"Türkiyə F-35 döyüş təyyarələrinin sadəcə müştərisi deyil, həm də ortağıdır".
Zamantv.az publika.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.
Kalın bildirib ki, Türkiyə indiyə qədər üzərinə düşən öhdəlikləri yerinə yetirib.
"F-35-lərin Türkiyəyə satılmaması məsələsi davam edərsə, hüquqi yollara baş vuracağıq", - deyə o bildirib.
Zamantv.az