Bakıda işçilər restoran sahibinə etiraz etdilər: - "Hər dəfə pulumuzu kəsirlər"

17:00 9.08.2018 586
Bakıda işçilər restoran sahibinə etiraz etdilər: - "Hər dəfə pulumuzu kəsirlər"

Musavat.com-un müxbiri təsadüfən "Xudafərin" şadlıq sarayının qarşısında baş verən mübahisəyə şahidlik edib. Öyrənib ki, şadlıq sarayında ofisiant işləyən 30-a yaxın gənc dünənki toydan qalan məvaciblərini almağa gəliblər. Lakin bəzi problemlər üzündən gündəlik qazanclarını almaqda çətinlik çəkirlər.

Qulaq müsafiri olaraq, baş verənləri aydınlaşdıra bildik. Bəzi ofisiantlarla həmsöhbət olub, nə baş verdiyini dəqiqləşdirdik: "Dünən gecəyarısı işimizi bitirib, restorandan ayrıldıq. İndi həmişəki kimi, işlədiyimiz günün pulunu almağa gəlmişik. Pulumuzu işlədiyimiz gün yox, növbəti gün alırıq. Saatlardır ki, gözləyirik. İçəridə nəsə çatışmazlıqların olduğunu deyirlər. Dünən tələsikdən ofisiantlardan biri 100 manat dəyərində boşqab sındırıb. İndi həmin pulu ödəmək lazımdır. Administrator o pulu bizdən almaq istəyir. Dünən 14 manat qazancım olub. Onun 3 manatını kəsdilər. Uşaqlar da bunun mübahisəsini edirlər. Administrator həmin pulu bizim boynumuza qoyur. Bir nəfərin səhvi ucbatından hamını cəzalandırırlar".

Onu da öyrəndik ki, restoran öz işçilərini istismar edir. Yəni az əmək haqqı qarşılığında onları daha çox işlədirlər: "Təsəvvür edin ki, günorta saat 3-də işə gəlirik. Masaların üstünü düzəldirik, boşqabları düzürük. Toy başlayana kimi bir dəqiqə dayanmaq yoxdur. Bəzən elə olur ki, toy gecə yarısına kimi davam edir. Gecə saat 2-yə qədər qaldığımız vaxtlar olub. Ən azı 10 saat işləyirik. Bununla işimiz bitmir. Səhər yenidən restorana gəlirik. Masaları düzəldirik, örtükləri dəyişirik. Bir neçə saatımız da burada gedir. Yenidən evimizə qayıdırıq. Bir də təzədən toy üçün gəlirik. Günümüzün çox hissəsi burada keçir. Bu qədər işin qarşılığında 14-15 manat pul alırıq. Hər dəfə 2-3 manat kəsirlər. Bu gün elə işçilər var ki, maaşından 5 manatını tutdular. Hər dəfə nəsə bir problem çıxır".

Ən dəhşətli mənzərə isə Anar adlı administratorun ofisinatları təhqir etməsi, onlara qarşı nalayiq ifadələr işlətməsi idi.
Bakıda işçilər restoran sahibinə etiraz etdilər: - "Hər dəfə pulumuzu kəsirlər"
Bakıda işçilər restoran sahibinə etiraz etdilər: - "Hər dəfə pulumuzu kəsirlər"
Bakıda işçilər restoran sahibinə etiraz etdilər: - "Hər dəfə pulumuzu kəsirlər"
Bakıda işçilər restoran sahibinə etiraz etdilər: - "Hər dəfə pulumuzu kəsirlər"
Bakıda işçilər restoran sahibinə etiraz etdilər: - "Hər dəfə pulumuzu kəsirlər"
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU