"Qadına qarşı şiddət kişiliyə yaraşan hərəkət deyil" - Kamran Həsəni

16:40 9.08.2018 570
"Qadına qarşı şiddət kişiliyə yaraşan hərəkət deyil" - Kamran Həsəni

"Bəşəriyyətin gələcəyi ümumi və birmənalı ola bilməz. Çünki o qərbə, şərqə, cənuba və şimala bölünür. Qərb və şərq təfəkkürü fərqlidir. Qərb heç vaxt şərq, şərq isə heç vaxt qərb olmayacaq. Qərb düşüncəsi dünyaya yayıldığı halda bizi işıq və böyük gələcək gözləyir: həm elmdə, həm texnologiyada, həm də təhsildə".

Publika.az-a danışan aparıcı Kamran Həsənli deyib. Tanınmış aparıcı layihəmizin yarımçıq qalmış bəndlərinə dərin cavablar verib.

- İndiki ağlım olsaydı...

- Güman edirəm ki, indiki ağlımla da keçmişdə yol verdiyim səhvləri yenidən təkrarlayardım. Çünki insan həyatda yaşadığı bir çox səhvləri analiz edir, amma zaman-zaman yenidən eyni səhvlərə yol verir.

- Ən böyük səhvim o olub ki...

- Səhvsiz həyat olmur, lakin indi durub onları bir-biri mətbuata açıqlamaq niyyətim yoxdur.

- Qadınlar yaşını ona görə gizlədir ki...

- Məncə, bütün xanımlarda, o cümlədən kişilərdə də yaş kompleksi var. Elə cəmiyyətlər var ki, orada yaşlıya sevgi və hörmət həqiqidir. Elə cəmiyyətlər də var ki, orada yaşlı insanlara hörmət sadəcə sözdədir. Ağsaqqal və ağbirçəklərə qarşı sevginin və hörmətin yalnız sözdə olduğu cəmiyyətlərdə insanlar öz yaşlarını gizlətməyə üstünlük verir. "Qadından yaş soruşmazlar" fikrini Avropa dəbə gətirmişdi, son 20-25 ildə bu qayda köhnəlib, öz aktuallığını itirib. Artıq insanlar öz yaşlarını gizlətmilər və yaşadığı ömürlə fəxr edirlər.

- Seviləsi qadın olmağın əsas şərti...

- Xüsusi formula yoxdur. Kişilər müxtəlifdir, qadınların da müxtəlif xüsusiyyətləri onları özünə çəkə bilər. İnsanlıq, səmimiyyət, sevmək bacarığı, vəfa və s. Əslində hamısını sadalamağa ehtiyac duymuram, hesab edirəm ki, nəinki kişilər, biz hamımız bir-birimizdə insani keyfiyyətlərə dəyər veririk.

- Kişilər o qadınlara xəyanət etmir ki...

- Bu, çox dərin, geniş və saatlarla müzakirə olunacaq mövzudur. Qısaca cavabım belə olardı: məncə, elə bir qadın yoxdur.

- Qadına qarşı şiddət...

- Qadına qarşı şiddət kişiliyə yaraşan hərəkət deyil. Sevdiyin xanım sənin həm sevgilin, həm həyat yoldaşın, həm də övladındır. Sevib-seçdiyimiz xanımlara qarşı bu üç münasibətin üçünü də göstərməliyik. Şiddət isə əclaflıqdan başqa heç nə deyil.

- Vicdan...

- Vicdan Allahın özüdür, içimizdə olan səsdir. Dahi şarimiz İmadəddin Nəsimi, ondan əvvəl yaranmış Tenqriçilik (tanrıçılıq) dini irəli sürürdü ki, Allahı göydə, tikdiyimiz hansısa binalarda, məscidlərdə, kilsədə və ya sineqoqlarda axtarmaq lazım deyil, O, bizim qəlbimizdədir. Vicdan - insana düz yol göstərən Allahın səsidir, əsas odur ki, onu eşidə biləsən.

- Təəssüf edirəm ki...

- Məyus olduğum o qədər hallar var ki, bilmirəm açıqlayım, ya yox. Məsələn, tez-tez təəssüflənirəm ki, niyə 16-cı əsrin ortalarında, Şah İsmayılın və Şah Abbas kimi güclü sərkərdələrin yaşadığı dövrdə doğulmamışam. Səfəvilər dövləti tarixdə ən güclü dövlətlərindən biri olub, o dövrün düşüncə tərzi və idealogiyası məni çox cəlb edir.

- Vanqa nənə ilə görüşsəydim...

- Heç nə soruşmazdım, ümumiyyətlə, belə adamlara inanmıram. Vanqa haqqında olan bütün əfsanələr yalandır. O, gələcək haqqında heç nə bilmirdi.

- Küsülü olduğum insana demək istəyirəm ki…

- Küsülü olduğum insan yoxdur. Xoşuma gəlməyən və ya həyatımdan silmək istədiyim biri varsa da, ona heç nə deməzdim, görməzdən gələrdim. Çünki nəsə deməyimin heç bir mənası yoxdur.

- Tənhalıq insan üçün lənətdir, yoxsa...

- Allah yaratdığı bütün insanları sevir, yetər ki, onlar özləri bir-birinə zülm verməsin, pislik etməsinlər. Tənhalıq həyatda ən böyük faciədir. Sevdiyimiz insanlar olmadan yaşamağa davam etmək dəhşət və həyatın bitməsi deməkdir.

- Unuda bilmədiyim insana demək istərdim ki...

- Unuda bilmədiyim insan – həyat yoldaşımdır və o, indi yanımdadır. Sözüm olanda özünə deyirəm (gülür).

- Kiminsə yalan danışdığını hiss edəndə...

- Yalanın dərəcəsindən və masştabından asılı olaraq reaksiyalarım müxtəlif olur. Sosial, siyasi, tarixi və ya elmi aspektdən insanlar bilmədiyi mövzularda yalan danışanda kəskin olmasa da, yerində münasibət bildirirəm. Məişət səviyyəsində yalan eşidəndə, əksər hallarda dərinə getmirəm.

- Dünyanı dəyişmək imkanım olsaydı...

- Çox qlobal və aktual sualdır. Əgər əlimə belə bir şans keçsəydi, insanların bir-birinə olan mənfi münasibətini dəyişərdim.

- Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə...

- Bəşəriyyətin gələcəyi ümumi və birmənalı ola bilməz. Çünki o qərbə, şərqə, cənuba və şimala bölünür. Qərb və şərq təfəkkürü fərqlidir. Qərb heç vaxt şərq, şərq isə heç vaxt qərb olmayacaq. Qərb düşüncəsi dünyaya yayıldığı halda, bizi işıq və böyük gələcək gözləyir: həm elmdə, həm texnologiyada, həm də təhsildə.

- Allah insanları ona görə qeyri-bərabər yaradıb ki...

- Allah insanları bərabər yaradıb. İnsanların Allahı qavrayışı eyni deyil. Yuxarıda dediyim kimi, bəzi toplumlar Allahı daşda, divarda, yazılarda, hansısa tikilidə görür, bəziləri isə vicdanın səsini eşidir. Alman filosofu Fridirx Nitsşe "Zərdüşt belə demişdi" kitabında yazıb ki, Allah həmişə bu, mən idim deyəcək. Siz onu necə təsəvvür edirsinizsə edin, yetər ki, vicdanınızın səsini eşidin.

Allah insanları onu anlayacaq qədər qeyri-bərabər yaradıb. Avropada Martin Lüterdən sonra Allahı daha çox tanımağa başladılar, nəinki, Martin Lüterə və protestantlığa qədər.

- İlahi ədalətə inancımı o zaman itirdim ki…

- İnancım itməyib, ədalət həmişə yerindədir. Heç vaxt inanmamışam ki, insan sadəcə özünə cavabdehdir. Allah toplumlara, qövmlərə və millətlərə münasibət göstərir. Hər bir millət və toplum öz aqibətinə layiqdir.

- Mənə qarşı ən böyük ədalətsizlik o olub ki...

- Uşaqlıqdan bu günə qədər ədalətsizliklərə üzləşirəm, odur ki, onları saymaqla bitməz.

- Övladlarıma ən çox onu məsləhət görürəm ki…

- Dini yazılara əsasən, Allah Musa peyğəmbərə 10 yasa göndərib. Tövratda olan 10 yasaya inanıram. Məsləhət görürəm ki, heç kimi aldatmasınlar, oğurluq və pislik etməsinlər, ən vacibi isə vicdanlarının səsini dinləsinlər.

- Heç vaxt heç kimə icazə vermirəm ki...

- Kiməsə nəyisə qadağan edə bilmərəm, belə bir səlahiyyətim yoxdur. Sadəcə tövsiyə edə və ya fikir söyləyə bilərəm.

- Özümə qadağan etmişəm ki...

- Bəzən özünə də qadağalar qoya bilmirsən, hər birimizin düzəldə bilmədiyi mənfi cəhətləri var.

- O zaman düşünmədən riskə gedirəm ki...

- Əksər hallarda belə edirəm. Gənclik illərində də, əsgərlikdə də, konservatoriyada da, televiziyada da bu xüsusiyyətim mənə bəla gətirib. Sonradan anlamışam ki, verdiyim qərarlar kifayət qədər riskli olub.

- Hər dəfə çıxılmaz vəziyyətə düşəndə...

- Belə alınır, problemin necə həll olunduğu bəzən analiz olunmur, bəzən ekspromt ideyalar köməyimə gəlir. Bir çox hallarda vəziyyətdən çıxmıram. Belə anlarda ailəm və yaxın dostlarım yanımda olur.

- Yaxşı gündə, pis gündə...

- Yaxşı və pis gündə sevdiyiniz insanları yaddan çıxartmayın.

- Çox sağ olun. Biz sizə ancaq yaxşı günlər arzu edirik. Fikirlərinizi öyrənmək maraqlı oldu.

- Minnətdaram.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...