Yol polisi toy karvanlarına XƏBƏRDARLIQ ETDİ

12:30 1.08.2018 521
Yol polisi toy karvanlarına XƏBƏRDARLIQ ETDİ


Son günlər bəy-gəlin cütlüyünü müşayiət edən avtomobil karvanlarında xeyli xətaların baş verdiyini müşahidə edirik. Məsələn, bir neçə gün əvvəl Qusar rayonunda toy karvanında iştirak edən bir gəncin hərəkətdə olan avtomobillərə məhəl qoymayaraq, "avtoş"luq etməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılmışdı. Qusar Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsində məsələ ilə bağlı aparılan araşdırmalar nəticəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan gəncin şəxsiyyəti müəyyənləşdirilib və bununla əlaqədar Qusar rayon Məhkəməsi tərəfindən müvafiq qərar qəbul edilib.

Bundan öncə isə Bakıda körpünün altında şampan partlatmaqla tuneli bağlayan toy karvanının sürücüləri saxlanılıb. Xuliqanlıq əməlini törədən 7 avtomobil aşkar edilib.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Modern.az saytına bildirib ki, bu cür adət-ənənələrdən uzaqlaşmaq lazımdır:

"Bu ilin əvvəlindən indiyə kimi Bakı şəhər üzrə toy karvanlarında iştirak edən sürücülərin yol hərəkət qaydalarını kobud pozmasından ölüm faktları qeydə alınmasa da, ağır xəsarətlə nəticələnən səhv etmirəmsə, 4 yol hadisəsi qeydə alınıb.

Bir daha sizin vasitənizlə hər bir cütlüyə xoşbəxtlik arzulayıram, onların valideynlərinə gözaydınlığı verirəm. Lakin Yol hərəkəti haqqında" Qanunun tələblərinin yerinə yetirilməsini də xahiş edirəm. Yəqin axırıncı toy karvanını xatırlayırsınız. Tuneli özbaşınalıq edənlərin 25 saniyə bağlaması xeyli narazılıq yaratmışdı. Artıq heç kimə güzəştə getmədən Bakı şəhəri üzrə quraşdırılmış kameraların köməyilə hər bir karvanın getdiyi istiqamət müəyyənləşdirilir və yol boyu kimin hansı formada hərəkət etdiyinə diqqət artırılır. Kim yol boyu qaydanı kobud pozursa, barəsində konkret cəza tədbiri görüləcək".

V.Əsədov qeyd edib ki, toy karvanlarında 4, maksimum 5 avtomobilin hərəkət etməsi tövsiyə edilir:

"Eləcə də bəy və gəlin cütlüyünün müşayiətində toy karvanı hərəkət edərkən yolun bütövlükdə hərəkət zolağını tutmamalıdır, lüzumsuz olaraq aşağı sürətlə hərəkət etməməlidir, yol ayrıclarında diqqətli olub işıqforun və ya yol nişanlarının tələblərinə uyğun hərəkət etməli və səs siqnallarından istifadə etməklə narazılıq yaratmamalıdır. Eyni zamanda bəy-gəlin cütlüyünün müşayiət edildiyi nəqliyyat vasitəsinin dövlət nömrə nişanı gizlədilməməlidir.

Bu gün 21-ci əsrdir. İndiki gənclər köhnəlmiş, ürək sıxan adət-ənənədən uzaqlaşıb müasir dəblərə önəm verməlidir. Müasir gənclər yolboyu kiməsə narazılıq yaratmamalıdır".

V.Əsədov deyib ki, ötən illərdə toy karvanları daha çox kobudluq nümayiş etdirirdi:

"Hətta kameraların təsir zonasında belə sürücülər yol hərəkəti qaydalarını pozurdular. Artıq müasir dövrün qanunları buna imkan vermir. Bu baxımdan toy karvanlarının səbəb olduğu yol nəqliyyat hadisələrində azalma müşahidə edilir. Toy karvanında özbaşına hərəkətin sayı da azalıb. Sürücülərin hərəkətinə mane yaratmaq inzibati xəta tərkibi yaradır ki, biz də bunu kameralarla aşkarladıqda məsuliyyət tətbiq edirik və qarşısını alırıq".

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rüfət Quliyev saytımıza açıqlamasında toy karvanlarının səbəb olduğu yol nəqliyyat hadisələrinin ayrıca statistikasının olmadığını deyib:

"Lakin həmişə olduğu kimi yol polisi sürücülərə bildirir ki, toy karvanı imkan daxilində 3-4 nəqliyyat vasitələrindən çox olmamalıdır. Bütöv yol hərəkət hissəsində tıxac yaratmamaq şərtilə hər hansı bir qanun pozuntusuna yol verilmədən və qayda pozmadan hərəkət etməlidirlər. Eyni zamanda, bütöv yol hərəkət iştirakçılarının sərbəst və normal hərəkətinə maneçilik yaratmamalıdırlar".(sonxeber.az)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...

08:48

Sakinlər ETSN-nin bu idarəsini İTTİHAM EDİR - MÜRACİƏT

20:23

Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi

19:53

İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”