Sənətin yeniyetmə uğuru

13:35 1.08.2018 779
Sənətin yeniyetmə uğuru


Sənət aləmi özünün mövcud uğurları ilə diqqət mərkəzindədir. Hələ qədim dövrlərdə belə sənət və sənətkarlıq məsələləri
günün tələbləri səviyyəsində təzahür edib. Bu gün də Azərbaycanda sənətin uğura söykənən əsas məqamları sənətkar
qətiyyəti ilə pərvəriş edir.


Ölkəmizin sənət uğurlarına müxtəlif rəng çalarları qatan müğənni və xanəndələr həm də dövlət dəyərləri ilə çıxış edirlər.
Görkəmli sənətkralardan başlayan bu mühüm ənənə sevindirici haldır ki, bu gün də öz missiyasını müvəffəqiyyətlə
həyata keçirir. Özünün fərqli musiqi temperamenti ilə diqqət çəkən, ifa etdiyi mahnılarla milyonların qəlbində özünə yer
edən məktəbli Asim Pirimov sənət məbədində parlayan bir günəş kimi görünür.
Qısa tərcümeyi-hal:
Pirimov Asim Aqil oğlu 24 oktyabr 2004-cü ildə Bakı şəhərində doğulub. Hazırda Bülbül adına OİMM-in 8-ci sinif
şagirdidir. Bir sıra uğurları var. Tar alətinə marağı böyükdür - 8 ildir bu alətin sirlərini öyrənir; həmçinin məktəbin
tədbirlərində və məktəbdənkənar müsabiqələrdə fəal iştirak edir, uğurlar qazanır. 2015-ci ildə «Milli musiqi alətlərimizi
qoruyaq» layihəsinin iştirakçısı olub və sertifikat alıb. 4-18 aprel 2016-cı il tarixində Q.Qarayev adına «Təhlil və ifa edir
gənc musiqiçilər» üçüncü Respublika Elmi-İfaçılıq müsabiqəsində iştirak edib, 3-cü yerin laureatı olub. 23 aprel 2017-ci
il tarixdə Türkiyənin Kocaeli şəhərində Uluslararası Çoçuk Festifalında iştirak edib, diplomla təltif olunub. 2017-ci il
tarixdə 28 May Respublika gününə həsr olunmuş tədbirdə də iştirakı uğurlu alınıb və təşəkkürnamə ilə
mükafatlandırılıb. Həmçinin 2017-ci il tarixdə Gürcüstanın Kobuleti şəhərində keçirilən «Harira» Beynəlxalq
müsabiqəsində 1-ci yerə layiq görülüb, qızıl medal alıb. 2017-ci ildə keçirilən «World Harmony» müsabiqəsinin
diplomantı olub. 2018-ci il tarixdə İtaliyada keçirilən «TESTENE ART BAKU» müsabiqəsində 2-ci yerə çıxıb.
Azərbaycanın muğam sənətinin təbliğində göstərdiyi xidmətlərinə, müxtəlif müsabiqələrdə iştirakına görə «İlham
Çeşməsi» qəzetinin Fəxri Diplomunu alıb. Qazandığı uğurlara görə üzərində böyük əməyi olan tar müəllimi Elşən
Salmanova minnətdarlığını bildirir. Çalışır ki, uğurları ilə öz sevimli müəllimini sevindirsin.
Asim Pirimov məşhur tarzən Qurban Pirimovun nəticəsidir. Babasının yeganə davamçısıdır. Çalışır ki, babasının -
ölməz tarzənin sənətini layiqincə davam etdirsin.
Bala tarzənin əməyinə verilən yüksək qiymətlər əslində, Azərbaycan incəsənətinə, Azərbaycan musiqisinə verilən
qiymət kimi qəbul edilir. Əlbəttə, bu gün Azərbaycan musiqisinin, Azərbaycan mədəniyyətinin bütün dünyada təbliğ
olunmasında Asimin də öz payı var. Bu səbəbdən, onu sevənlər əmindirlər ki, doğma Azərbaycanımızın inkişafı və
tərəqqisi həmişə olduğu kimi, bundan sonra da öz sürətini artıracaq, ölkə sənətinin yüksəlişi onun bundan sonra da ifa
edəcəyi mahnılarda öz əksini tapacaqdır.
Dünyanın ən məşhur filosoflarından biri, Platon demişdir: «Musiqi əxlaqi qanundur. O, bütün dünyanı ilhama gətirir,
qəlbə qanad verir. İnsan üçün zəruri olan kədər və şadlığa səbəb olur». Qurban Pirimovun davamçısı - nəticəsi Asim
Pirimovun xalqa əxz etdirdiyi musiqi özü də bu qəbildən olan musiqidir. Onun ifaları hər gün onun öz fitrəti ilə cilalanıb
təmizlənərək bir bulaq kimi qaynayır, onu dinləyənlərin qəlbinə axır və xoş ovqat yaradır. Artıq illərdir ki, Asim öz
məlahətli ifaları ilə onu sevənləri rahatlığa qərq edir. Söz düşəndə də deyir ki, Azərbaycanlıların ən böyük ilahi payı
musiqidir. Muğamlarımız ulularımızın yaratdığı ən ülvi hisslər dünyasıdır. Muğamat paklığı, xalq musiqi yaradıcılığı, bu
paklıqdan günəşin nurutək süzülən divanəliyi, ilahiliyi, eşqi, məhəbbəti təcəssüm etdirir. Onun sirli, sehirli qapıları hər
kəsin üzünə açılmır. Bu qapıdan keçənlərə isə geriyə yol yoxdur. Tanrının mərhəmət və sevgisindən doğulan sənət
dünyamız ucalıqdan, Onun məqamından bizə dəyərsiz ərməğandır. Musiqi bizi yaşadıb, ruhlandırdığı kimi, biz də onu
sevməli, qorumalı və uca tutmalıyıq.
Əlbəttə, ifaçılıq bir sevgi olmaqla zəhmətdən qidalanır. Sərf etdiyi zəhmət müqabilində Asim Pirimovun cana, ürəyə
yatan ifaları onun bu sahədə böyük cəfakeş olmasından irəli gəlir.
Sənə möhkəm cansağlığı və sənət uğurları arzulayırıq, Asim Pirimov!

Vaqif Nəsirov

Zamantv.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu