AAK rəhbəri bu qanunsuzluğa necə yol verib? - İTTİHAM

14:30 9.08.2018 612
AAK rəhbəri bu qanunsuzluğa necə yol verib? - İTTİHAM

“Təzadlar”ın rəsmi saytının ötən günkü buraxılışında xəbər verdiyimiz kimi, AAK Rəyasət Heyətinin “Azərbaycan Respublikasının vətəndaşı olan iddiaçıların xarici ölkələrdə dissertasiya müdafiəsi qaydaları haqqında” 25.05.1996-cı il (protokol№15-r) qərarına əsasən 01.02.1994-cü ildən sonra Azərbaycan Respublikasından kənarda müdafiə olunmuş fəlsəfə doktoru və elmlər doktoru dissertasiyaları AAK-da təkrar attestasiyadan keçməlidir. Yəni, həmin diplomların respublikamızın ərazisində tanınması üçün müvafiq prosedurlardan keçirilməli və müsbət qərar verildiyi halda, iddiaçılar Azərbaycan AAK-nın diplomunu ala bilərlər.
Lakin təəssüf hissi ilə qeyd etmək istəyirik ki, başqalarından xaricdə aldıqları diplomların təkrar qeydiyyatdan keçirilməsini, qanunun bu tələbinə əməl olunmasını tələb etdiyi halda, V.Hüseynov özü ciddi qanun pozuntusuna, hətta deyərdik ki, cinayət əməlinə yol vermişdir...

AAK rəhbəri bu qanunsuzluğa necə yol verib?

Budur, AAK-ın sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynov fəlsəfə doktoru dissertasiyasını “Neytrin-leptonnıe proüessı vo vneşnom maqnitnom pole” mövzusunda 21 aprel 1994 -cü ildə Rusiya Federasiyasında müdafiə edərək həmin ilin dekabrında təsdiqini almışdır. Azərbaycanın elm ictimaiyyəti yaxşı bilir ki, həmin dövrdə bu sahədə xaos yaranmışdı və bir çox “alimlər” xarici ölkələrdən diplom alıb gətirirdilər və arzularına çatırdılar.
Beləliklə, AAK-ın Rəyasət Heyətinin yuxarıda qeyd olunan məlum qərarına əsasən Vəli Hüseynovun da Rusiya Federasiyasında aldığı elmlər namizədi diplomu təkrar attestasiyadan keçməli idi. Ancaq bu prosedur olmamışdır və Vəli Hüseynovun elmlər namizədi diplomunu AAK-da təkrar attestasiyadan keçirməməsi bir yana, hətta o, birbaşa doktorluq dissertasiyasını müdafiə edərək təsdiqini almışdır. Bəs bu boyda qanunsuzluq indiyədək necə gizli saxlanılmışdır?
“Təzadlar”ın Araşdırma Qrupu daxil olan məlumat və faktlar neçə ay idi ki, araşdırırdı. Nəhayət, ortaya olduqca ilginc faktlar çıxmışdır: yəni, Vəli Hüseynovun doktorluq dissertasiyasının müdafiəsində və təsdiqində ciddi qanun pozuntularına yol verilmişdir. Qanunun dili ilə desək, AAK sədrliyinə iddialı olan Vəli Hüseynovun doktorluq dissertasiyası legitim deyildir. Bunun da özəl səbəbi vardır: Vəli Hüseynov uzun illərdir AAK-da çalışır, sonradan AAK sədrinin müavini işlədiyindən hesab etmişdir ki, bu faktın üstünü açan olmayacaq və o, qanunsuz yolla əldə etdiyi doktorluq diplomundan istədiyi kimi istifadə edə biləcək.
Bundan başqa, Vəli Hüseynovun fizika-riyaziyyat elmləri namizədi kimi işlədiyi təşkilatda da aldığı məvacib də qeyri-qanuni sayılmalıdır, həmin vəsaitlər dövlət büdcəsinə qaytarılmalıdır.

AAK- ın Rəyasət Heyətin rəsmi məlumatı Vəli Hüseynova aid deyildirmi?

“Təzadlar”ın Araşdırma Qrupu daha bir sensasion faktın üstünü açmışdlr. Belə ki, apardığımız araşdırma nəticəsində məlum oldu ki, elə AAK- ın rəsmi saytında Vəli Hüseynovun namizədlik və doktorluq diplomu ilə bağlı qanunsuz əməllərini inkar edən rəsmi məlumat yer alıb. AAK-ın rəsmi saytının “Bülletenlər” bölümündəki səhifə 125 və 126- da yazılır: “AAK rəyasət heyətinin “Azərbaycan Respublikasının vətəndaşı olan iddiaçıların xarici ölkələrdə dissertasiya müdafiəsi qaydaları haqqında” 07.01.2003-cü il tarixli (protokol No 15-R) və 25.05.1996-cı il (protokol No 15-R) qərarları: Azərbaycan Respublikasının vətəndaşı olan iddiaçılar 02.01.2004-cü il tarixdən etibarən yalnız Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası rəyasət heyətinin və ya kollegiyasının icazəsi ilə xarici ölkələrdə dissertasiya müdafiə edə bilərlər. 01.02.1994-cü ildən sonra Azərbaycan Respublikasından kənarda müdafiə olunmuş fəlsəfə doktoru və elmlər doktoru dissertasiyaları AAK- da təkrar attestasiyadan keçirilməlidir”.
Bizcə, əlavə şərhə ehtiyac qalmır və Vəli Hüseynovun məlum qanunsuz hərəkəti və onun saxta sənədlərdən istifadə, eləcə də vəzifə səlahiyyətlərini aşma cinayətlərinə əsaslı şübhələr olduğundan ölkənin tanlnmış vəkillərindən biri ilə müqavilə bağlanmışdır. Problemin hüquqi müstəvidə çözülməsi üçün eləsə də Prezidentə və Baş prokura müraciət hazırlanmışdır...
Zəruri qeyd: “Təzadlar” AAK-ın rəsmi saytındakı “Bülletenlər” bölümündə yerləşdirilmiş və yuxarıda təqdim etdiyimiz məlumatlara Vəli Hüseynov tərəfindən düzəliş edilməsi ehtimalını nəzərə alaraq həmin bülleten foto və video qeydə alınmış, tərəfimizdən elektron qaydada vəkilimizin iştirakı ilə arxivləşdirilmiş, 5 nəfər mütəxəssisin iştirakı ilə akt yazılmışdır...

Bəs Vəli Hüseynov doktorluq elmi işini necə yazmışdır?

Ortaya başqa bir dəhşətli faktlar da çıxmışdır: “Təzadlar” jurnalist araşdırması apararaq aşkar etmişdir ki, Vəli Hüseynov 2003- cü ilin sentyabrında fizika-riyaziyyat elmləri üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamənin 3-cü bəndinin 14-cü maddəsinə görə, iddiaçıların elmlər doktoru dissertasiyalarının nəticələrinə dair ən azı 20 elmi məqaləsi dərc edilməlidir. Bunlar AAK-ın rəsmi saytında da bəyan edilmişdir, öz əksini tapmışdır. Biz Vəli Hüseynovun avtoreferatına mütəxəssislərlə birgə nəzər yetirdikdə məlum oldu ki, onun cəmi-cümlətanı 10 məqaləsi olmuşdur. Bura eləcə də 3 tezis, 1 konfrans materialı da əlavə edilmişdir.
Ən gülməli hal budur ki, Vəli Hüseynovun istifadə etdiyi və AMEA-nın Fizika İnstitunun 3 preprint materialını (tezis) heç cürə AAK-ın tələb etdiyi məqalə saymaq olmaz. Dəhşətlisi budur ki, Vəli Hüseynov namizədlik dissertasiyasının avtoreferatında da göstərdiyi 1 məqalə və 1 preprint materialını həm də doktorluq dissertasiyasının avtoreferatında (???) da göstərmişdir. Bu, AAK tarixində ən rüsvayçı faktdır, yolverilməzdir, belə hallar qanunsuzluq və fırıldaqçılıq sayılır.

Vəli Hüseynovun qanunsuz əməlləri istintaq predmetidir...

Beləliklə, doktorluq dissertasiyası qanunsuz olduğu, AAK-ın heç bir texniki ekspertizasının tələblərinə cavab vermədiyi, uyğun gəlmədiyi halda, Vəli Hüseynov vəzifəsindən sui-istifadə edərək həm prosedur pozuntuları ilə (namizədlik dissertasiyasının nostrifikasiyası olmadan), həm də AAK-ın ən vacib tələbləri pozulmaqla diplom almağa nail olmuşdur. Bu, qanunsuzluq və özbaşınalığın son həddidir və istintaq orqanları bütün bunları araşdırmalıdır.
***
Sonda: təqdim edilən faktlar olduqca ciddidir və elm ictimaiyyəti bunun fərqində olmalıdır. Axı Vəli Hüseynov bir ildən çoxdur akademik Arif Mehdiyev kimi ciddi və ədalətli, nüfuzlu bir sədrin yerində əyləşib, bunun məsuliyyətini dərk etmirsə, daha sözümüz yoxdur. O, bu dövrdə elm adamlarını elə xırda bəhanələrlə süründürüb, bezdirib Prezidentə, məhkəmələrə, hüquq mühafizə orqanlarına şikayətlər yazmağa elə sövq edib ki... İndi deyəsən, artıq bıçaq boğaza dirənib...
Nəhayət, daha vacib bir məqam: ADİU rektoru Ədalət Muradovun doktorluq və professor diplomları ilə bağlı məlum qalmaqallara dair məhkəmə çəkişməsi dövründə (1 saylı İnzibati-İqtisadi Məhkəmənin qərarından verilmiş apellyasiya şikayətinə avqustun 30-da hakim Vidadi Məmmədovun sədrliyi ilə baxılacaq) Vəli Hüseynovun redaksiyaya 10-a yaxın rəsmi imzalı məktubları göndərilib, təqdim olunub. V.Hüseynov bütün rəsmi blankda yazılmış məktublarında imzasının ardınca vəzifəsini “AAK-ın sədr əvəzi” yazmışdır. Lakin dünən redaksiyaya təqdim olunmuş məktubunda o, vəzifəsini belə göstərmişdir: “Prezident yanında AAK-ın sədri vəzifəsini müvəqqəti icra edən”. Müraciət etdiyimiz məlumatlı mütəxəssislərdən biri bunun izahını belə verdi: “Bildiyimə görə, Prezident Administrasiyasında Vəli Hüseynova sərt formada irad tutublar ki, sən bu vəzifədə müvəqqətisən, ona görə də bundan sonra rəsmi məktublarında “AAK-ın sədri vəzifəsini müvəqqəti icra edən” yaz...”.
Mövzuya qayıdılacaq.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT