Onlar bir zamanlar siyasətçi idilər – Siyasətdən biznesə gedən yol...

18:30 3.08.2018 551
Onlar bir zamanlar siyasətçi idilər – Siyasətdən biznesə gedən yol...

Hər bir insanın həyatında müəyyən dəyişikliklər olur. Bəziləri var ki, bu dəyişikliyi fəaliyyət zəminində edirlər. Ömrünün əsas hissəsini ayırdıqları sahədən digər sahələrə transfer edirlər. Belə dəyişiklik edənlər arasında vaxtilə siyasi fəaliyyətlə məşğul olmuş, müxtəlif partiyalara rəhbərlik etmiş, seçkilərdə namizəd olmuş şəxslər də az deyil.

azxeber.com siyasətdən biznesə transfer etmiş şəxslərlə bağlı araşdırma aparıb.

Araşdırma nəticəsində məlum olub ki:

Ötən əsrin 80-ci illərinin sonunda böyük siyasətə qədəm qoyan və o dövr üçün ölkənin ən böyük partiyalarından birini - Azərbaycan Milli İstiqlal Partiyasını yaradan, sonradan aktiv siyasi fəaliyyətdən imtina edən Etibar Məmmədovun hazırda bizneslə məşğul olduğu deyilir.

"Lefortovo" zindanından millət vəkilliyinə, partiya sədrliyindən prezidentliyə namizədliyə qədər uzun siyasi yol qətən E.Məmmədovun hazırda tikinti biznesi ilə məşğul olduğu iddia olunur. Onun özü bu xəbəri heç zaman təkzib etməyib. Hətta bəzi müsahibələrində dolayı yolla təsdiq də edib. Görünən odur ki, bir zamanların alovlu siyasətçisi hazırki işindən məmnundur və çətin ki, birdə aktiv siyasi fəaliyyətə geri dönə.

Etibar Məmmədovdan fərqli olaraq Zakir Tağıyev adı cəmiyyətə bir o qədər də tanış olmasa da, "Təranə" Holdinqin sahibi olan bu biznesmen bir zamanlar "Vətən Ocağı" adlı partiyanın sədri idi. Hətta eyniadlı qəzetə də təsisçilik edirdi. Ötən əsrin 90-cə illərinin əvvəlində "Milyoner Zakir" kimi ad çıxaran Zakir Tağıyev 1993-cü il Azərbaycan Respublikası Prezidenti seçkilərində prezidentliyə namizəd kimi iştirak etsə də, 1995-ci ildə siyasi fəaliyyətdən rəsmən uzaqlaşdığını bəyan edib.

Hazırda ölkəmizin aparıcı banklarından olan – "GünayBank"ın Müşahidə Şurasının sədri Mahmud Məmmədov ötən əsrin sonlarında Azərbaycan Demokratik Sahibkarlar Partiyasına rəhbərlik edib. Bir müddət onun rəhbərliyi altında "BMT" adlı özəl telekanal fəaliyyət göstərsə də, sonradan fəaliyyəti dayanıb. Mahmud Məmmədov hazırda siyasi fəaliyyətlə məşğul deyil. Uzun illər diqqətdən kənarda qalan M.Məmmədov son illər yenidən bank sektorunda parlamağa başlayıb.

Dünyaca populyar dərgi - "Forbes"in milyarderlər siyahısında adı keçən, Rusiyanın "əmlak kralları" sayılan Qod Nisanov və Zarah İliyevlə ortaqlığı olan İlham Rəhimov də Azərbaycanda aktiv siyasi fəaliyyətlə məşğul olub. Sabiq millət vəkili İlyas İsmayılovun rəhbəri olduğu Ədalət Partiyasında sədr müavini postunu tutan İ.Rəhimov Milli Məclisə keçirilən seçkilərdə də namizəd olub. Amma nəticələr onun xeyrinə olmayıb. Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı olan İ.Rəhimovun biznesə gəlişində bu amilin müstəsna rolu olduğu şəksizdir.

Üç il öncə dünyasını dəyişmiş Milli Dövlətçilik Partiyasının sədri Sabir Tarverdiyev də uzun müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Sumqayıt maşın bazarının sahibi olan S.Tarverdiyev digər biznes sahələrində də fəaliyyət göstərib və müəyyən paya malik olub. Hazırda ona məxsus biznesi övladlarının idarə etdiyi deyilir.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...