏRLƏR

Bakı Şəhər Yol Polisi İdarəsində çəkilən gizli görüntülər- 18-ci otaqda kim pul yığır?

15 Ağu 2018, 16:30   
Bakı Şəhər Yol Polisi İdarəsində çəkilən gizli görüntülər- 18-ci otaqda kim pul yığır?

Bakı Şəhər Yol Polisi İdarəsinin yarıtmaz fəaliyyətinin doğurduğu narazılıqlarla bağlı ölkə mətbuatında mütəmadi olaraq silsilə yazılar dərc olunmaqdadır. Fəaliyyəti ən çox tənqid olunan strukturların başında gəlməsinə baxmayaraq adı çəkilən qurumun məsul şəxsləri bundan nəticə çıxartmaq əvəzinə özbaşınalıq və qanunsuzluqlarını daha da genişləndirirlər.

Zamantv.az Sfera.az-a istinadən xəbər verir ki, sözügedən saytın əməkdaşının bu günlərdə şahidi olduğu mənzərə həqiqətən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində təxirəsalınmaz islahatların aparılmasının vacibliyini bir daha təsdiq etməkdədir. Şahidi olduğumuz mənzərə burada qanunların işləmədiyini, kimlərinsə özünü qanundan üstün saydığını göstərir.

Cavad adlı mayorun "18-” sərgüzəştləri...

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində 18-ci otaq rüşvətin toplandığı əsas məntəqələrdəndir. Həmin otağın "küllü ixtiyarı” olan Cavad adlı mayorun isə öz qaydaları var. Burada avtomobillərə cərimə yazılmadan sənədlər alınır və sürücülər 18-ci otağa dəvət edilərək onlarla "profilaktik söhbətlər” aparılır. Amma sürücülərin həmin otaqda problemlərini həll etməsi də mayorun kefindən asılıdır. Belə ki, həmin şəxs kefi istəyəndə vətəndaşları çağırır, ürəyinə düşəndə bayıra çıxaraq, dost-tanışları isə laqqırtı vurur.

Əməkdaşımız bildirir ki, problemini həll etmək üçün 18-ci otağın qarşısında saatlarla gözləməyə məcbur olan vətəndaşlar iş vaxtı bayırda dost-tanışıyla deyib gülən mayora yaxınlaşıb tələsdiklərini deyərkən əsl həngamə qopur.

Ona müraciət edənlərə qarşı kobud rəftar etməkdən belə çəkinməyən "18-ci otağın ağası” açıq şəkildə bəyan edir ki, haçan işləyib, haçan çöldə siqaret çəkəcəyini, ya da dost-tanışlarıyla söhbət edəcəyini özü müəyyənləşdirir.

Mayorun xidməti otağına, iş fəaliyyətinə qayıtması da sürücülərə ayrı dərd yaşadır. 18-ci otaqda hər şey rüşvətlə həll olunur, mayor isə "mən beləyəm, kimə istəyirsinizsə şikayət edin” tipli meydanoxumalarla nə qədər qüdrətli olduğunu sərgiləməkdən xüsusi zövq alır. Avtomobillər heç bir protokol yazılmadan duracaqlara aparılır, vətəndaş haqqını tələb etmək istəyəndə və ya "cəriməni yazın” tələbi irəli sürəndə mayor sadəcə "burada işlər belə həll olunur” deməklə kifayətlənir.

Sfera.az əməkdaşı müşahidə etdiklərinin heç bir qanuna, qaydaya sığmadığını, hər hansı etirazın isə faydasızlığını nəzərə alaraq qarşılaşdığı problemin qanuni həlli məqsədilə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədovla telefon əlaqəsi yaradıb.

Amma 18-ci otağın sahibi olan mayor bundan sonra da qanunun tələblərinə boyun əymək istəməyib. Belə ki, o açıq şəkildə əməkdaşımıza bildirib ki, heç kimi tanımır, tanımaq istəmir və yalnız özünün müəyyənləşdirdiyi qaydalarla işləməkdə israrlıdır.

Mövcud reallıqları nəzərə alanda belə nəticəyə gəlmək olar ki, hər kəsə meydan oxuyan Cavad adlı həmin mayor hansısa böyük məmurla qohum olduğuna görə özünü bu qədər qüdrətli hesab edir. Hər halda onun Bakı Şəhər Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Sadıqovla lazım olduğundan az hesablaşması bu ehtimalımızı gücləndirir. 18-ci otağın müəmmalı sahibi olan həmin mayorun kimə güvənərək qanunlara meydan oxuması və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində baş verən digər ilginc maxinasiyalar haqda isə növbəti yazımızda daha geniş bəhs edəcəyik....
Bakı Şəhər Yol Polisi İdarəsində çəkilən gizli görüntülər- 18-ci otaqda kim pul yığır?
Bakı Şəhər Yol Polisi İdarəsində çəkilən gizli görüntülər- 18-ci otaqda kim pul yığır?
Bakı Şəhər Yol Polisi İdarəsində çəkilən gizli görüntülər- 18-ci otaqda kim pul yığır?
OXŞAR MÖVZULAR