Palata nöqsanlarla bağlı Baş Prokurorluğa müraciət edib

11:45 6.08.2018 475
Palata nöqsanlarla bağlı Baş Prokurorluğa müraciət edib

Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 2016-cı il yanvarın 1-dən bu il yanvarın 1-dək olan dövrdə dövlət büdcəsindən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə (İdarə) ayrılmış vəsaitlərin istifadəsi ilə bağlı auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib.
Palatanın mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, audit ilə ümumilikdə 6455,7 min manat vəsait əhatə olunub. Auditlə əhatə olunan illərdə büdcə vəsaitləri üzrə proqnozlar tərtib edilərkən "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nın bir sıra tələbləri gözlənilməyərək idarənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməyib, bir çox xərc maddələri üzrə müvafiq hesablamalar aparılmayıb, bəzi xərc maddələri üzrə icra aşağı olub, xərc maddələri üzrə çoxsaylı dürüstləşmələr aparılıb, 2016-2017-ci illərdə açılmış maliyyələşmənin 19,1 faizi istifadə edilməyərək büdcəyə qaytarılıb.

Dövlət qulluqçularına ixtisas dərəcələrinin vaxtından əvvəl verilməsi nəticəsində 7 halda artıq əməkhaqqı ödənilib, gəlir vergisi üzrə güzəşt tətbiq edilərkən "təqaüd, pensiya və işsizlik müavinəti alan şəxslər" barədə müvafiq arayışlar alınmayıb, vəsaitlərdən səmərəli istifadə edilməyərək tələbatdan artıq müxtəlif adda mal-material qiymətliləri alınaraq uzun müddət anbarda saxlanılıb, xüsusi geyimlər üzrə illik tələbatdan 4-5 dəfə artıq qalıq olduğu halda, yenidən həmin geyimlərin alınmasına vəsait yönəldilib, müxtəlif markalı katriclərin bir hissəsi istifadə müddəti başa çatdıqdan sonra alınıb.

Malların (işlərin və xidmətlərin) satınalınması zamanı satın alınacaq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti, habelə satınalma prosedurlarında iştirak edən malgöndərənlərin ixtisasına dair tələblər mövcud qanunvericiliyə əsasən müəyyənləşdirilməyib, keçirilmiş açıq tenderin nəticəsi üzrə bağlanılmış satınalma müqaviləsi barədə məlumat dövlət satınalmalarının rəsmi internet saytında yerləşdirilməyib.

Hesablama Palatasının kollegiyası Milli Arxiv İdarəsitərəfindən yol verilmiş nöqsanların əksər hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, auditlə müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə kollegiya qərarının surəti Milli Arxiv İdarəsinə göndərilib.

Kollegiya, həmçinin Milli Arxiv İdarəsi tərəfindən müxtəlif markalı katriclərin bir hissəsinin istifadə müddəti başa çatdıqdan sonra alınması, 2017-ci ildə "Mətbəə xərcləri" paraqrafı üzrə keçirilmiş açıq tenderin nəticəsi üzrə bağlanılmış satınalma müqaviləsi barədə məlumatların dövlət satınalmalarının rəsmi internet saytında yerləşdirilməməsi halları üzrə müvafiq materilların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsini qərara alıb.

Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib.

Qeyd edək ki, məlumat "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın 5.7-ci bəndinin icrası olaraq hazırlanıb. (AzVision.az)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ