Gədəbəydə hələ də "Yediyarov rüzgarı" əsir.... - İLGİNC

10:15 10.08.2018 471
Gədəbəydə hələ də "Yediyarov rüzgarı" əsir.... - İLGİNC
Bu il iyunun 1-də rəhbərlik etdiyi rayonda sahibkarlara divan tutması ilə ad çıxarmış Gədəbəyin icra başçısı Ramiz Yediyarov qəflətən işindən azad ediləndən sonra rayonda olduqca mübhəm olaylar baş verməkdədir.

Zamantv.az AzEuroNews.com isdinaden xəbər verir ki, işdən azad edilən Yediyarovun təhvil-təslim etməsi o qədər sürətli olub ki, ona hətta icra hakimiyyətinin işçiləri ilə vidalaşmağa belə imkan verməyiblər. Prezident Adminstrasiyasının əməkdaşı ilə rayonu tələsik tərk edən Yediyarovun əslində törətdiyi əməllərlə bağlı istintaqa cəlb edildiyi və həmin gün Bakıya dindirilməyə gətirildiyi sonradan məlum oldu. Ramiz Yediyarovun azad edilməsindən bir qədər sonra isə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi müstəntiqləri rayona ezam edildilər. Rayonda bir sıra istintaq hərəkətləri apardılar, şikayətçiləri dindirdilər. Yəni? bu hadisələr göstərdi ki, Yediyarovun törətdiyi əməllər prezident İlham Əliyevin qəzəbinə gəlib və o, cəzalandırılacaq. Hesablama Palatasının rayonda apardığı yoxlmalarla bağlı açıqladığı hesabat da, keçmiş başçının dövlət vəsaitini necə talan etməsinə sübut idi.

Amma qəribəsi budur ki, bu proseslərin sanki Gədəbəy İcra Hakimiyyətinin işçilərinə aidiyyatı yoxdur. Onlar hələ də Ramiz Yediyarovdan danışanda “cənab başçı” ifadəsini işlədirlər. Aldığımız məlumata görə, iyul ayının 28-də oğluna toy edən icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Z.İsgəndərov toyda “Gədəbəyin qurucusu, rayonda böyük abadlıq işləri aparmış cənab Ramiz Yediyarov məclisimizi təbrik edir və xahiş edir ki, özü iştirak etməsə də, işçiləri onun əvəzindən rəqs etsinlər” – deyə çıxış edib. Onu bu çıxışından sonra İcra Hakimiyyətinin işçiləri qalxıb rəqs ediblər.

Rayonun bir qrup ağsaqqaları tərəfindən saytımıza daxil olan şikayət məktubunda hadisə ilə bağlı deyilir: “Bu məsələyə adi bir toy proseduru və işçilərin sabiq rəhbərlərinə ehtiramı kimi baxmaq olardı. Amma burada 2 ciddi nüans var: – rayon əhalisinin və ölkə rəhbərinin antipatiyasını qazanaraq işdən çıxarılmış bir şəxs bu cür ehtirama layiqdirmi? İkincisi bu “savadlı” hüquqşünas bilmirmi ki, abadlığın aparılmasına göstəriş verən də, ona büdcədən vəsait ayıranda cənab Prezidentdir? Yediyarovun bu işdə rolu isə ancaq və ancaq ayrılan vəsaitdən özü üçün pul oğurlamaq olub?”

Məktubda vurğulanır ki, İsgəndərov və digərləri bunların hamısından xəbərdardır: “Məsələ ondadır ki, Yediyarov rayondan oğurladığı həmin pullarla bu şəxsləri bu gün də öz təsiri altında saxlayır. Bu adamlar aldıqları pulların müqabilində keçmiş başçıdan şikayət edənlərə təzyiq göstərir, məhkəmələrdə onu müdafiə edir, törətdiyi ağır cinayətlərin ört-basdır olunmasına çalışırlar. Ona görə də Rayon İcra Hakimiyyətinin təcili olaraq Yediyarovun təsiri altından çıxarılması vacibdir”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU