Milli Məclisin yeni deputatları: “ağzına su alıb oturanlar”, seçicilərdən və mətbuatdan qaçanlar - ARAŞDIRMA

17:00 8.08.2018 568
Milli Məclisin yeni deputatları: “ağzına su alıb oturanlar”, seçicilərdən və mətbuatdan qaçanlar - ARAŞDIRMA

V çağırış Milli Məclisinin fəaliyyətə başlamasından üç ilə yaxın zaman ötür. Mərkəzi Seçki Komissiyasının (MSK) 2015-ci ilin parlament seçkiləri ilə bağlı açıqladığı yekun rəsmi nəticələrə görə, ali qanunverici orqana mandat qazanmış 125 deputatdan birinin – Çingiz Əsədullayevin mandatı sonradan Konstitusiya məhkəməsi tərəfindən ləğv edilib. Son parlament seçkilərində 28 yeni millət vəkili seçilib ki, onlardan biri – Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilməsi səbəbindən müddəti başa vurmamış deputat mandatından məhrum olub.

AZXEBER.COM parlamentə ilk dəfə seçilmiş deputatlarla bağlı araşdırma aparıb. Araşdırma dünyanın ən böyük elektron axtarış sistemi – "google”də önə çıxan və mətbuatda dərc edilən informasiyalar əsasında hazırlanıb.

Araşdırma nəticəsində məlum olub ki:

6 saylı Culfa–Babək seçki dairəsindən seçilən Ülviyyə Həmzəyevanın deputat kimi fəaliyyəti əsasən Naxçıvanda seçicilərlə aktiv ünsiyyəti ilə yadda qalıb. Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin sədri olan xanım millət vəkili parlamentdə gedən müzakirələr zamanı bir o qədər də aktivlik nümayiş etdirməyib.

9 saylı Binəqədi ikinci seçki dairəsindən seçilən Kəmaləddin Qafarovun adı daha çox qalmaqallarda hallanıb. Milli Onkologiya Mərkəzinin Baş direktorun müavini işləyən K.Qafarov mətbuatın hədəfinə məhz bu fəaliyyəti ilə gəlib. Deputat kimi isə ciddi aktivliyi müşahidə edilməyib.

11 saylı Qaradağ seçki dairəsindən seçilən Aydın Hüseynov mətbuatda vaxtaşırı müsahibə və açıqlamalarla çıxış etsə də, onun parlamentari olaraq elə də aktiv fəaliyyəti nəzərə çarpmayıb.

17 saylı Yasamal üçüncü seçki dairəsindən seçilən Elşad Həsənov seçicilərlə təmas baxımından seçilən deputatlardan olub. Yasamal seçiciləri ilə vaxtaşırı təmslar quran gənc deputat mətbuata münasibətdə də fəallığı ilə seçilib.

27 saylı Sabunçu ikinci seçki dairəsindən seçilən Dilarə Cəbrayılovanın mandat aldığı dövrdən nə Milli Məclisdə aktivliyi müşahidə edilib, nə də mətbuatla hər hansı təmasları olub. Seçicilərlə ünsiyyətinə dair məlumatlara rast gəlinmir.

35 saylı Xətai üçüncü seçki dairəsindən deputat seçilən Araz Əlizadə daha çox qalmaqallı açıqlamaları ilə diqqət çəkməyi bacarıb. Son prezident seçkilərində də namizədliyini irəli sürən ASDP sədri əsas fəaliyyətini fərdləri tənqid üzərində qalıb.

37 saylı Nizami (Gəncə) birinci seçki dairəsindən deputat seçilən Pərvin Kərimzadə qısa müddətə yaxşı mənada fərqlənməyi bacarıb. İstər yerli, istərsə də beynəlxalq səviyyədə tədbirlərə qatılan P. Kərimzadə parlamentin plenar iclaslarında elə də aktivlik göstərməyib.

38 saylı Nizami (Gəncə) ikinci seçki dairəsindən deputat seçilən Naqif Həmzəyev istər seçicilərlə təmaslar, istərsə də qanunvericilik təşəbbüslərinin irəli sürülməsində fəalllığı ilə fərqlənib. Eyni zamanda beynəlxalq müstəvidə aktivlik göstərən deputat mətbuatla da intensiv işləyib.

41 saylı Sumqayıt birinci seçki dairəsindən deputat seçilən Mirzəcan Xəlilovun adına yalnız Milli Məclisin web-saytında dərc olunan deputatların siyahısında rast gəlmək olur. Mətbuatda davamlı olaraq tənqid edilən deputat haqqında yayılan mənfi yüklü informasiyalara da münasibət bildirmir.

42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputat seçilən Tahir Mirkişili həm parlamentdə, həm də sosial şəbəkələrdə aktivliyi ilə seçilir. Deputatın seçicilərlə ünsiyyəti ilə bağlı hər hansı informasiyaya malik olmasaq da, görünən odur ki, o əksər deputat həmkarlarından müsbət mənada fərqlənməyi bacarır.

55 saylı Xaçmaz şəhər seçki dairəsinindən deputat seçilən Eldəniz Səlimov mətbuatda ara-sıra görünsə də, deputat kimi hər hansı aktivliyi yoxdur. Parlamentdə daha çox susqunluğu ilə seçilən E.Səlimovun seçicilərlə də təmasdan yayındığı iddia olunur.

57 saylı Kürdəmir seçki dairəsindən deputat seçilən Müslüm Məmmədov parlamentdə aktiv olmasa da, müzakirələrdə aktiv iştirak etməsə də, seçicilərlə vaxtaşırı görüşdüyü, onların problemlərinə həssas yanaşdığı iddia olunur.

62 saylı Saatlı seçki dairəsindən deputat seçilən Əflatun Amaşov hələ deputat seçilənə qədər aktiv ictimai fəaliyyətlə məşğul olub və bu səbəbdən onun deputat kimi də aktiv olacağı gözlənilən idi. Bütün hallarda Ə.Amaşov digər yeni deputatlarla müqayisədə fəal və aktiv millət vəkili sayıla bilər.

63 saylı Sabirabad birinci seçki dairəsinindən deputat seçilən Elçin Quliyev parlamentin ən passiv deputatlarındandır. Bugünlərdə AZXEBER.COM portalında jurnalistlər arasında keçirilən sorğu zamanı əksər media mənsublarının onu tanımadığını deməsi buna bariz nümunədir.

77 saylı Astara seçki dairəsindən deputat seçilən Rəşad Mahmudov insaf naminə aktiv deputat olsa da, əsas fəaliyyəti parlamentlə bağlı yox, səhiyyə ilə bağlıdır. Ölkənin tanınmış ürək cərrahlarından olan R.Mahmudov parlamentdəki müzakirələrdə bir o qədər də aktivlik nümayiş etdirmir. Bu isə onun səhiyyə sahəsində daha iddialı olduğunu deməyə əsas verir.

81 saylı Beyləqan seçki dairəsindən deputat seçilən Şahin İsmayılov deputat seçilənə qədər gənclər sektorunda aktivlik nümayiş etdirsə də, millət vəkili kimi hər hansı fəaliyyəti müşahidə edilmədi. Milli Məclisdə keçirilən müzakirələr zamanı fəallıq nümayiş etdirməyən gənc deputatın seçicilərlə təmaslarına dair də heç bir informasiya yoxdur.

87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputat seçilən Tahir Kərimli uzun illərdir arzuladığı deputat mandatını qazansa da, seçiləndən sonra "ağzına su alıb oturmağı” üstün tutdu. Əvvəlki dövrlərdə olduğu kimi, daha çox Vəhdət Partiyasının sədri kimi açıqlamalar verməklə kifayətlənmiş oldu.

89 saylı Göyçay-Ağdaş seçki dairəsinindən deputat seçilən Elman Nəsirov sosial şəbəkələrdə fəallığı, mətbuatda vaxtaşırı müsahibə və açıqlamaları, ölkədə və dünyada gedən hadisələrə dair siyasi proqnozları ilə daha çox gündəmə gəldi. Onun parlamentdə fəaliyyəti xüsusi diqqət çəkməsə də, digərləri ilə müqayisədə nisbətən qənaətbəxş sayıla bilər.

99 saylı Şəmkir kənd seçki dairəsindən deputat seçilən Sona Əliyeva son dövrlər şəxsi problemləri ilə diqqət mərkəzinə gəldi. Ona qədər çox az adamın tanıdığı xanım deputat istər Milli Məclisin plenar iclasları, istərsə də seçicilərlə təmasları ilə müsbət mənada fərqlənməyi bacarmadı.

100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən deputat seçilən Kamran Bayramov da heç bir fəaliyyəti olmayan deputatlardandır. Onun istər Milli Məclisin plenar iclaslarında, istərsə seçicilərlə təmaslarında, istərsə də mətbuatla münasibətlərdə aktiv olmadığını söyləmək olar.

106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən deputat seçilən Ülviyyə Ağayevanın Milli Məclisdə deputat kimi aktivliyi nəzərə çarpmasa da, onu seçicilərlə təmaslara xüsusi önəm verən və mütəmadi olaraq onlarla görüşlər keçirən millət vəkili kimi xarakterizə edirlər.

107 saylı Qazax seçki dairəsindən seçilən Kamran Nəbizadə Milli Məclisin plenar iclaslarında aktivlik nümayiş etdirməsə də, iqtisadiyyatla bağlı qanunvericilik aktlarının hazırlanmasında yaxından iştirak etdiyi deyilir. Seçicilərlə aktiv təmasları da onun "aktivinə” yazsaq, fəaliyyətini qənaətbəxş qiymətləndirmək olar.

109 saylı Balakən seçki dairəsindən deputat seçilən Nəsib Məhəməliyev orta göstəricilərə malik deputatlardandır. Milli Məclisin plenar iclaslarında bir o qədər də fərqlənməyən deputat seçicilərlə görüşlər, Milli Məclisin komitə iclaslarında aktivlik və beynəlxalq fəaliyyət sahəsindəki "müsbətləri” ilə fərqlənə bilir.

110 saylı Zaqatala seçki dairəsindən deputat seçilən Elşən Musayev deputat seçilənə qədər mətbuatda silsilə məqalələri ilə gündəmə gəlsə də, mandat qazanan kimi küncə çəkildi. İndiyə qədər parlamentdə bircə dəfə olsun çıxış etməyən gənc deputatın adının Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Nümayəndə Heyətinin tərkibindən çıxarılması gizli mətbləblərdən xəbər verir.

Milli Məclisdə 121 saylı Laçın seçki dairəsini təmsil edən deputat Mahir Abbaszadə parlamentin ən passiv deputatlarından biridir desək, yəqin ki, yanılmarıq. Onun nə Milli Məclisin plenar və komitə iclaslarında, nə də də seçicilərlə təmaslarda aktiv olmadığı bəlli həqiqətdir. Mətbuata da qapalı olan deputat yəqin Milli Məclisə gəlib-getməklə öz işini bitmiş sayır.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT