İcra başçısı da aciz qalıb... - Lənkəranda işıq böhranı

17:50 7.08.2018 535
İcra başçısı da aciz qalıb... - Lənkəranda işıq böhranı
Lənkəranda elektrik enerjisinin verilişində tez-tez fasilələrin yaranması əhalinin ciddi narazılığına səbəb olub.

Sakinlərin BakuPost.az göndərdiyi şikayət məktubunda bildirilir ki, hətta icra başçısı da bu problemi çözə bilmir.

Şikayət məktubunu təqdim edirik:

"Şənbə və bazar günləri Lənkərana verilən elektrik enerjisindəki fasilələr indi həftənin bütün günlərində ənənə halını alıb. Külək əsmədən, yağış yağmadan, tufan qopmadan, bir sözlə hər hansı bir təbii fəlakət baş vermədən kəsilən bu elektrik enerjisinin səbəbini vətəndaşlar bilməsə də "Azərişıq” ASC-nin "Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəhbərliyi çox yaxşı bilir. Rayon sakinləri aylardır, Şəbəkəyə müraciət etsələr də yeni modul tipli transformatorların yağlanmasını əsas gətirən cavabdeh qurum açılmaları xətlərin yüklənməsi ilə əsas gətirir. Müasir və modul tipli avadanlıqların quraşdırılması ilə bağlı əlimizdə hər hansı bir dəlil olmadığından bu yenidənqurmaya da heç inanmağımız gəlmir. İllərdir, quraşdırdığınız bu yeni transformatorların bəyəm yağlanmasına ehtiyacmı var? Qızmar yay fəslini yaşayırıq. Bu il isti havaların normadan artıq oldu, xüsusilə Lənkəran şəhərinin sakinləri bundan daha çox əziyyət çəkdi. Çünki insanların sərinləşidirici vasitələrə güvəni puça çıxdı. Elektrik enerjisinin tez-tez açılması insanların istirahətini əlindən almaqla onlara külli miqdarda maddi və tibbi ziyanlar vurdu. Rayonda bütün xətlərə fasilələrlə verilən enerji vətəndaşların mənzillərində bir çox məişət avadanlıqlarını sıradan çıxardı. Ötən illərdə rayonun icra başçısı Taleh Qaraşov Lənkəran Elektrik Şəbəkəsinin eks-rəhbəri Şaiq Qəribova iclasların birində rayonun elektrik enerjisi təminatında qeydə alınan nöqsanlara görə ciddi töhmət vuraraq, zalda iştirakçılar qarşısında əhalinin haqlı narazılığını dilə gətirmişdi. İcra başçısı vətəndaşlara dəyən ziyanı qabardaraq rayonda enerji açılmalarından ötrü sonuncu xəbərdarlığını etmişdi. Yazının dərc olunmasına çalışan vətəndaşların indi yeganə istəyi Qurumun rəhbərliyi tərəfindən Lənkəranın enerji təsərrüfatında günü-gündən irəliləmək əvəzinə geriləmənin araşdırılmasıdır. Axı hər gün gözəlləşən Cənub mirvarisinə "svetamuzika” rejimi yaraşmır”.

Məsələ ilə bağlı BakuPost.az-ın əməkdaşı "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlayıb. O, məsələdən xəbərdar olduğunu və problemin həlli istiqamətində işlər aparıldığını bildirib:

"Son bir ayda Lənkəran şəhərində yeni istifadəyə verilən 110-kv-luq yarımstansiyaya hava xətlərinin çəkilib naqillərin qoşulması işləri aparılır. Ona görə elektrik verilməsinsə qısa fasilələr olur. Yaxın zamanda bu işlər yekunlaşacaq. Şəhərin elektrik enerjisi ilə fasiləsiz təmin olunması üçün və yüklənmənin azaldılması üçün bu vacibdir. Ümumiyyətlə, cənub bölgəsi- Lənkəranda, Masallıda, Yardımlıda 110 və 35 kv-luq yeni yarımstansiyalar quraşdırılmaqdadır. Şəhər böyüyür, əhali çoxalır, köhnə stansiyalara yüklənmə çoxdur və yarımstansiyalar bu yükə tab gətirmir. "Azərenerji” də fasiləsiz enerji təminatı üçün yeni yarımstansiyalar açıb, qoşulma işlərini davam etdirir. Bu işlərlə əlaqədar enerjidə fasilələr müvəqqətidir. İnsanlar təbii ki, narahat olur, buna görə üzr istəyirik. Amma gərək insanlar da bizi nəzərə alsınlar. Qarşıdan gələn qış aylarında şəhərin fasiləsiz enerji ilə təminatı üçün əlimizdən gələni edirik”.

Qeyd edək ki, cənub rayonlarında elektrik kəsilmələri ilə bağlı dəfələrlə ciddi problemlər yaşanıb. Hətta ötən il Lənkəranda sakinlərlə "Azərenerji” əməkdaşları arasında dava düşmüşdü. Əhali etiraz olaraq "Azərenerji”yə məxsus avtomobili yandırmışdı. BakuPost.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır